PAPAQ

сущ.
1. папаха (высокая меховая шапка). Buxara papağı бухарская папаха, qeneral papağı генеральская папаха
2. мужской головной убор
◊ papaq aldı-qaçdı о самоуправстве, безвластии; papaq açmaq: 1. ходить просить о помощи у кого-л. ; 2. ходить по миру с сумой (нищенствовать); papaq eləmək звать, делая знаки папахой; papağım mənə haram olsun, əgər … я не буду мужчиной, если …; papaqla vursan yıxılar соплей перешибёшь; papaqla vurub yıxarıq kimi шапками закидаем кого ; papağı boş qalmaq отправиться на тот свет; papağını qabağına qoyub fikirləşmək взвешивать, взвесить все за и против, хорошенько подумать; papağını qoltuğuna vermək kimin выставить за дверь кого , указать на дверь к ому, гнать в шею кого ; papağının altında неизвестно где (ответ на вопрос о местонахождении кого-л. отсутствующего); papağını quma basdırmaq kimin опозорить, обесчестить., осрамить кого ; papağını yan qoyub gəzmək ходить козырем (гоголем); papağını yerə vurmaq (soxmaq) kimin опозорить, обесчестить, осрамить кого ; papağını göyə atmaq прыгать от радости, ликовать, радоваться; papağını günə yandırmaq напрасно ждать; papağını çevirən kimi очень быстро, незаметно, в один миг
PAPA
PAPAQALDIQAÇ
OBASTAN VİKİ
Papaq
Papaq — baş geyimi. Azərbaycanda XX əsrin əvvəllərinə qədər kişilər arasında populyar milli baş geyimi. Digər Qafqaz xalqları arasında da geniş yayılmışdır. Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi. == Papağın növləri == Motal papaq — əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Şələ papaq — forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona "Yastı papaq", "Çoban papağı", "Yapba papaq", "Kopan papaq" da deyirdilər.
Buxara papaq
Buxara papaq — Azərbaycanın milli papaq növü. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqələri Buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa "Şiş papaq" və ya "bəy papaqları" da deyilirdi. Buxara papaqların hündürlüyü 11 santimetrdən çox olmurdu. Buxara papaqlarının hazırlanma texnologiyası digərlərinindən fərqlidir. Üç qaragül cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, onda quzunun dərisinin üzərindəki düyünlər açılır, onda isə həmin dəridən bu papağı tikmək mümkünsüz olur. Onun dəyəri də dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır.
Düz papaq
Düz papaq (ing. Flat cap) — qarşısında kiçik sərt kənarlı yuvarlaq papaq. Papaq Şotlandiyada bannet (ing. bunnet), Uelsdə day kep (ing. Dai cap), İrlandiyada paddi kep (ing. paddy cap), Yeni Zelandiyada çiz-katter (ing. cheese-cutter, ABŞ-də drayvinq kep (ing. driving cap) və Rusiyada kepka (rus. кепка) kimi tanınır. Papaq adətən pambıq, yun və tviddən hazırlanır.
Fedora (papaq)
Fedora — geniş ağızlı və girintili taclı keçə papaq. == Tarixi == Fedora terminin erkən istifadəsi 1891-ci ilə təsadüf edir. Papağın populyarlıq artıb və nəticədə ona oxşar görünüşlü homburqu keçdi.
Hörülmə papaq
Hörülmə papaq və ya bini papaq (ing. beanie hat) — adətən yundan (bəzi zaman sintetik liflərdən) soyuq havalarda istilik təmin etmək üçün nəzərdə tutulan papaq.
Papaq (1983)
== Məzmun == Filmdə XX əsrin əvvəlində Azərbaycan cəmiyyətinin həyatı və milli adətləri öz əksini tapmışdır. Kiçik bir şəhərdə gənc usta Şamil (Şamil Süleymanov) yaşayırdı. Yaxşı papaq tikdiyinə, xeyirxah və şən xasiyyətinə görə hamı ona hörmət edirdi. O, varlı tacir Kəmyabın (Səyavuş Aslan) qızına (Ruhsanə Topçuyeva) vurulur, qız da onu sevir. Lakin ata qızını kasıba vermək istəmir. Dostları qızı qaçırmaqda Şamilə kömək edirlər. Lakin dostlar pul xatirinə Şamilə xəyanət edirlər və əməliyyat alınmır. İkinci dəfə isə Şamilə Kərbəlayi Zal (Əliağa Ağayev) kömək edir və qızı qaçırıb Şamilə gətirir, sevgililər vüsala çatırlar. == Film haqqında == Film rejissor Cahangir Mehdiyevin böyük kinoda ilk işdir. Film yazıçı Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında lentə alınmışdır.
