Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yalançı yalançı
Yalançı, yalançı (ing. Liar Liar) — ABŞ istehsalı komediya filmi. == Məzmun == Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdürü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Yalançı Yalançı (film)
Yalançı, yalançı (ing. Liar Liar) — ABŞ istehsalı komediya filmi. == Məzmun == Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdürü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Yalançı, yalançı (film, 1997)
Yalançı, yalançı (ing. Liar Liar) — ABŞ istehsalı komediya filmi. == Məzmun == Los Anclesli vəkil Fletcher Reede 5 yaşındakı oğlu Maksın ad günü şənliyinə getməmək üçün yalan danışır. Çünkü müdürü Miranda ilə sevişmək kimi vacib bir işlə məşğuldur. Balaca Max da tortunun şamlarını söndürərkən atasının sadəcə bir gün müddətində yalan deməməsini arzu edər və bu arzusu qəbul olar. Bundan sonra sabahkı gündən etibarən Fletcher əvvəllər davamlı yalan danışaraq iş yerində çıxmadığı telefonlarla çıxar. İş dostları haqqında nə düşünürsə açıq-açıq deyər və bunlar sadəcə başlanğıcdır.
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. == Ümumi məlumat == Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Palazzo memarlığı
Palasso (it. Palazzo, lat:palatium – saray) — italyan Renessansı üçün xarektrik olan saray-mülk tipi. XV əsrdə meydana gəlmişdir (əsasən Florensiyada; memar F.Brunelleski və başqaları). Klassik Palassolar fasadı küçəyə baxan 3, bəzən 2, yaxud 4 mərtəbəli binadan, tağlı sırasütunlarla əhatələnən daxili həyətdən ibarət olurdu. Palassonun 1-ci mərtəbəsində xidmət, 2-ci mərtəbəsində qonaq, 3-cü mərtəbəsində yaşayış otaqları yerləşirdi. XVI əsrə aid Palassolarda (memarlar Roma və Florensiyada Donato Bramante, Mikelancelo; Viçentsada Andrea Palladio; Veronada Michele Sanmikeli və başqaları) order elementlərinin rolu artır, binanın kompozisiyası ətraf mühit ilə əlaqələnirdi. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Palaçço Farneze
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Papaqçı (personaj)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Qalayçı (Bukan)
Qalayçı (fars. قلايچي‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (23 ailə).
Yalançı akasiya
Robinia pseudoacaci (lat. Robinia pseudoacaci) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Yayılması, Şimali Amerika və Şimali Meksikada bitir.
Yalançı ağqovaq
== Ümumi yayılması == Rusiya, Gürcüstan, Kiçik Asiya, Əfqanıstan, Çin və Himalayda təbii arealları vardır. == Azərbaycanda yayılması == Böyük Qafqaz (Quba sahəsi) – Samur Dəvəçi ovalığı Kür düzənliyi Kür-Аraz ovalığından aşağı dağ qurşağına qədər yerləşən ərzilərdə, çayların sahillərində təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. LC. == Bitdiyi yer == Dəniz səviyyəsindən aşağı dağ qurşağına qədər ərazilərdə rütubətli çay sahələrində yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Qışda yarpaqlarını tökən, tezböyüyən iri gövdəli, çətiri ağacdır. Uzanmış zoğların yarpaqları Populus hybrida növündə olduğu kimidir. Gövdələrinin qabığı çat-çatdır, tünd boz və ya qonur boz rəngədədir. Tumurcuqlarında çoxlu pulcuq vardır, çox vaxt yapışqanlı və ətirlidir. Qısa zoğların yarpaqları meyvə gətirdiyi dövrdə alt tərəfdən ağ və ya bozumtul-ağ rəngdə olub, sıx narın keçətüklüdür.
Yalançı cirə
Cirəgülü (lat. Pimpinella) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Adi cirəgülü birillik bitki olub, hündürlüyü 50-60 sm-dir. Gövdəsi düzqalxan, dairəvi, yuxarı tərəfi budaqlanandır. Kökətrafı və gövdənin aşağı hissəsinin yarpaqları uzun saplaqlı, bütöv və dayaz üçpərli, dairəvi-böyrəkşəkilli formalı, kənarları iridişli, orta uzunluqlu saplaqlı, qovuşuq olmaqla kənarları ikiyə bölünmüş, yan seqmenti normal, son seqmenti isə üçpərlidir.Yuxarı yarpaqları 3 və 5-ə bölünmüş dar xətti seqmentlidir. Çiçəkləri kiçik 5 üzvlü, ağ rəngli olub, mürəkkəb çətir çiçək qrupunda formalaşmışdır. Meyvələri müəyyən edilməyən sallaq meyvədir. Yumurtavari və ya tərs armadvari formalı, yan tərəfdən azacıq yastılaşmış, əsası geniş, zirvəsi isə daralmışdır. Zirvəsi beşdişli, kasacığı və dişiciküstü yarılmış vəziyyətdədir. Meyvənin yuxarı tərəfi kələ-kötür, nahamar, xarici tərəfi qabarıq, daxili tərəfi isə yastıdır.
