Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. == Təsviri == Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. == Həyat tərzi == Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. == Yayılması == Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Frigiya papağı
Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır. Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar. == Qədim dövrlərdə == === İlkin ellin dövlətlərində === Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi. Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar.
Panama papağı
Panama papağı (isp. sombrero panamá) — Ekvador mənşəli ənənəvi kənarlı saman papaq.
Sind papağı
Sind topisi -— Sind milli baş geyimi. == Haqqında == Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.
Diz qapağının sınıqları
Diz qapağının sınıqları — diz qapağı adətən ona düz istiqamətdə təsir edən zərbədən (yıxılma zamanı) baş verir. Nadir hallarda xarici impuls ilə provokasiya edilmiş, gözlənilmədən, cəld, sərt diz oynağında ayağın bükülməsi nəticəsində ola bilər. Diz qapağının sınıqlarında hərəkət zamanı güclənən ağrı, şişkinlik, diz qapağında aktiv hərəkətin məhdudlaşması meydana çıxır. == İlk yardım == Diz qapağında yara olduqda ona aseptik sarğı qoyulur. Sınmış sümük fraqmentlərinin öz istiqamətini dəyişməməsi məqsədilə nəqliyyat immobilizasiyası olunur. Dizi açılmış (bükülməmiş) vəziyyətdə Kramer ya improvizə edilmiş (əlaltı vasitələrdən) şina vasitəsilə fiksə edirlər. Şina arxadan daban sümüyündən başlayaraq sağrı nahiyəsinə qədər qoyulur. Diz qapağının sınıqları ilə zədələnmişlər təcili olaraq xərəkdə xəstəxananın cərrahi şöbəsinə çatdırılmalıdır. == Həmçinin bax == Qabırğa sümüyü; Sınıqlar; Zədə; Yara; Sarğı.
Yarpağını tökən dəlikçiçək
Üçpərli talış çapağanı
Transdermal aorta qapağının əvəzedilməsi
Qısa adı TAVİ olan bu minimal inevaziv metodun əsas məqsədi, yüksək ölüm təhlükəsi olan xəstələrdə Aorta qapağının implantasiya edilməsidir. Aorta qapağının daralması (aortastenozu) zamanı yeganə operativ metod kimi aorta qapağının açıq cərrahi əməliyyatla dəyişdirilməsinə alternativ bir metod olan TAVİ son zamanlarda daha aktuladır. Bu üsul yeni olduğundan xüsusilə yaşlı insanlarda (>75 Yaş) , hansılarda ki, açıq ürək əməliyyatları böyük risk daşıyır daha intensiv tətbiq edilir. Əməliyyat gerçəkləşdirilməmişdən əvvəl aşağıdakı müayinələr aparılmalıdır: -EKQ -USM -KT -Kardial kateterizasiya (ürək damarlarının və boşluğunun kateterizasiyası) -Doppleroqrafiya -Ağciyərlərin funksional müayinəsi Bu müayinələrin aparılmasında məqsəd xəstədəki aorta qapağının vəziyyətini tam olaraq öyrənmək və xəstəyə hansı ölçüdə implantın lazım olduğunu müəyyən etməkdir. İmplant olaraq Təbii qapaqlardan (Donuzdan və ya İnəkdən alınmış) istifadə edilir və əməliyyat Rentgen aparatı ilə nəzarət altında həyata keçilir. Kateteri bədənə iki yolla daxil etmek olar: 1. İri damarlardan məsələn Bud arteriyasından (travezikulyar) 2. Birbaşa ürəyin zirvəsindən (transapikal). Əmıliyyatın hansi üsulla başlanacağı xəstənin yanaşı gedən xəstəliklərindən ve ürək-damar sisteminin quruluşundan asılıdır. 90% hallarda sağ bud arteriyasından istifadə edilir, sol bud arteriyası ilə isə kontrast madde daxil edilir.
Nikkolo Paqanini
Nikkolo Paqanini (it. Niccolò Paganini: 27 oktyabr 1782[…], Genuya, Genuya Respublikası[…] – 27 may 1840[…], Nitsa, İyul monarxiyası[…]) – italyan bəstəkar, bütün dövrlərin ən mahir skripka ifaçılarından biri. Baxmayaraq ki, onun yaşadığı XIX əsr bir neçə dahi skripkaçının şahidi olmuşdu, Paqaninin ustalığı həmkarlarının ustalığını üstələyirdi. Müasirləri onun bu istedadını qəlbini Şeytana satması müqabilində aldığı haqqında şayələr yayırdılar. == Həyatı == Nikkolo Paqanini Genuya şəhərində 6 uşağı olan Antonio Paqanini (1757–1817) və Tereza Boççardo ailəsinin üçüncü uşağı olmuşdur. Paqanininin atası müvəffəqiyyətsiz ticarətçi olmuş, lakin mandolinada musiqi ifa edərək öz gəlirini artırmağın öhdəsindən gəlmişdir. Paqanini, 5 yaşında olarkən atasından mandolinada, 7 yaşında isə skripkada ifa etməyi öyrənir. Musiqiçinin xatırladığına görə kifayət qədər məşğul olmadıqda atası onu ciddi şəkildə cəzalandırır və bu öz növbəsində onun sağlamlığına pis təsir göstərirdi. Sonralar Nikkolo özü musiqi aləti ilə maraqlanır və yeni musiqi növləri tapıb dinləyiciləri təəccübləndirməyi ümid edirdi. Uşaqlığında skripka üçün bir neçə əsərlər yazmış və məharətlə ifa etmişdir.
Papaqçı (personaj)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
İvan Papanin
İvan Papanin (14 (26) noyabr 1894, Sevastopol, Tavriya quberniyası[d] – 30 yanvar 1986, Moskva;rus. Папанин, Иван Дмитриевич) — Arktikanın sovet kəşfiyyatçısı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı (1937, 1940). Coğrafiya elmlər doktoru (1938). SSRİ Coğrafiya Cəmiyyətinin fəxri üzvü (1938). Kontr-admiral (1943). Arxangelsk, Lipetsk, Murmansk, Sevastopol, Yaroslavl vilayətinin fəxri vətəndaşı. == Həyatı == İvan 1894-cü ildə Sevastopolda Bessarabiyalı dənizçi Dmitri Nikolayeviç Papani və onun həyat yoldaşı Sekletia Petrovnanın ailəsində anadan olub. Ailə böyük idi, pul yox idi. Altı uşağı yedizdirmək üçün valideynlər əlavə pul qazanmağın yollarını axtarırdılar, satış üçün piroq bişirirdilər.
Dəlisov Papaqçı (Kerrolun personajı)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.