Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pambıqçılıq
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Balıqçılıq
Balıqçılıq — su hövzələrində balıqların, digər su heyvanları və bitkilərinin artırılması, bərpası, yetişdirilməsi, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönəldilmiş bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi. == Balıqçılıq təsərrüfatı == Balıqçılıq təsərrüfatı ən qədim təsərrüfat sahələrindən biridir. İlkin olaraq balıqçılıq təsərrüfatı isti iqlimə malik ölkələrdə yaranmışdır. Məsələn, Meksika (6,5min il e.ə.), Çin (3,5 min il e.ə.), Misir (2,5 min il e.ə.), Hindistan (2000-ci il e.ə.). 3750 il bundan əvvəl Çində balıqların çoxaldılması üçün nohurlar yaradılmışdı. Eramızdan əvvəl 1020-ci ildə balıqların xüsusi əhəmiyyət kəsb edən bəzi növləri satış məqsədi ilə böyük miqyasda yetişdirilirdi. Çinli Fan Li e.ə. 599-cu ildə yazdığı balıqyetişdirilməsi haqqında məlumat bu sahə barəsində dövrümüzə gəlib çatmış ilk əlyazmadır. Balıqyetişdirmə balıq körpələrinin süni göl və nohurlarda əmtəə məqsədilə satış çəkisinə qədər intensiv yetişdirilçməsi və bəslənməsi olub akvakulturanın əsas hissəsini təşkil edir. Akvakultura latıncadan tərcümədə “aqua” su və ”cultura” yetişdirmək, becərmək sözlərindən ibarət olub su orqanizmlərinin (balıqların, xərçənglərin, molyuskaların, yosunların) təbii və süni sututarlarda, həmçinin xüsusi yaradılmış dəniz plantasiyalarında yetişdirilməsi və çoxaldılmasıdır.
Azərbaycanda pambıqçılıq
Azərbaycanda pambıqçılıq — Azərbaycan Respublikasında pambıq bitkisinin becərilməsi və xam pambıq istehsalı ilə məşğul olan bitkiçilik sahəsi. Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri olan pambıqçılıq aqrar islahatından sonra müvəqqəti tənəzzülə uğrasa da, hazırda fermer təsərrüfatlarında da ildən-ilə pambıq istehsalının artırılmasın xüsusi fikir verilir. == Tarixi == Azərbaycanda pambıqçılığın ilk inkişafı haqda dəqiq ədəbiyyat məlumatı yoxdur. Azərbaycanda pambıqçılığın hətta XIX əsrin əvvəlinə qədər olan vəziyyəti haqda yalnız natamam məlumatlar mövcuddur. Güman edildiyinə görə pambıq bitkisi Azərbaycana İran və İraqdan keçmişdir. Bəzi dəqiq mənbələrin məlumatlarından müəyyən olur ki, 1823-cü ildən dəmir yoluna yaxın olan Gəncə, Göyçay, Ağdaş və digər qəzalarda, eyni zamanda Naxçıvanda da kütləvi sürətdə pambıq əkilmişdir. Həmin vaxtlar pambıqçılığın 39,1 %-i Mil-Qarabağ, 32,8%-i Muğan-Salyan, 19,8%-i Şirvan və 8,3%-i Gəncə-Qazax zonasının payına düşürdü. Pambıq istehsalı ilk əvvəllər yerli əhalinin və kustar karxanalarının tələbatı üçün idisə, sonralar xanlara-bəylərə kömürük vermək üçün becərilirmiş. Əkilən pambıq sortu "Qaraqoza" adlanmaqla, lifləri gödək və kobud idi. Rusiyanın tərkibinə keçdikdən sonra Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar olaraq pambıqtəmizləmə sənayesi də yüksəlirdi.
Azərbaycanda balıqçılıq
Azərbaycanda balıqçılıq — Azərbaycan Respublikasında su obyektlərində balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemini əhatə edən kənd təsərrüfatı sahəsi. == Tarixi == Azərbaycanda 1913-cü ildə 13 milyon puda yaxın balıq və balıq məhsulları, 40 min puddan çox qara kürü hasil edilmişdir. == Qanunvericilik bazası == 27 mart 1998-ci il tarixində "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Balıqçılıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Pambıqçılıq (film, 1928)
== Məzmun == Film respublikamızda torpaq islahatından sonra kənd kooperasiyalarında pambıqçılıq təsərrüfatlarının yeni mərhələsinə həsr olunmuşdur. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Kosiçkin Operator: Kosiçkin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
Balıqçılıq sənayesi (film, 1928)
Balıqçılıq sənayesi qısametrajlı sənədli filmi 1928-ci ildə Azdövlətkinoda istehsal edilmişdir. Kinolent Azərbaycanda balıqçılıq vətəgələrinin və balıq kombinatlarının inkişaf etdirilməsindən söhbət açır. == Məzmun == Kinolent Azərbaycanda balıqçılıq vətəgələrinin və balıq kombinatlarının inkişaf etdirilməsindən söhbət açır.
Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTB ETİ) — Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi, kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici, alaq otlarından mühafizə xidməti. 6 oktyabr 2022-ci ildə Kənd təsərrüfatı naziri İnam Kərimovun sərəncamına əsasən, İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib. == Haqqında == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılır, onlara qarşı mübarizə tədbirləri hazırlanır. Eyni zamanda texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat isləri aparılır. Həmçinin BMTBETİ-nin Texnologiya laboratoriyasında hər il xam pambıq tədarükü mövsümünə növlər üzrə maşın və əl yığımından ibarər etalonların hazırlanması istiqamətində işlər davam etdirilir. Respublikada yeganə pambıq etalonu bu laboratoriyada hazırlanır. BMTB ETİ-nin Abşeron Təcrübə Stansiyasında pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni və s. zərərvericilərə qarşı Feromon tələlər və mikrobioloji preparatlar (BTB, Trixodermin) hazırlanır və bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi
Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар балыгчылыг тәсәррүфаты ишчиси) — Azərbaycan SSR-də balıqçılıq təsərrüfatı sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.Fəxri ad dövlət və kolxoz balıqçılıq təsərrüfatlarının, əlaqədar elmi-tədqiqat idarələrinin və digər idarələrin bu sahədə azı 10 il işləmiş fəhlələrinə, kolxozçularına, mühəndis-texnik işçilərinə və digər mütəxəssislərə verilirdi."Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar balıqçısı" fəxri adı ləğv olunmuşdur.