YEMLİK₁

is. bot. Zəmilərdə, çöllərdə bitən dar, uzun yarpaqlı, südlü, yeyilən çoxillik ot bitkisi. Yemlik otların arasında bitir.
– O biri məhəllənin uşaqları da Laçının dəstəsi ilə yemlik dərməyə, oynamağa getdilər. M.Hüseyn.
Nəhayət, kəpənək çiçəklənmiş bir yemlik kolunun üstünə qonanda Tapdıq papağını onun üstünə basdı. Ə.Vəliyev.
Naxırçılar ellik çəmənliyinin lap yuxarılarına çıxaraq yemlik gəzirdilər. Mir Cəlal.

YEMLİK₃
YEMLİK₂
OBASTAN VİKİ
Yemlik
Yemlik (lat. Tragopogon) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Digər lüğətlərdə