Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Padollus
Haliotis (lat. Haliotis) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin lepetellida dəstəsinin haliotidae fəsiləsinə aid heyvan cinsi.
Patolli
Patolli və ya patole – Amerika qitəsində məlum olan ən qədim stolüstü oyun. Strategiya və bəxtə əsaslanır. Əsasən zadəganlar tərəfindən oynanılmışdır. Konkistadorlar bildirmişdilər ki, Montezuma sarayında zadəganların patolli oyunlarına baxmaqdan böyük zövq alırdı. Patolli və onun variantları Kolumböncəsi Mezoamerikası mədəniyyətində geniş şəkildə oynanılırdı. Tolteklər (750-1000), Çiçen-İtsa sakinləri (1100-1300), asteklər (1168-1521) və digər Mezoamerika xalqları bu oyunu oynamışdırlar. Qədim mayalar da patollinin bir versiyasını oynayırdılar. == Haqqında == Patolli bəxtə əsaslanan müharibə və yarış oyunudur. Patolli oyunu həm də qumar oyunu sayılır. Oyunçular oyuna başlamazdan öncə qızıl, yemək, evlərini, ailələrini, hətta azadlıqlarını da mərcə qoyurdular.
Sarovlu
Sarovlu (əvvəlki adı: Sarov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Sarov (erm.) kəndi Sarovlu kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Sarovlu kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır. == Yerləşməsi == Sarovlu kəndi Bakı-Qazax magistral yolunun (İpək Yolu) 349-cu, Bakı-Tbilisi dəmiryolunun 371-ci kilometrliyində yerləşir. == Dövlət müəssisələri == Kənddə əsas məktəb və tibb məntəqəsi var. == İş müəssisələri == Kənddə bazar, market, kafe, avtomobil təmiri sexləri, avtoyuma, kitabxana, avtohissə ehtiyatı mağazaları fəaliyyət göstərir.
Tarovlu
Tarovlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Tarovlu kəndi dağətəyi ərazidədir. Əsl adı Taroğludur. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Teymur Müskanlı kəndindən köçüb gəlmiş türklər: Tanrı verdi (Tarverdi, yaxud qısaldılmış formada Tar) və Allahverdi (Alo) adlı iki qardaş salmışdır. Kəndin ərazisində Tarverdi dərəsi də qeydə alınmışdır. Hazırda Cənubi Azərbaycanda Taroğlu adlı kənd mövcuddur. Çox güman ki, yaşayış məntəqəsi kəndin əsasını qoymuş böyük qardaşın adı ilə (təhrif olunaraq) belə adlanmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Edil Eyvazov — fizik.
Parol
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.Sadalanan tədbirləri həmişə, hətta parolla yanaşı digər autentikasiya metodları istifadə olunduğu halda da tətbiq etmək məqsədə uyğundur.
Cennifer Parilla
Cennifer Parilla (d. 9 yanvar 1981; Nyuport-Biç, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən batut gimnastı. Cennifer Parilla, 2000 və 2004-cü illərdə Birləşmiş Ştatları Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Cennifer Parilla, 2000-ci ildə Birləşmiş Ştatların bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Parilla, 60.70 xal topladı və 12 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Cennifer Parilla növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Parilla, 52.70 xal topladı və 16 idmançı sırasında 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Pietro Parolin
Pietro Parolin (ing. Pietro Parolin; /ˈpjetro paroˈliŋ/ 17 yanvar 1955) — Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal. == Həyatı == 2015-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vatikana rəsmi səfəri zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olmuşdur.
Kaafu atollu
Kaafu atollu (mald. މާލެ އަތޮޅު) — Maldiv adalarının inzibati vahididir. Ada Kaaşidu adası, Qaafaru mərcan adası, həmçinin Male mərcan adasından təşkil olunmuşdur. Öz növbəsində Male adası da Şimali Male və Cənubi Maledən təşkil olunub. Maldiv adalarının paytaxtı olan Male şəhəri coğrafi cəhətdən Şimali Male mərcan adasına daxildir. Ancaq Kaafu hissəsinə daxil olan inzibati vahid kimi götürülür. Kaafu atoll qrupunun paytaxtı Tulusdhoo hesab olunur. == İnzibati bölgüsü == Xaa Alifu, Xaa Daalu, Şaviyani, Noonu, Raa, Baa, Kaafu və s. adalar Maldiv adalarının müasir inzibati vahidlərinə mənimsənilmiş ərazi vahidləridir. Onlar mərcan adalarının atoll qruplarını əmələ gətirirlər.
