UZUNÇULUQ

is. Uzun danışmaq xasiyyəti, söhbəti lüzumsuz yerə uzatma.
Əlyarov Gülpərinin bu uzunçuluğunu bəyənmirdi. M.Hüseyn.
Lakin Firəngizin bircə baxışı əyləşənlərin canını [müvəkkilin] uzunçuluğundan qurtardı. B.Bayramov.

□ Uzunçuluq etmək – söhbəti, mətləbi lüzumundan artıq uzatmaq.
[Mirzə Turab Cavada:] Yaxşı, yaxşı, yazaram, çox uzunçuluq eləmə. B.Talıblı.

// Kitabda, yazıda, danışıqda, nitqdə sözlərin lüzumundan artıq olması; sözçülük.
Əsərdə ritorik təsvirlər, ricətlər və uzunçuluq yoxdur. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UZUNÇULUQ uzunçuluq bax naqqallıq
  • UZUNÇULUQ sözçülük — naqqallıq — boşboğazlıq — çərənçilik
UZUNÇU
UZUNDALĞALI

Digər lüğətlərdə