Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pəlikəş
Pəlikəş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi ad pəli Azərbaycan dilindəki pələng sözünün talışca tələffüz forması və keş (kəs) "iki yamac arasındakı dərədən axan kiçik çay" sözlərindən ibarətdir. == Yolları == 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır. == Tanınmış şəxslər == === Şəhidləri === Rəşad Eyvazov (2002-2020). Tarif Cəfərzadə (2002-2020).
Rivəş
Rivəş — İranın Rəzəvi Xorasan ostanının Kaşmər şəhristanının Kuhsorx bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4610 nəfər insana və 1277 ailədən ibarət idi.
Pəlikəş bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pərinuş Sənii
Pərinuş Sənii İran əsilli yazıçı, sosyoloq və psixoloqdur. Tehran Universitetinin psixologiya fakultəsində təhsil almışdır. Yazar kimi məşhurlaşmağına səbəb isə 2003-cü ildə qələmə aldığı "Mənim payım" (irn: Sahm-e man) avtobioqrafik romanıdır. == Mənim Payım == Əsər 2013-cu ildə Sara Xəlili tərəfindən ingilis dilinə "The book of fate" adı ilə tərcümə edilmişdir. 26 Dilə tərcümə olunan əsər həmçinin "World Literature Today" tərəfindən 2013 -cü ildə "ilin ən dəyərli 75 tərcüməsi" siyahısında yer almışdır. Əsərin italyan dilinə olan tərcüməsi 2010-cu ildə məşhur "Covanni Bokkaçço" mükafatına layiq görulmuşdur. Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı.
Pekines
Özündən çox böyük itlərə meydan oxuyacaq qədər cəsur olması ilə məşhur olan Pekinez itinin vətəni Çin sayılır. Keçmişdə təkcə Çinin kral saraylarında saxlanılan bu it kürkünün formasına görə "Çin aslanı" adlandırılıb və o pis ruhları qovan varlıq kimi qəbul edildiyi üçün xalq onu salamlayaraq qarşısından keçirdi. Özünü təhlükəyə atacaq qədər cəsurdur. Təzad təşkil etsə də sərbəstliyinə və sahibinə çox bağlıdır və onu çox qısqanır. Yad insanlara qarşı məsafə saxlayır, uşaqları isə çox sevir. Kobud rəftardan heç xoşu gəlmir, dişləyə bilər. İstədiyini etdirəcək qədər inadkardır.
Perigey
Perigey — Ay orbitinin yerdən ən yaxın nöqtəsinə qədər olan məsafədir. Perigeydə Yerdən Aya qədər olan məsafə 356400 km.dir. Yerlə Ay arasındakı orta məsafə isə 384400 km.dir.
Pərbikəs
Pərbikəs (fars. پربي كس‎) və ya Pərbiks (fars. پربیکس‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 5 ailədə 7 nəfəri kişilər və 9 nəfəri qadınlar olmaqla cəmi 16 nəfərdir. Kəndin əhalisi bəxtiyarilərrin Məkvəndi tayfasının Doşmənziyari tirəsinə mənsubdur, lur dilinin bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Volker Perthes
Volker Perthes — Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru 16 may 1958-ci ildə Almaniyada anadan olmuşdur.
T-Series
Super Cassettes Industries Private Limited və ya daha çox tanınmış adı ilə T-Series, 1983-cü ildə Gülşən Kumar tərəfindən əsası qoyulmuş Hindistan film və musiqi şirkətidir. Şirkət əsas diqqətini xüsusi ilə Bollivud filmlərində istifadə olunan musiqilər ilə hind pop musiqisinə yönəltmişdir. T-Series 2014-cü ilə görə Hindistan musiqi bazarının 35%-nə sahibdir və bu onu Hindistanın ən böyük musiqi şirkəti edir. 2022-ci ilin yanvar ayına olan məlumata görə, T-Series 176 milyard ümumi baxışla YouTube-da ən çox baxış sayına və 2022-ci ilin avqustuna olan məlumata əsasən 222 milyon abunəçisi ilə ən çox abunəçisi olan kanalın sahibi və onun idarəçisidir. Şirkətin kanalı bu adı PewDiePie kanalını keçərək qazanmışdır. Ən çox musiqi şirkəti kimi tanınan T-Series film istehsalı şirkəti kimi də orta səviyyədə müvəffəqiyyətlər qazanmışdır.