Nukuoro atollu
Nukuoro — ekvatordan bir qədər şimalda, Mikroneziya Federativ Ştatlarının Ponpei ştatında yerləşən qum atollu. Təxminən 900 nəfər əhalisi var. Atol klassik halqaşəkilli formasındadı, ortasında diametri 6 kilometrə yaxın olan laqun yerləşir.Adada hava limanı yoxdur, ayda bir dəfə qeyri-müntəzəm olaraq sərnişin gəmisi gəlib gedir. Həmçinin buranın ibtidai məktəbi var.İnsanların Nukuoroda nə vaxt peyda olması məlum deyil, lakin miqrasiya çox güman ki XII əsrdə başlayıb və qeyri-bərabər yayılıb. Ağlagələn miqrasiya istiqaməti Tuvaludu. Avropalılar atollu 1806-ci ildə tapıblar: ispan dənizçi Xuan Batista Monteverdinin komandanlığı altında olan gəmidən görüblər.Əhalisi Polineziya dili olan Nukuoro dilində danışırlar, bundan başqa yaşlılar ponapey dilini də bilirlər. Taro və kopra yetişdirilməsi (əsasən atollun cənub-şərq hissəsində), maldarlıq və balıqçılıqla məşğul olurlar Sahilində qara istridyələrə rast gəlmək mümkündü, onlar mirvari istehsal edirlər. Atollda uşaqların ailədən ailəyə keçməsi çox yayılıb, belə ki, 1999-cu ildə edilən tədqiqatda müəyyən edilmişdir ki, uşaqların təxminən üçdə ikisi (61%) ögeydilər. 1965-ci ildə isə yaşlı əhalinin cəmi 2% -ı ömrümdə heç vaxt onlara doğma olmayan ailədə böyümüyüblər.2011-ci ildə BMT-nin yerli xalqların məsələləri üzrə Daimi forumunda Nukuoro rezidentlərin təmsilçisi Bestina Mencamin bildirdi ki, atol qlobal istiləşmənin səbəb olduğu sunamiyə görə daim təhlükədədi, və o, təkçə sığınacaqların yoxluğunu yox, həm də aclığa aparan münbit torpaqların dağıdılmasını nəzərdə tuturdu.
Patent trollu
Patent trollu (ing. Patenttroll)-patent sahiblərinə qarşı iddialarının təqdim edilməsində ixtisaslaşmış fiziki və hüququ şəxsdir. Patent trollu əslində özünün istehsal etmədiyi, özünün əmək sərf etmədiyi texnologiyada hüquqi açıqlardan faydalanaraq, bir az hiyləgərlik, bir az da texniki bilgi sayəsində ixtiranı öz adına patentləşdirir, sonra isə bu texnologiyadan istifadə edən hər kəsdən yüksək patent lisenziyaları tələb edib böyük qazanc əldə edirlər. Trollar əsasən hüquq şirkətləri şəklində qarşiya çıxırlar. Patent trolları özlərini daha çox patent holdinqi, və ya patent “dileri” ( ing. Patent dealer) adlandırmağa üstünlük verirlər. == Etimologiya == “Patent trollu” termini 1993-cü ildə çox agressiv patent təqibi aparan şirkəti təsvir etmək üçün istifadə edilmişdir. Patent trollu ilk dəfə 1994-cu ildə universitetlərdə, dövlət müəssisələrində, şirkətlərdə yayilan “ patent videosunda” təsvir olunmuşdu. Bunlara əvvəl patent qəsbkarı adı verilmişdi. Bu videofilmdə heç nədən şübhələnməyən patent sahibləri özlərini patent gəlirlərindən renta almalı olan şəxs kimi qələmə verən trolların qurbanı olduğu göstərilirdi.
Pinus arolla
Sibir sidrağacı (lat. Pinus sibirica) - şam ağacı cinsinə aid bitki növü. == Arealı == Sibir sidrağacı növü Rusiyanın Avropa hissəsindən Uzaq Şərq hissəsinə qədər ərazidə yayılmışdır. == Sinonim == Pinus arolla Petrov Pinus cembra f. coronans (Litv.) Krylov Pinus cembra var. sibirica (Du Tour) A.E.Murray Pinus cembra var. sibirica (Du Tour) G.Don Pinus cembra subsp. sibirica (Du Tour) Krylov Pinus coronans Litv. Pinus hingganensis H.J.Zhang Pinus sibirica var. hingganensis (H.J.Zhang) Silba Pinus sibirica subsp.
