Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəndov
Gəndov (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Gəndov (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Fərhan Şənsoy
Osman Fərhan Şənsoy (26 fevral 1951 – 31 avqust 2021, Fateh) ― Türk teatr, kino və televiziya aktyoru; Romanların, esselərin, gündəliklərin, teleserialların və film ssenarilərinin müəllifidir, şairdir və Ortaoyuncular teatr qrupunun qurucusudur.
Gəndov (Lerik)
Gəndov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. (Əslində talış sözü olub, "Qendov"--"təlx su" deməkdir.
Gəndov (İsmayıllı)
Gəndov — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov kəndi "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesinin kənarında, Girdimançayın sağ sahilində yerləşir. Kəndin əhalisi 217 nəfərdir ki, onun da 101 nəfəri kişi, 116 nəfəri qadındır. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Girdimançayın sahillərində dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı kükürdlü suyu olan Gəndov mineral su bulağının adı ilə belə adlandırılmışdır.
Gəndov (Şabran)
Gəndov — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəndov Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçılar kəndin adını gah yaxınlığındakı çayın suyunun yaratdığı pis qoxulu gölməçələrlə, gah da cod sulu, içməyə yararsız zəy acısı dadan bulağın suyu ilə bağlayırlar.Kənin əhalisinin çoxunu irandilli xalq olan Tatlar təşkil edir.. Kənd əlverişli coğrafi mövqeyi ilə fərqlənir. == Əhalisi == Kəndin əhalisi 2.296 nəfər təşkil edir. Etnik tərkib baxımından kəndin əhalisi müxtəlifliyi ilə seçilir. Belə ki burada tatlar, mesxeti türkləri, Azərbaycan türkləri həmçinin ləzgilər yaşayır.
Gəndov bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Lup Pindor
Lup Pindor (Coz Pindor Quzman) — Məşhur boksçu Pintor, 1974-cü ildən yarışda iştirak edən Meksika məşhur boksçusudur. O, 1979-cu ildə Avropa çempionu adını qazanıb. 1981-ci ildən Pintor dəfələrlə mükafatlar, fəxri adlar qazanmışdır. == Həyatı == Lup Pintor 1955-ci ildə Meksikada yoxsul fəhlə ailəsində anadan olub. Atası ilə çox güclü münasibətləri var idi. Kasıbçılıq içində böyüyən Lup, özünü bu vəziyyətdən çıxartdı. 1974-cü ildə peşəkarcasına boks ilə məşğul olmağa başladı. O, Vazquezand ilə dərhal döyüşə çıxdı, onun növbəti qələbəsindən sonra Fransisko Nunyes ilə raundda nokautla onun hesabını açdı. O, üç döyüşdən sonra ilk məğlubiyyətini aldı. Amma səkkiz döyüşün yeddisini nakautla qalib oldu.
Ridhima Pandey
Ridhima Pandey (ing. Ridhima Pandey; 18 fevral 2008) — iqlim dəyişikliyinə qarşı fəaliyyətin tərəfdarı olan Hindistandan olan ətraf mühit fəalı. O, doqquz yaşında olanda, iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər tədbir görmədiyi üçün Hindistan hökumətinə qarşı iddia qaldırır. Bir neçə digər gənc iqlim dəyişikliyi fəalları ilə yanaşı, o, həm də bir neçə ölkənin iqlim böhranına qarşı tədbir görməməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatına şikayət edən iddiaçılardan biri olur. == Bioqrafiya == Pandey Hindistanın şimalındakı Uttarakhand əyalətində yaşayır. Onun atası Dineş Pandey də 16 il Uttarhandda işləyən bir iqlim dəyişikliyi fəalıdır. Uttarakhand son on il ərzində kəskin hava şəraitindən əziyyət çəkib. 2013-cü ildə daşqınlar və torpaq sürüşmələri 1000-dən çox insanın həyatına son qoyub. 100.000-ə yaxın insan bölgədən təxliyə edilməli olub. Dünya Bankının məlumatına görə, iqlim dəyişikliyi Hindistanın su təchizatına təzyiqi artıra bilər.
Sandoy adası
Sandoy adası (far. Sandoy), Sannyo (dan. Sandø) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 1264 nəfər yaşayır. Sahəsi 111 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 479 m-dir. Cənub qutaracağında mayak vardır. Adada yerləşən yaşayış məntəqələri:Sandur, Skopun, Skolevik, Skarvanes, Husavuyk və Dalur. Ada 2001—2005-ci illərdə 100 Farer kronunun üzərində təsvir edilmişdir. == Ədəbiyyat == Jørgensen, Gunni, and Jóannes Rasmussen.