La-Salveta-Perales
La-Salveta-Perales (fr. La Salvetat-Peyralès, oks. La Salvetat de Peiralés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Perales kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12258. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 33 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1068 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 533 nəfər (15-64 yaş arasında) 360 nəfər iqtisadi fəal, 173 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,5%, 1999-cu ildə bu göstərici 62,2%) idi.
Salveta-Perales (kanton)
Salveta-Perales (fr. Salvetat-Peyralès) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1243. Salveta-Perales kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası La-Salveta-Perales kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 1 899 nəfər təşkil edirdi.
Fernando Peres
Fernando Nestor Peres (11 september 1980, Argentina) — argentinalı futbolçu. Fernando Peres futbolçu karyerasına Deportivo MakAllister klubunda başlayıb. Sonra Bakı klubuna transfer olunub. 2005-2005 və 2007-2009-cu illərdə bu klubun heyətində Azərbaycan milli futbol çempionatında çıxış edib və 99 oyunda 40 qola imza atıb. 2011-ci ildən futbolçu karyerasını İspaniyanın Gimnastika de Torrelaveqa klubunda davam etdirir.
Florentino Peres
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Peris Hilton
Peris Vitni Hilton (17 fevral, 1981, Nyu-York) — amerikalı müğənni, fotomodel və aktrisa. == Həyatı və yaradıcılığı == Amerikalı fotomodel və aktrisa, dünyanın ən nəhəng "Hilton" otellər şəbəkəsi - ailə biznesinin keçmiş varisi Peris Vitni Hilton 17 fevral 1981-cı ildə Rik və Keti Hiltonların ailəsində doğulub. O, "Hilton" otellər şəbəkəsinin təməlini qoyan Konrad Hiltonun nəticəsidir. Peris ailənin böyük övladıdır, onun bir kiçik bacısı və iki qardaşı var. O, Nyu-Yorkda "Dwight School" məktəbini bitirib. Kollecə qəbul olunan Peris oradan qovulsa da, orta təhsil haqqında şəhadətnamə ala bilib. Peris Hilton 2000-ci ildə Donald Trampın "T Managment" model agentliyi ilə müqavilə bağlayır və peşəkar model olur. Rəfiqəsi Nikol Riçi ilə birgə oynadığı "Sadə həyat" teleserialı və qalmaqallı həyat tərzi onu məşhurlaşdırır. 2006-cı ildə Peris Hilton "Axıradək iç" və "Sarışın şokoladda" filmlərində baş rolları ifa edir. 2008-ci ildə ekranlara çıxan "Gözəl və eybəcər" filminə görə Peris 3 Qızıl Moruq Mükafatı qazanır.
Şimon Peres
Şimon Peres (Perski) (1 avqust 1923[…] və ya 2 avqust 1923 – 28 sentyabr 2016[…]) — 1984–1986 və 1995–1996-cı illərdə İsrailin Baş naziri, 2007–2014-cü illərdə İsrailin prezidenti. == Həyatı == Şimon Peres 1923-cü il avqust ayının 2-də Polşanın Vişneva rayonunda anadan olub. Ş. Perskinin atası İsaak Perski odunçuluqla məşğul olduğuna görə, evinə gec-gec gəlirdi. Şimonun anası Sara Melser də təsərrüfatı sahəsində işləyirdi. Buna görə də Şimon ravvin olan babası Svi Melserin yanında daha çox olur və babasının təsirində böyüyür. Şimonun babası Tövratı oxumuşdu və yəhudi poeziyasının bilicilərindən idi. Babasından ilham alan Şimon 10 yaşında şer yazmağa başlayır. Onun şerlərini hətta tanınmış yəhudi şairi Haim Nehman Balika da bəyənir. Ş. Peres qələmə aldığı şer və hekayələrini sonralar İsrail hökuməti yaradıldığı zaman nəşr etdirir. 1931-ci ildə Fələstinə gələn ata Peres taxıl ticarəti ilə məşğul olur.
BWF Future Series
BWF Future Series — 2007-ci ildən Ümumdünya Badminton Federasiyası (BWF) tərəfindən icazəsi verilən, BWF İnternational Series və BWF İnternational Challenge turnirləri ilə birlikdə təşkil edilən dörd əsas badminton turnirindən biridir. == Xüsusiyyətləri == === Dünya Reytinqi xalları === BWF Future Series BWF turnirlərindən yalnız dördünə (BWF yarışlarından sonra, Super Series, Grand Prix Gold və Grand Prix və İnternational Challenge) Dünya Reytinqi sisteminə əsasən xallar verir.