Yalançı elm
Yalan elmlər ( yun. ψευδής — «yalan» + elm, yaxın terminlər: paraelm, kvazielm, 'alternativ elm, qeyri-akademik elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan fəaliyyət və ya nəzəriyyə. == Haqqında == Yalançı elm çox mürəkkəb bir ictimai fenomendir. Onun təzahürləri arasında bir tərəfdən elmi əsası olmayan, lakin elm kimi təqdim olunan ideyalar, digər tərəfdən isə dünyanın mövcud qanunauyğunluqlarına uyğun olmayan, guya yeni qanunlara əsaslanan ixtiralardır. Bacarıqlı yalançı alimlər iddia etdikləri tədqiqatların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə çalışır və bununla da vergi ödəyicilərinin pulunu mənimsəyirlər. Üstəlik, yalançı elm bir qayda olaraq, korrupsiya ilə bağlıdır. Vətəndaşlar da bu cür saxtakarlardan əziyyət çəkirlər. Məs.,“ulduz falı” (qoroskop), əl, pəncə və barmaq izləri əsasında falçılıq edənlər, ekstrasenslər heç bir elmi əsası olmayan, saxtalaşdırılmış elmi faktlarla insanları inandırmaqla müalicə edir, ixtisas seçmək və ya idman, musiqi ilə məşğul olmaq üçün təkliflərini verirlər. Postsovet dövründə Rusiyada, həmçinin postsovet dövlətlərində yalançı elm nəzarətdən çıxaraq vətəndaşların sağlamlığı və təhsilindən başlayaraq dövlət proqramları və strategiyalarına qədər bütün səviyyələrdə dövlət qurumlarının fəaliyyəti və təhlükəsizliyinə dağıdıcı təsirlər etməyə başladı. Rusiyanın dövlət orqanları yaranmış fövqəladə hala yaxın olan bu vəziyyəti nəzərə alaraq məsələnin həlli ilə məşğul olan xüsusi Komissiya yaratdılar.
Yalançı jenşen
Yalançı jenşen (lat. Panax pseudoginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü. == Yarımnövləri == P. pseudoginseng ssp. himalaicus P. pseudoginseng ssp. pseudoginseng P. pseudoginseng ssp.
Yalançı körkəröküz
Yalançı körkəröküzlər
Yalançı mahmızlalə
Yalançı mahmızlalə (lat. Corydalis ambigua) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Yalançı nərgizgülü
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Yalançı quşüzümü
Yalançı quşüzümü (lat. Solanum pseudocapsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Peru və Ekvadordur. Cənubi Amerika və Afrika, Avstraliya və Yeni Zelandiyada bitir. Yer kürəsinin isti ölkələrinə introduksiya olunmuşdur. İerusalim albalısı və ya qış albalısı kimi məlumdur. == Botaniki təsviri == Hündürlüyü 1,5 m- dək olan həmişəyaşıl koldur. Yarpaqları lansetvari, bir az dalğalı, uzunluğu 10 sm-dək, qısa saplaqlarda oturur. Çiçəkləri ağ, kiçik, salxımvari çiçək quruplarına yığılmış və ya təkdir. Meyvəsi qırmızı və ya sarı rəngli, diametri 1,5 −2 sm olan yumru giləmeyvədir.
Yalançı sabunağacı
Yalançı sabunağacı (lat. Koelreuteria paniculata) == Təbii yayılması == Çin, Kоrеya, Yapоniyada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 17 m-ə, dimеtri 40 sm-ə çatan iri kоldur. Budaqları açıq qəhvəyi qabığa malikdir. Yarpaqları 45–50 sm uzunluqda və 25 sm еnində оlub, tək lələkvarı və bəzən cüt lələkvarıdır. Yarpaqcıqlar qarşı-qarşıya düzülüşlü, 9–15 оlub, оturandır. Çiçəkləri ikicinsli, bulanıq-sarı rəngdə оlub, 30–40 sm uzunluqda sеyrək, iri süpürgələrə tоplanmaqla budaqların uclarında еnsizləşir. Kasa yarpaqlar 5, bitişik, dərindilimlidir. Ləçəklər 4, еrkəkciklər 8, uzun saplaqlı, dişicik sütuncuğu 3 bölümlüdür və еrkəkciklərdən qısadır. Mеyvələri 3 yuvalı, 5 sm uzunluqda, qutucuqdur, hər yuvada bir ədəd şarşəkilli, qara rəngli mеyvə vardır.