Fəxrəddin bəy Piroğlu
Fəxrəddin Ərdoğan və ya Piroğlu Fəxrəddin bəy (1874 – 25 may 1958) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Qars valisi, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti xarici işlər naziri, Qars Milli İslam Şurası Müvəqqəti Heyətinin başçısı. == Həyatı == Fəxrəddin bəy 1874-cü ildə Sivasın Divriği qəsəbəsinin Yağıbasan kəndində Sultan xanım və Mehmet bəyin ailəsində doğulmuşdur. Rüşdiyyə təhsili almışdır. Həmçinin xüsusi təhsil də almışdır. 1889-cu ildə Divriğidən İstanbula əmisi Musa Ağanın yanına köçmüşdür. İstanbulda 5 il qaldıqdan sonra əvvəlcə Bolqarıstana, daha sonra Rumıniyaya getmişdir. İstanbula dönməsinin təhlükəli olacağını nəzərə alaraq 1 iyun 1894-cü ildə Batuma, oradan da Sarıqamışdakı Asbuğa kəndindəki əmisi oğlu İsmayıl Ağanın evinə getmişdir.1897-ci ildə Qarsa əmisinin yanına köçmüşdür.Bir müddət sonra sürgünlərdən qaçmaq üçün Osmanlı dövlətinin Kars konsulluğundan gizlicə pasport alaraq Sivasa dönmüşdür. Lakin bir müddət sonra Asbuğada evi basılaraq həbs olunmuş, əvvəl Sarıqamışa, sonra Qarsa götürülmüş, 18 gün sonra isə Tiflisə köçürülmüşdür. Orada türk hərbi xəfiyyəsi adı ilə həbsdə saxlanılan Fəxrəddin bəy 20 gün sonra Bakıya köçürülmüşdür. Buradan isə sırası ilə Rostov, Xorkov, Tula həbsxanalarında 15–20 gün qalan Fəxrəddin bəy nəhayət Orenburg həbsxanasına göndərilir.
Piroğlu Fəxrəddin bəy
Fəxrəddin Ərdoğan və ya Piroğlu Fəxrəddin bəy (1874 – 25 may 1958) — Türkiyə Böyük Millət Məclisinin I çağırış millət vəkili, Qars valisi, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti xarici işlər naziri, Qars Milli İslam Şurası Müvəqqəti Heyətinin başçısı. == Həyatı == Fəxrəddin bəy 1874-cü ildə Sivasın Divriği qəsəbəsinin Yağıbasan kəndində Sultan xanım və Mehmet bəyin ailəsində doğulmuşdur. Rüşdiyyə təhsili almışdır. Həmçinin xüsusi təhsil də almışdır. 1889-cu ildə Divriğidən İstanbula əmisi Musa Ağanın yanına köçmüşdür. İstanbulda 5 il qaldıqdan sonra əvvəlcə Bolqarıstana, daha sonra Rumıniyaya getmişdir. İstanbula dönməsinin təhlükəli olacağını nəzərə alaraq 1 iyun 1894-cü ildə Batuma, oradan da Sarıqamışdakı Asbuğa kəndindəki əmisi oğlu İsmayıl Ağanın evinə getmişdir.1897-ci ildə Qarsa əmisinin yanına köçmüşdür.Bir müddət sonra sürgünlərdən qaçmaq üçün Osmanlı dövlətinin Kars konsulluğundan gizlicə pasport alaraq Sivasa dönmüşdür. Lakin bir müddət sonra Asbuğada evi basılaraq həbs olunmuş, əvvəl Sarıqamışa, sonra Qarsa götürülmüş, 18 gün sonra isə Tiflisə köçürülmüşdür. Orada türk hərbi xəfiyyəsi adı ilə həbsdə saxlanılan Fəxrəddin bəy 20 gün sonra Bakıya köçürülmüşdür. Buradan isə sırası ilə Rostov, Xorkov, Tula həbsxanalarında 15–20 gün qalan Fəxrəddin bəy nəhayət Orenburg həbsxanasına göndərilir.
II Tirollu Ferdinand
II Ferdinand (d. 14 iyun 1529 - ö. 24 yanvar 1595) — Avstriya hersoqu. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ikinci oğludur. 1557-ci ildə ilk evliliyi Filipina Uelserlə baş tutdu və bu evlilikdən yalnız ikisi yetkinlik yaşına çatan 4 övladı dünyaya gəldi. Xanımının vəfatının ardından 1582-ci ildə öz bacısı qızı Anna Yuliana ilə evləndi və bu evlilikdən də yalnız ikisi yetkinlik yaşına çatan 3 övladı dünyaya gəldi. == Mənbə == Chisholm, Hugh, ed. (1911). "Joanna" . Encyclopædia Britannica.