PÜSKÜRMƏK

f.
1. Öz içərisindən şiddətlə bir şey sovurub atmaq. Vulkan püskürür. Pilpilə püskürür.
2. məc. Saçmaq, buraxmaq.
[Knyaz:] Kin püskürən azğınlara yalnız; Dəhşətli ölüm vardır amansız!… H.Cavid.
Kürəyə od püskürən krana yaxınlaşmaq çətin idi. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PÜSKÜRMƏK fışqırmaq — atmaq

Etimologiya

  • PÜSKÜRMƏK Asqırmaq, öskürmək sözlərinin qəlibi üzrə əmələ gəlib. Etimonu püs sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
PÜSKÜRMƏ
PÜSKÜRTMƏ

Digər lüğətlərdə

авиа́тор банкно́та вытушёвывание золотогри́вый Кронпри́нц отреве́ться пече́ние рафини́ровать трубочи́ст богара́ преда́тельски пре́ссинг с бодуна́ ску́дость сости́рывать умно́жить ущербля́ть гонт aerial mosaic axiomatics intuitively liane muskellunge recognizor баклан