Yalançı tsuqa
Yalançı tsuqa (lat. Pseudotsuga) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi.
Yalançı yemişan
Yalançı yemişan (lat. Crataegus ambigua) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == İran, Türkiyə və Gürcüstanda yayılıb. == Botaniki təsviri == Hündürlüyü 10-12 m, gövdəsinin diametri 20 sm, yarpağı tökülən ağacdır. Oduncağı ağır, bərk, cod və möhkəmdir. Budaqları bozdur, cavan budaqları çılpaq olub, tünd qırmızıdır, üzərində 1, 5 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları parlaq, açıq yaşıl rəngdədir, cavan yarpaqları azca tüklü, yaşlı yarpaqları isə çılpaqdır. Çiçəkləyən budaqların alt yarpaqları pazşəkilli, qısa saplaqlı, üç bölümlü, kənarları dişli, yuxarı hissəsi enli yumurtavari, uzunluğu 5-8 sm-dir. Çiçəkləməyən budaqların yarpaqları daha iri, əsas hissəsindən geniş pazşəkilli olub, 5-7 bölümlüdür. Çiçək qrupu 7-13 mm uzunluğunda, çiçək sapalğının üzərində yerləşir, çılpaqdır, diametri 8 sm-dir.
Yalançı şüur
Yalançı şüur — sinfi münasibətlərin obyektiv şəkildə müəyyən edilmiş təsvirini ifadə edən marksist konsepsiya “baş üstə”. Marksın əsərlərində “yalançı şüur” (Engels belə deyir) ifadəsi yoxdur, lakin Marks “dönüşmüş şüur ​​formalarına” və bununla əlaqədar olaraq ideologiya və əmtəə fetişizminin müvafiq anlayışlarına böyük diqqət yetirirdi.Yalançı şüur ​​termini məzlum siniflər tərəfindən ictimai münasibətlərin dərk edilməsində sistematik təhrifi ifadə edir; bu təhrif ictimai istismar, hökmranlıq və tabelik münasibətlərini gizlətmək üçün yaranır, mövcuddur və saxlanılır. == Terminin yaranması == İlk dəfə "yalançı şüur" termini Fridrix Engelsin Frans Mehrinqə yazdığı məktubda keçir. O yazırdı: İdeologiya — mütəfəkkir deyilən şəxsin şüurla olsa da, saxta şüurla həyata keçirdiyi prosesdir. Onu fəaliyyətə sövq edən əsl hərəkətverici qüvvələr ona naməlum olaraq qalır, əks halda bu, ideoloji proses olmazdı. O, özü üçün yalançı və ya zahiri hərəkətverici qüvvələr haqqında fikirlər yaradır. Söhbət düşüncə prosesindən getdiyi üçün onun həm məzmununu, həm də formasını xalis təfəkkürdən - ya özündən, ya da sələflərinin düşüncəsindən alır. O, yalnız əqli materialla məşğul olur; o, əlavə təfərrüatlara varmadan bu materialın təfəkkürlə yarandığına inanır və ümumiyyətlə, təfəkkürdən başqa, daha uzaq və müstəqil mənbəyi öyrənmir. Məsələyə bu cür yanaşma ona öz-özünə aydın görünür, çünki onun üçün hər bir hərəkət son təhlildə təfəkkür üzərində qurulmuş kimi görünür, çünki təfəkkür vasitəsilə həyata keçirilir. Marks cəmiyyəti öz-özünə inkişaf edən bir sistem kimi anlayışı yaratdı və inkişaf etdirdi və bunun əsasında əsasən sosial quruluşun tipini və ona uyğun şüuru müəyyən edən iqtisadi münasibətlər sisteminin obyektiv xüsusiyyətlərinin təhlilinə əsaslanan bir sinif nəzəriyyəsini inkişaf etdirdi.