BWF İnternational Series
BWF İnternational Series — 2007-ci ildən Ümumdünya Badminton Federasiyası (BWF) tərəfindən icazəsi verilən, BWF İnternational Challenge və BWF Future Series turnirləri ilə birlikdə təşkil edilən dörd əsas badminton turnirindən biridir. == Xüsusiyyətləri == === Pul mükafatı === Beynəlxalq Seriyalı turnirin minimal mükafat fondunu 5000 dollar təşkil edir. === Dünya Reytinqi xalları === BWF Beynəlxalq Seriyası BWF turnirlərindən yalnız dördünə (BWF yarışlarından sonra, Super Series, Grand Prix Gold və Grand Prix və İnternational Challenge) Dünya Reytinqi sisteminə əsasən xallar verir.
Adolfo Peres Eskivel
Adolfo Peres Eskivel (isp. Adolfo Pérez Esquivel — (26 noyabr 1931 -ci il təvəllüdlü) argentinalı fəal, ictimai təşkilatçı, rəssam, yazıçı və heykəltaraşdır. Argentinanın son sivil-hərbi diktaturasına (1976–1983) qarşı çıxdığı üçün 1980-ci il Nobel sülh mükafatına layiq görüldü, bu müddət ərzində 14 ay həbsxanada yatdı, işgəncə gördü və mühakimə olunmadı; bu müddətdə həmçinin, məsafədən XXIII Papa İoann Sülh memorialını aldı. == Həyatı == === Yaradıcılıq yolunun başlanğıcı === Qalisiyalı ispan mühacir balıqçı ailəsində anadan olmuşdur. Anası Perezs Eskivel üç yaşında olanda ölür. Uşaqlığı və gəncliyi Katolik kilsəsi, eləcə də Mahatma Qandi, Avqustin Avreli, Tomas Merton və digər mütəfəkkirlərin kitablarını oxumaqla keçib.Buenos Ayresdəki Manuel Belqrano adına sənət məktəbini bitirib. Sonra La Plata Milli Universitetində təhsil alıb. 1956 -cı ildə üç övladı olan pianoçu Amanda Pereslə evlənirlər. Sonrakı illərdə, Peres Eskivel, əsərində Kolumbiyaya qədərki Amerikanın motivlərindən istifadə edən və alma-mater təhsili də daxil olmaqla Argentinanın müxtəlif təhsil müəssisələrində memarlıq fənlərindən dərs deyən məşhur heykəltaraş oldu. Nüfuzlu Milli İncəsənət mükafatını alır.
Daniyel Ayyala Peres
Daniyel Ayyala Peres (isp. Daniel Ayala Pérez; 21 iyul 1906 – 20 iyun 1975) — Meksika skripkaçısı, dirijoru və bəstəkarı. == Həyatı == Daniyel Ayyala Peres 21 iyul 1906-cı ildə Meksikada, Yukatanda yerləşən Abala şəhərində anadan olmuşdur. O, 1922-ci ildən 1927-ci ilə kimi Mexiko şəhərindəki Konservatoriya Milli Musiqi Məktəbində skripka və bəstəkarlıq təhsili almışdır. Bir müddət "Salon Mexico" gecə klubunda çıxış edərək pul qazanmışdır. 1934-cü ildə o, həmkarları Salvador Kontreras, Blas Qalindo və Xose Pablo Monkayo ilə birlikdə "Dördlər qrupu"nu yaratmışdır. 1975-ci ildə vəfat etmişdir. == Seçilmiş əsərləri == === Balletlər === El hombre maya (1939) La gruta diabólica, for chamber orchestra (1940) === Orkestr === Cinco piezas infantiles, for string orchestra (1933) Tribu, sym. poem, (1934) En la llanura (On the Prairie) La serpiente negra (The Black Serpent) La danza del fuego (Fire Dance) Paisaje (Landscape), suite, (1935) Panoramas de México, suite (1936) Sonora Veracruz Yucatán Mi viaje a Norte América (My North-American Journey), suite (1947) Acuarela nocturna (en San Salvador), op. 20 (1949) Suite veracruzana (1957) Concertino for Piano and Orchestra (1974) === Vokal === Uchben X'coholte (In an Ancient Cemetery), for soprano and chamber orchestra (1931) Cuatro canciones, for soprano and piano (1932) El grillo (The Cricket, words by Daniel Castañeda), for soprano, clarinet, violin, piano, and rattle (1933) U kayil chaac (Mayan rain song), for soprano and chamber orchestra with indigenous percussion (1934) Suite infantil (Children's Suite), for soprano and chamber orchestra (1936) Duerme.