Papaq inqilabı
Papaq İnqilabı — Türkiyə Cümhuriyyətinin qurulmasının ardından, kişilərin baş örtmə tətbiqlərinin təşkil edilərək Qərb ölkələrindəki normalara uyğun hala gətirilməsi üçün 1925-ci ildə edilən qanuni tənzimləmədir. == Rəsmi geyimdə dəyişiklik == Papaq qanununun qəbul edildiyi 25 noyabr 1925-ci il tarixindən əvvəl ölkədəki bəzi rəsmi geyimlərdə dəyişikliklər müşahidə edilirdi. 1925-ci ildən bu yana Ankaradakı Cümhuriyyət bölmələri, daha sonra jandarma və hərbi birliklər "günəş çalarları" istifadə etməyə başlamışdılar. Daha sonra müxtəlif idarələrində və məktəblərdə yeni baş geyimləri və dəbilqələr geyilməyə başladı. İstanbul Qalata qalası mühafizəçiləri ilk dəfə yeni baş geyimləri və papaqlar geyindilər. 21 fevral 1925-ci ildə İstanbulda açılan Kızılay Şəxsi tibb bacısı məktəbində tibb bacıları şagirdləri örtüklərini örtmək əvəzinə şapka taxmağa başladılar. Avqustun 2-dən etibarən hakimlər, məhkəmə icraçıları və katiblər məhkəmələrdə və məhkəmələrdə yeni geyimlər və papaqlar geyinməyə başladılar. Ancaq xalq dini bir dəyər verən fez-ə sadiq qaldı və islahat hərəkatı Hat Qanununun parlamentdən keçməsi ilə başladı. == Papaq qanunu == 25 noyabr 1925-ci ildə parlamentdə qəbul edilən Papaqçılığı haqqında 67 saylı 671 Qanunla, Türkiyə Böyük Millət Məclisi üzvlərinə baş geyimləri geymək məcburiyyətində qaldılar və Türk xalqlarına əks bir vərdişin davam etdirilməsi qadağan edildi. Qanun 28 noyabr 1925-ci il tarixli Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minmişdir.
Sür-papaq
Sür-papaq — Azərbaycan qədim milli atüstü oyunlarından biri. Bəzən atüstü basketbol da adlandırılır. Sür-papaq oyununa bənzər oyunlardan Argentinada pato, Avropada isə horsbolu nümunə göstərmək olar. == Oyunun qaydaları == Sür-papaq oyunu hər birində 4–8 nəfər idmançı olan iki komandanın iştirakı ilə keçirilir. Bu oyun 20 dəqiqə davam edir (10+10). Oyunun birinci yarısından sonra komandalar 5 dəqiqə istirahət edirlər və qapıları dəyişirlər, oyun mərkəzdən başlanır. Oyun heç-heçə qurtardığı halda qalib komandanı müəyyən etmək məqsədilə oyuna 10 (5+5) dəqiqə əlavə vaxt verilir. Əlavə vaxtda qalib müəyyən olunmasa, hər komandaya 5 top-papaq atmaqla 5 metrlik cərimə zərbələri təyin olunur. Bu zaman hesab heç-heçə olarsa, hər komanda maksimum 5 top-papaq olmamaqla ilk itirilən top-papağa qədər cərimə zərbələrinin atılması davam edir. Bu halda da qalib müəyyən edilməsə, qalib püşkatma yolu ilə müəyyən edilir.
Daqqa papaq
Daqqa papaq — Dəridən tikilmiş hündür papaq. Papağın sağanağı qaragül dərisindən, üst qapağı isə mahuddan tikilirdi. Bəzi bölgələrdə ona "üstlü", yaxud "qapaqlı" papaq da deyilirdi. Ümumiyyətlə, qaragül dərisindən tikilən sağanaqlı papaqların hamısı "börk" və ya "sür papaq" adlanardı.
Motal papaq
Motal papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri istifadə edərdi. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə böyük (papaq), arvadda isə ləçək (çərqəd) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara "tərlik" deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı və bu papaq formasının Səfəvi hökmdarlarının "qızılbaş" ordusundan qalması zənn edilir.