Pindo dağı
Pindo dağı (qalis. Monte Pindo) — İspaniyanın Qalisiya muxtar bölgəsində yerləşən dağ. Əsasən qranitdən ibarət olub 627 m hündürlüyündədir. Dağın mifoloji əhəmiyyəti vardır. == Coğrafiya == Pindo dağı Kanota bələdiyyəsi yaxınlığında, Atlantik okeanı sahili boyunca uzanan sıra dağların bir parçasıdır. Bölgədəki dik yamaclar nəqliyyatı çətinləşdirir. Təbii sahələr qorunmuşdur. Dağdakı şəkilləndirilmiş qayalar "döyüşçü" adlandırılır. == Tarix == Dəniz quldurlarından qorunmaq məqsədi ilə X əsrdə dağda San Xurxo Sisnando Menedes qalası inşa edilmişdir. Qala Rodriqo Peres de Trabanın əlinə keçmişdir.
Pendik
Pendik İstanbul ilinin Anadolu yaxasında, Mərmərə dənizinə sahili olan və Kocaeli yarımadasında yerləşən bir rayondur. Cənub-şərqdən Tuzla, şərqdən Kocaelinin Gebze rayonu, şimaldan Şilə və Çəkməköy, qərbdən Kartal, Sancaktəpə və Sultanbəyli, cənubdan isə Mərmərə dənizi ilə əhatə olunub. Əhali sayına görə İstanbulun 4-cü, Anadolu Yakası isə ən sıx rayonudur. 1987-ci ilə qədər Kartal rayonunun qəsəbələrindən biri olub, 1987-ci ildən sonra Kartaldan ayrılaraq rayon olub. Sonra şərq qonşusu Tuzla 1992-ci ildə Pendikdən ayrıldı. Sonrakı illərdə Tuzlada olan Güzelyalı mahalı yenidən Pendikə bağlandı. Hazırda bələdiyyə sədri 2019-cu ildən Əhməd Cindir. == Coğrafiya == Təxminən 200 km2 əraziyə yayılmışdır və 9 km sahil xəttinə malikdir. Pendikin səth formaları ümumiyyətlə kobuddur. Dəniz sahili sahildən şimala doğru gil və qum və silisiumla örtülüdür.
Pendir
Pendir — südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Adətən ağ və açıq-sarı rəngdə, deşikli və ya deşiksiz olur. Pendirin tərkibində zülal (25%-ə qədər), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) vardır. Pendirin tərkibində olan zülallar insan orqanizimində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahın yaranmasına şərait yaradır. Onun təşkilediciləri orqanizm tərəfindən tam həzm olunur. Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Yağın tərkibindən asılı olaraq 100 q pendirdə enerji ehtiyatı 200-400 kkal arasındadır. Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar: buraya zülallar, yağlar, mineral maddələr, kalsium, fosfor da daxildir. Pendirin hazırlanmasında istifadə edilən südün tərkibi (qoyun, keçi, inək), istehsal prosesi (temperatur, ölçü), əlavə olunan dadvericilər, bakteriyalar, kiflər, sonrakı emalı (barlanma, duzda saxlama) və yetişmə vaxtından asılı olaraq dadına və kondinsesninə görə müxtəlif pendir növləri əldə edilir.
Pendro
Pendro (kürd. Pêndro, پێندرۆ) bir kürd kəndidir Erbil vilayəti yerləşir, İraq Kürdüstanı, Türkiyə ilə sərhədə yaxındır, Barzanı şimalından təxminən 15–18 km məsafədə yerləşir, əhalinin 2540-dən çox insanı.
Senday
Senday (yap. 仙台市) — Yaponiyanın Tohoku regionunda yerləşən Miyaqi prefekturasının paytaxtı.
Tenday
Tenday (天台宗) – buddizmin Yaponiyadakı sektalarından biri. IX əsrdə Çindəki Tyantay sektası əsasında yaradılmışdır. Bu sekta XIII əsrə kimi Yaponiyanın ən populyar iki buddist sektasından biri idi. Sektanın nəzəriyyələri Lotus sutrasına əsaslanır. == Tarix == Tenday sektasının əsası 806-cı ildə keşiş Sayço tərəfindən qoyulmuşdur. Yaponiyadakı Tenday sektası Çindəki Tyantay sektasına əsaslanır. Bu sektanın mərkəzi Çinin Tyantay dağında yerləşdiyi üçün belə adlandırılmış, daha sonra Tenday sektası üçün də bənzər addan istifadə olunmuşdur. Sayço 804-cü ildə Çinə səyahət edərək 9 ay boyunca Tyantay dağında buddizmi öyrənmiş və Tyantay buddizminin ustası olmuşdur. Sayço Yaponiya imperatoru Kammudan icazə alaraq Kiotonun şimal-şərqində yerləşən Hiey dağında buddizm məbədi tikdirmişdi. Sayço Çindən Yaponiyaya qayıdanda bu məbədi Tenday sektasının mərkəzinə çevirmişdir.