Yalançı əqrəblər
Yalançı əqrəblər (lat. Pseudoscorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. == Haqqında == Yalançı əqrəblər kiçik ölçüləri və gizli həyat tərzi ilə səciyyələnirlər. Başqa hörümçəkkimilər arasında yalançı əqrəblər yalnız onlara məxsus olan bədən quruluşu, xüsusi halda qısqac formasında olan iri pedipalplar – ikinci cüt ətrafları ilə seçilir. Bu sonuncular əqrəblərin qısqacına çox bənzədiyi üçün hörümçəkkimilərin bu dəstəsinə yalançı əqrəb adı verilmişdir. Bundan başqa, hərəki xeliser barmaqların — birinci cüt ətrafların ucunda tor vəzilərin olması, xela barmaqlarındakı zəhərli aparat, mürəkkəb "nikah" davranışı, eləcə də dişinin yumurtaları və körpələri daşıması yalançı əqrəblərin fərqli təkamülündən xəbər verir. Yalançı əqrəblər yırtıcıdırlar, qida kimi xırda buğumayaqlılardan kolenbol, gənə, həşərat sürfəsi, xırda hörümçəklər və.s – dən istifadə edirlər. Yalançı əqrəblər səhralardan tutmuş qarlı dağlara qədər, demək olar ki, hər yerdə rast gəlinir. Gizli yaşayış yerlərinə — daşların, ağac qabıqlarının altına, döşənəyə, quş yuvalarına, torpağın müxtəlif horizontlarına yerləşən gəmirici yuvalarına üstünlük verirlər.Çoxlu miqdarda mağara yalançı əqrəb növləri, vardır. Onlar mağara həyatı üçün səciyyəvi olan əlamətlər kəsb etmişlər: gözlər yox olmuş, ətrafların buğumları uzanmış, duyğu tükləri güclü inkişaf etmişdir.
Adnan Paçaçı
Adnan Müzahim Əmin Paçaçı (ərəb. عدنان الباجه جي‎; 14 may 1923, Bağdad – 17 noyabr 2019, Əbu-Dabi) — İraq siyasətçisi, keçmiş nazir və diplomat. == Həyatı == Adnan Paçaçı 14 may 1923-cü ildə İraqın Bağdad şəhərində anadan olmuşdur. O, İraq və İsrail arasında altıgünlük müharibə zamanı, 1959–1965-ci illərdə İraqın Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəsi və 1965–1967-ci illərdə İraqın Xarici İşlər Naziri olmuşdur. == Vəfatı == Adnan Paçaçı 17 noyabr 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində, 96 yaşında vəfat etmişdir.
Boz yalançı tsuqa
Boz yalançı tsuqa (lat. Pseudotsuga menziesii var. glauca) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin yalançı tsuqa cinsinin menzis yalançı tsuqası növünə aid bitki yarımnövü. Şimali Amerikanın şimal-qərbində 600 və 2600 m hündürlükdə Roki Mauntens dağ vadilərində bitir. Hündürlüyü 30-50 m-dir, vətənində formaların hündürlüyü 90-100 m, gövdəsinin diametri 5 m olur. Avropada eni 8-10 m-ə qədər olur. İllik boy artımı 40 sm, eninə 20 sm-dir. Həmişəyaşıl, iri, tez böyüyən ağacdır; cavanlıqda düz, çətiri sütunşəkilli və düz gövdəli, yaşlandıqda gövdəsi qalınlaşır, çətiri enli olur, güclü, horizontal, yaruslu budaqlıdır. Cavan ağacların qabığı tünd-boz, qalınlığı 25 sm-ə qədər, dərin yarıqlıdır. Qozaları uzunsov-yumurtavarı, uzunluğu 5-10 sm, diametri 1-3,5 sm-dir.
Qalaiçi dağı
Qalaiçi dağı – Babək rayonu ərazisində dağ (hünd. 1362,0 m). Zirvəsi orta əsrlərə aid qala divarları ilə əhatə olunmuşdur.
Acanthaster planci
Acanthaster planci — Acanthasteridae dəstəsindən dəniz ulduzu növü. Böyük və çox qollu olan bu dənzi ulduzu növü sərt mərcan polipləri ilə bəslənir. Üst hissəsi zəhərli tikanlarla örtülüdür. Dünyanın ən böyük dəniz ulduzu növlərindən biridir. Hind və Sakit okeanda, Qırmızı dənizdə və Afrikanın şərq sahillərindən Orta Amerikanın qərb sahillərinə qədər yayılmışdır. Bu bölgələrdə sərt mərcan riflərində yaşayır. == Xüsusiyyətləri == Acanthaster planci növünün gövdəsi tipik dəniz ulduzu tipindədir; mərkəzi disk və ondan çıxan qollardan ibarətdir. Bu növə xas xüsusiyyətlər isə disk şəklində gövdəsi, çox sayıda qolu, zərifliyi, qavrama qabiliyyəti, çox sayda tikanlarla örtülü olması və bədən kütələsinə nisbətən çox böyük mədəyə sahib olmasıdır. Qavrama qabiliyyəti hər qolun ucuna qədər uzanan iki sıra çox saylı ayaqcıqlar sayəsindədir. Bu növ ilk zamanlar simmetrik bədənə sahib olsa da, daha sonra qollarının artması səbəbi ilə simmetriyasını itirmişdir.