Şələ papaq
Şələ papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar. Ənənəvi kişi baş geyiminin ən vacib elementi sayılan papaq keçmişdə əməli vəzifə daşımaqla yanaşı, həm də qeyrət, namus, şərəf və igidlik rəmzinə çevrilmişdi. Xüsusilə sür dəridən tikilmiş börk geyən kişilər nəinki ədalətsiz bir iş görməyi özlərinə rəva bilməz, hətta başqalarının haqsız əməlinə dözməyib, onu cəzasız buraxmağı öz qeyrətlərinə sığışdırmazdılar. Məhz bu səbəbdən də keçmiş məişətdə qeyrət və hünər rəmzi sayılan papaq (börk) səhər tezdən gecə yatana qədər kişilərin başında qalardı. Hətta süfrə ətrafında çörək yeyən zaman kişilər onu başlarından çıxarıb kənara qoymazmışlar. Tarix boyu davam edən ənənəyə görə, yalnız gecə yatağa girib yatan zaman papaq başdan çıxarılardı. Hətta ahıl və qoca kişilər gecələr yatan zaman başlarına papağı əvəz edən təsək və ya külah (şəbkülah) qoyardılar. Dəri papaqlar formasına və geyilmə tərzinə görə məhəlli və zümrə xüsusiyyəti daşıyırdı. Papağın formasına əsasən onun sahibinin hansı zümrəyə mənsub olmasını və hansı bölgədə yaşadığını bilmək olurdu.
Papaq İnqilabı
Papaq İnqilabı — Türkiyə Cümhuriyyətinin qurulmasının ardından, kişilərin baş örtmə tətbiqlərinin təşkil edilərək Qərb ölkələrindəki normalara uyğun hala gətirilməsi üçün 1925-ci ildə edilən qanuni tənzimləmədir. == Rəsmi geyimdə dəyişiklik == Papaq qanununun qəbul edildiyi 25 noyabr 1925-ci il tarixindən əvvəl ölkədəki bəzi rəsmi geyimlərdə dəyişikliklər müşahidə edilirdi. 1925-ci ildən bu yana Ankaradakı Cümhuriyyət bölmələri, daha sonra jandarma və hərbi birliklər "günəş çalarları" istifadə etməyə başlamışdılar. Daha sonra müxtəlif idarələrində və məktəblərdə yeni baş geyimləri və dəbilqələr geyilməyə başladı. İstanbul Qalata qalası mühafizəçiləri ilk dəfə yeni baş geyimləri və papaqlar geyindilər. 21 fevral 1925-ci ildə İstanbulda açılan Kızılay Şəxsi tibb bacısı məktəbində tibb bacıları şagirdləri örtüklərini örtmək əvəzinə şapka taxmağa başladılar. Avqustun 2-dən etibarən hakimlər, məhkəmə icraçıları və katiblər məhkəmələrdə və məhkəmələrdə yeni geyimlər və papaqlar geyinməyə başladılar. Ancaq xalq dini bir dəyər verən fez-ə sadiq qaldı və islahat hərəkatı Hat Qanununun parlamentdən keçməsi ilə başladı. == Papaq qanunu == 25 noyabr 1925-ci ildə parlamentdə qəbul edilən Papaqçılığı haqqında 67 saylı 671 Qanunla, Türkiyə Böyük Millət Məclisi üzvlərinə baş geyimləri geymək məcburiyyətində qaldılar və Türk xalqlarına əks bir vərdişin davam etdirilməsi qadağan edildi. Qanun 28 noyabr 1925-ci il tarixli Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minmişdir.
Papaq (film, 2007)
== Məzmun == Film kişilik və namus rəmzi olan papağın anlamlarından bəhs edir. Məşhur papaqçı Mustafa kişi papağın mənşəyi və növləri barədə maraqlı məlumatlar verir. == Film haqqında == Filmdə "Axırıncı aşırım", "Dəli Kür", "O olmasın, bu olsun", Qorxma, mən səninləyəm, "Evlənmək istəyirəm" filmlərindəki fraqmentlərdən istifadə olunmuşdur. Filmdə diktor mətni yoxdur.
Qara papaq (informatika)
Qara papaq, həmçinin qara papaqlı haker və ya qara şapka (ing. Black hat) — kibercinayət, kibermüharibə kimi çirkin məqsədlər üçün qanunları və ya tipik etik standartları pozan kompüter hakeri. Termin 1950-ci illərin yaranıb, o zaman pis adamlar adətən qara papaq, yaxşı adamlar isə ağ papaq geyinirdilər. Qara papaq ağ papaqla ziddiyyət təşkil edir. Bundan əlavə, boz papaq adlanan üçüncü bir kateqoriya var. Boz papaq yaxşı niyyətlə, lakin bəzən icazəsiz hücum edən şəxsə deyilir. == Təsviri == Pis niyyətlə kompüter şəbəkələrinə qəsdən daxil olan cinayətkarlar "qara papaqlı hakerlər" kimi tanınırlar. Onlar məlumatları (xüsusilə giriş etimadnaməsini), maliyyə məlumatlarını və ya şəxsi məlumatları (parollar və ya kredit kartı nömrələri kimi) oğurlayan zərərli proqramları yaya bilər. Bu məlumat tez-tez qaranlıq internetdə (ing. dark web) satılır.