Tenyoy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Pentod
Pentod (q. yun. πέντε) — ekranlama toru olan vakuum elektron lampasıdır, içərisində dinatron effektini boğaraq, ekranlama toru ilə anod arasında üçüncü (qoruyucu və ya anti-dinatron) şəbəkə yerləşdirilir. Əksər pentodlarda üçüncü tor və katod şüşə içərisində birləşdirilir, buna görə də onların yalnız dörd siqnçıxışınainə malikdir. Tarixi ədəbiyyatda məhz bu dörd çıxışlı lampalar ciddi mənada pentodlar, üçüncü toru ayrıca çıxışı olan pentodlar isə "üç torlu lampalar" adlanırdı.
Kendo
Kendo – Yaponiyada yaranmış qılınc ilə rəftar etmə sənəti. Yapon dilində ken qılınc, do isə yol deməkdir. Ümumiyyətlə do kəlməsi fəlsəfi məna daşıyır və bir çox döyüş növlərinin adları bu kəlmə ilə bitir (Karatedo, Aykido, Cüdo və s.). Yaponiyada qılınc daşımanın qadağan edilməsi ilə bir çox qədim döyüş növləri və əsasən də qılıncla rəftaretmə məktəbləri süquta uğradı. Bəzi məktəblər itib-batdı, ənənələri davam etdirmədi, bəzi məktəblər qadağan edildi. Kencitsu texnikaları isə bir qədər yumşaq formaya gətirilməklə idman yarışı şəklinə çevrildi və beləliklə Kendo döyüş növü peyda oldu. Kendo döyüş növü hazırda elitar döyüş növlərindən sayılır. Yaponiyada bir çox məktəblərdə və universitetlərdə əlavə dərs kimi keçilir və bu ölkədə çox məşhur bir idman növüdür. Kendo döyüş növü Koreyada Kumdo adı ilə tanınır. == Məqsədi == Bir çox Şərq döyüş növləri kimi Kendonun da müxtəlif fəlsəfi təməl prinsipləri vardır.
Pendi
Pendi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 366 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki pen (yuxarı) və di (kənd) sözlərindən düzəlib, “yuxan kənd”, “yüksəklikdə olan kənd” mənasındadır.
Penol
Penol (fr. Penol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38300. Kommunanın 1999-cu il üçün əhalisi 288 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 281 ilə 455 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Tendo
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Benzoy stiraksı
Benzoy stiraksı (lat. Styrax benzoin) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin stirakskimilər fəsiləsinin stiraks cinsinə aid bitki növü.
Benzoy turşusu
Benzoy turşusu C6H5COOH - ən sadə monokarbon aromatik turşudur. Asan sublimasiya olunan rənqsiz kristal maddədir. Suda çətin, üzvi həlledicilərdə (etanol, xloroform, dietilefiri) asan həll olur. Zəif turşudur. 1220C-də əriyir. == Tarixi == İlk dəfə XIV əsrdə benzoy qatranından sublimasiya yolu ilə alınıb. 1832-ci ildə alman kimyaçısı Libix tərəfindən benzoy turşusunun quruluşu müəyyənləşdirilmişdir. == Alınması == Laboratoriyada benzoy turşusu toluola güclü oksidləşdiricilərin(KmnO4, CrO3,HNO3) təsirindən alınır. Sənayedə, benzoy turşusu toluolun oksigen ilə katalitik oksidləşməsindən 130-150 0C temperaturda və 200-500 kПа təzyiq altında alınır. == Xassələri == Benzoy turşusu spirtlərlə mürəkkəb efirlər – benzoatlar əmələ gətirir.
Kamamber (pendir)
Kamamber (fr. Camembert)- bir növ Fransa pendiridir. Bu pendir, adını Fransanın Orn rayonundaki Kamamber qəsəbəsindən almışdır. == İstehsalı == İlk kamaber, pasterizə olunmamış süddən hazırlanmışdır və AOC "Camembert də Normandie" növü yalnız pasterizə edilməmiş süd ilə hazırlanması qanun tərəfindən tələb olunur.Bir çox müasir pendirçilər "La Fromagerie Cambert Gilnil" kimi tanınmışlar, Normandiyanın Şarlotunda təhlükəsizlik səbəblərinə görə, qaydalara uyğun, və ya rahatlığı üçün pasterizə süd istifadə edirlər. == Tarixçəsi == Kamaber, ilk dəfə 1791-ci ildə bir Normandiyalı əkinçi, Mariya Harel tərəfindən və Bridən gəlmiş bir keşişin məsləhətiylə hazırlanmışdır.