Manuel Peres Trevinyo
Manuel Peres Trevinyo (isp. Manuel Pérez Treviño; 5 iyun 1890, Qerrero[d], Koauila[d] – 29 aprel 1945, Nueva-Rosita[d], Koauila[d]) — Meksika siyasətçisi və hərbi xadimi. O, Meksika inqilabı zamanı və ondan sonra mühüm fiqura çevrilmişdir. 1928-ci ildə prezident seçkilərində iştirak etmişdir. O, 1934-cü ildə o, Lasaro Kardenas del Rioya qarşı yarışmışdır. 1939-cu ilin yanvarında Melçor Torteqa və Xoakin Amaro ilə birlikdə İnqilabçı Antikommunist Partiyasını qurmuşdur.
Xose Manuel Peres
Xose Manuel Peres de Veqa (isp. José Manuel Pérez de Vega; 10 may 1947, Valensiya) — İspaniya bobsleyçisi. 1968 Qış Olimpiya Oyunlarında iştirakçı, 1970 Avropa Çempionatının gümüş mükafatçısı olmuşdur. == Həyatı == Xose Manuel Peres 10 may 1947-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1968-ci ildə Qrenoblda keçirilən Qış Olimpiya Oyunlarında İspaniya milli komandasına daxil edilmişdir. İki nəfərlik yarışda Xose Mariya Palomo ilə birlikdə dörd yarışın yekununda 4 dəqiqə 51,16 saniyə nəticə göstərmiş, qızıl medal qazanan İtaliya təmsilçiləri Eucenio Monti və Luçano de Paolisə 10,62 saniyə fərq ilə uduzaraq 12-ci yeri tutmuşdurlar. Gilyermo Rosal, Nestor Alonso və Antonio Martinin də daxil olduğu ispaniyalı ekipaj dördlük yarışında iki qaçış üzrə 2:24,32 hesabı ilə qalib İtaliya komandasından 6,93 saniyə geri qalaraq sonuncu, yəni 19-cu olmuşdur.
Xavyer Peres de Kuelyar
Xavyer Peres de Kuelyar (isp. Javier Pérez de Cuéllar y de la Guerra; 19 yanvar 1920[…], Lima[…] – 4 mart 2020[…], Lima) — Peru diplomatı. 1 yanvar 1982-ci ildən 31 dekabr 1991-ci ilədək BMT-nin baş katibi. == Həyatı == Xavyer Peres de Kuelyar 1920-ci il yanvarın 19-da Limada anadan olmuşdu. Xavyer Peres de Kuelyar 1940-cı ildən Perunun Xarici İşlər Nazirliyində işləyib. 1944-cü ildə diplomatik karyerasına başlayıb. 1964-1979-cu illərdə ölkəsinin İsveçrə, SSRİ, Polşa və Venesueladakı səfiri vəzifələrini tutub. 1971-1982-ci illərdə BMT-dəki Peru nümayəndə heyətinin başçısı olub. 1982-ci ildə BMT-nin baş katibi seçilib və bu vəzifədə iki müddət ərzində çalışıb. 1995-ci ildə o, Peru prezidenti seçkilərinə qatılıb və 22 faiz səs toplayaraq uduzub.
Stuart Little: The Animated Series
Stuart Little: The Animated Series (ing. Stuart Little: The Animated Series) — Amerikada yayınlanmış uşaqlar üçün sənədli filmdir. Proqram 1 mart 2003-ci il ilə 24 may 2003-cı il arasında yayımlanmışdır.
Sainte-Périne - Rossini - Chardon-Lagache xəstəxanası
San Perin xəstəxanası (fr. hôpital Sainte-Périne - Rossini - Chardon-Lagache) — Paris-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Assistance publique – Hôpitaux de Paris-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1807-cu ildə yaradılmışdır.