Petya və Qırmızı Papaq (cizgi filmi, 1958)
Petya və Qırmızı Papaq — 1958-ci ildə çəkilmiş sovet cizgi filmi.
Dəlisov Papaqçı (Kerrolun personajı)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Papaqaldıqaç
Papaqaldıqaç — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan ən qədim oyunlardan biri. Bəzən oyuna "Ağ-qırmızı"da adlandırırlar. == Oyunun qaydaları == Oyun halayla başlanır. Hər tərəfdə bərabər olmaqla, bir neçə nəfər iştirak edir. Futbol meydançasının yarısı qədər bir sahə iki yerə bölünür, ortadan cızıq çəkilir. Birinci dəstə cızığın bu tərəfində, ikinci dəstə isə o tərəfində durur. Papaq (və ya bayraq) hər iki tərəfdə cızıqdan müəyyən uzaqlıqda ağacdan, dirəkdən, yaxud divardan asılır. Uşaqlar püşk yolu ilə ağ və qırmızı bayraqdan birini seçirlər. Oyuna hakimlik etmək tamaşaçılardan birinə həvalə olunur və onun göstərişilə oyun başlanır. Oyunda iştirak edən uşaqlar cızıq boyu üz-üzə dayanırlar.
Papaqatdı
Papaqatdı – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlardan biridir. == Oyunun qaydaları == Bu oyunda beş-on nəfər uşaq iştirak edir. Onlardan birini sanama üsulu ilə molla(başçı) seçirlər. Sonra oyun aşağıdakı kimi davam edir. Molla var qüvvəsilə əlində tutduğu papağı havaya tullayır. Eyni zamanda, uşaqlar aşağıdakı sözləri xorla deyirlər ki, buda oyunun qaydalarından bildirir: Hələ papaq havada olarkən, yerə düşəndə onu götürəcək oyunçunun adı çəkilir. Qaydaya görə, papağı havada tutmaq olmaz. Papaq yerə düşən kimi adı çəkilən oyunçu cəld onu yerdən qaldırıb üç dəfə durduğu yerdə fırlanmalı (ola bilər ki, papağı üç dəfə başı üzərində fırlatsın) və qaçıb ətrafa səpələnməyə çalışan uşaqları papaqla vurmalıdır. Papaq yerə düşməyincə uşaqlar qaça bilməzlər. Papaq hansı oyunçuya dəysə, o gəlib adı çəkilənin yerini dəyişməlidir.
Papaqqapdı
Papaqqapdı — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Papaqqapdı ilaxır çərşənbə və novruz günlərində uşaqların və yeniyetmələrin oynadıqları oyunlardan biridir. == Oyunun qaydaları == Oyunçuların hamısının başında papaq olmaqla çəkilmiş dairənin içərisində dairəvi şəkildə otururlar. Püşklə seçilmiş başçı əlində çubuq dairənin ortasında dayanır. O, papaqsız olur. Başçı çubuğu yerə vurub oyunçuları qorxudur. Onlar əl çala-çala: Sözlərini beş dəfə təkrar deyirlər. Bu vaxt başçı oyunçulardan birinin papağını qapıb öz başına qoyur. Papağı götürlmüş oyunçu da sağ tərəfində oturan yoldaşının papağını qapıb öz başına qoyur. Belə-belə papaqqapma dövrə sona çatana qədər davam edir.
Papaqçı (personaj)
Papaqçı - Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanlarından biridir. Mediadan fərqli olaraq kitabda onun adı "Papaqçı" (ing. Hatter) kimi qeyd olunur. Alisa "Möcüzələr ölkəsi"nə düşən zaman onun dəllisov olduğunu Çeşir pişiyindən öyrənir. Həmkarı Mart pişiyi ilə birgə çay içməyi xoşlayır.
Papaqçılar
Papaqçılar — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin adı mərzili tayfasının papaqçılar tirəsinin adı ilə bağlıdır. Kəndin ərazisi əvvəllər mərzililərin qışlaq yurdu olmuşdur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə C.Hüseynov adına Papaqçılar kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

Digər lüğətlərdə