Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Püskürmə süxuru
Püskürmə süxuru (Vulkan süxuru, Effuziv süxur) - Yer səthinə püskürülmüş maqmanın (lavanın) soyuması nəticəsində əmələ gəmiş süxurdur.
Yan püskürmə
Yan püskürmə – (rus. боковое извержение, ing. lateral eruption) vulkan konusunun yamacında və yaxud ətəyində lavaların çatlar boyunca püskürməsi. Adətən ya­macda parazit konuslar əmələ gəlir /mis: Sicilyada Etna vulkanı, Kam­çatkada Klyuçevsk sopkası/.
Pele tipli püskürmə
Pele tipli püskürmə - çox özüllü lava ilə səciyyələnən mərkəzi tipli vulkan püskür­məsi. Lava boğazdan çıxanadək bərkiyir və tıxac əmələ gətirir, sonradan ekstruziv günbəzin üzərində monolit sütun şəklində sıxılıb çıxarılır. Martinika adasında Mon-Pele vulkanı üzərində belə sütünün hündür­lüyü 375 m, diametri isə 100 m olmuşdur. Kanalda toplanmış vulkan qazları vaxt­aşırı yan sahəyə istiqamətlənmiş partlayışla tıxacın altından çıxaraq qazlardan və narın qırıntılı vulkanik materialdan ibarət hərəkətli kütlə - qızmar bulud əmələ gətirir. Kül, qaz və s. qırıntılarından ibarət olan qızmar bulud genişlənərək, vulkanın yamacları boyu 150 m/san. sürətilə yuvarlanaraq, vulkandan 9 km məsafədə olan Sen-Piyer şəhərini tamamilə yer üzündən silmişdir (Mon-Pele vulkanı, 8 may 1902-ci il). == Həmçinin bax == Lava Mərkəzi vulkan Vulkan boğazı Ekstruziv günbəz Vulkan == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.