Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pevek
Pevek (çuk. Пээкин, Пээк) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi ərazisində yerləşən şəhər. Pevek şəhər dairəsinin mərkəzidir. Rusiyanın ən şimal şəhəridir. == Toponim == Şəhərin adı çukça dilində işlənən çuk. пээкиней sözündən götürülmüş və mənası kök, şişmiş dağ deməkdir. Şəhər Peekiney adlı təpöənin ətəklərində yerləşir. Şəhər öz adını çukça ətirli dağ mənasını verən «paqıt-kenay» sözündən götürmüşdür. Rəvayətə görə müasir şəhərin yaxınlığındakı, dağın ətəyində çukçalarla yukaqirlər arasında döyüş baş vermişdir. Döyüşdə ölənlərin cəsədlərinin qoxusu bu yerlərdə uzun müddət qalmışdır.
Aleksandr Medved
Aleksandr Medved (rus. Александр Васильевич Медведь; 16 sentyabr 1937, Belaya Serkov, Ukrayna SSR) — görkəmli sovet sərbəst güləşçisi, SSRİ əməkdar idman ustası (1962). == Həyatı == Aleksandr Medved sərbəst güləş üzrə üçqat olimpiya çempionu (1964, 1968, 1972), 7 dəfə dünya (1962–1963, 1966–1967, 1969–1971), 4 dəfə Avropa (1966, 1968, 1971 və 1972) və 1961–1970-ci illərdə ard-arda 9 dəfə SSRİ çempionu olmuşdur. Güləş haqqında iki kitabın müəllifidir.
Bulbophyllum reevei
Bulbophyllum reevei (lat. Bulbophyllum reevei) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Jak Prever
Jak Prever (fr. Jacques Prévert; 4 fevral 1900[…], Nöyi-sür-Sen – 11 aprel 1977[…]) — fransız şair və dramaturq. == Həyatı == Jak Prever 1900-cü ildə Fransada anadan olub. Gənclik illərində bir müddət sürrealist şairlərlə yoldaşlıq etsədə o təbii, anlaşılan, populyar şer dilini üstün tutub. Güclü heysiyyat sahibi olan bu nəğməkar şair müxtəlif jurnallarda dərc olunmuş şerlərini toplayaraq 1946-cı ildə iki şer kitabı, "Sözlər" və "Əhvalatlar" adlı kitab- larını nəşr etdirib. Dərin və sadə, zərif hisslər və xoş ovqatla yoğrulmuş şerləri Jak Preverə böyük rəğbət qazandırıb və şöhrət gətirib. O eyni zamanda film senariləri də yazıb ("Qəribə əhvalat" — 1937; "Dumanlı sahil"—1945). Daha sonra isə Jak Preverin şerlər kitabları, 1957-ci ildə "Tamaşa", 1966-cı ildə "Fatras", 1972-ci ildə "Əşyalar və başqaları", 1980-ci ildə isə "Gecə günəşi" əsərləri çap olunub. Jak Prever sözün əsl mə’nasında nəğməkar şair idi. O, İv Montan, Jülyer Qreko, Sert Reyqani, Jak qardaşları kimi müğənnilərin mahnılarının mətnlərinin müəllifidir.
Pavel Nedved
Pavil Nedved (30 avqust 1972[…], Xeb) — Çexiyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib. O, Çexiyadan çıxan ən uğurlu oyunçulardan biri kimi qəbul edilir. O, daha çox İtaliya çempionatında "Latsio" və "Yuventus" klublarında çıxış edib və onlarla birlikdə bir sıra kuboklar qazanıb. Dövrünün ən güclü yarımmüdafiəçilərindən biri hesab edilən o, 2003-cü ildə göstərdiyi gözəl oyuna görə mövsümün ən yaxşı oyunçusu kimi Qızıl topa layiq görülüb. İtaliyanın "Latsio" klubuyla UEFA Kuboklar Kubokunu qazanıb. O, dözümlülüyü və uğurlu cinah ötürmələri ilə tanınırdı. "Yuventus"da oynadığı zaman "Yuventus" azarkeşləri ona "Çex qəzəbi" ləqəbini verirlər. Nedved peşəkar futbolda 19 mövsüm keçirdikdən sonra 2009-cu ildə fubolçu karyerasını bitirir. == Həyatı == 30 avqust 1972-ci ildə Çexoslovakiyanın Almaniya sərhədində yerləşən Xeb şəhərində anadan olub və yaxınlıqdakı Skalnada kəndində böyüyüb.
Peeter Syuda
Peeter Syuda (30 yanvar 1883 — 3 avqust 1920) — Estoniya bəstəkarı, orqan çalan, pedaqoq. Orqan musiqisi sahəsində gördüyü işlərlə məşhurdur. == Bioqrafiyası == Peeter Syuda fermer ailəsində anadan olmuşdur. Valideynləri çox dinə bağlı insanlar idi və musiqiylə maraqlanırdılar. Beş yaşı olsrkən Peeter Syuda orqan aləti məşğul olmağa başladı. Musiqi dərslərini ona yerli kister verirdi. 1902-ci ildən 1911-ci ilə qədər Syuda Sankt-Peterburq konservatoriyasında orqan aləti üzrə oxumağa başlamışdır. Əvvəlcə Lui Qomiliusdan (1845 — 1908), Jak Xandjindən (1886 — 1955) təhsil almışdır. 1909-cu ildən başlayaraq o həmçinin Rusiya professorları olan Anatoli Lyadovun və Aleksandr Qlazunovun əsərlərini çalmağa başlamışdır.. Sankt-Peterburqda Syuda Estoniya bəstəkarı olan Mart Saar (1882 — 1963) ilə tanış olmuşdur.
Peeter Vyaxi
Peeter Vəhi (18 may 1955)—eston bəstəkarı. == Həyatı == Peeter Vəhi Estoniya konservatoriyasını bitirmiş, müstəqil bəstəkar və prodüser kimi işləmişdir. Hazırda ERP-nin (Estonian Record Productions), habelə beynəlxalq musiqi festivallarının bədii rəhbəridir. O, Estoniya Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, Mədəniyyət Fondu Şurasının və Estoniya Buddizm İnstitutu Şurasının üzvü, Akademik Şərq Cəmiyyətinin tamhüquqlu üzvüdür. Peeter Vəhi əsərlərində ekzotik musiqi alətlərindən və elektron vasitələrdən bacarıqla istifadə edir. Onun ən məşhur əsərləri bunlardır: "Mary Magdalene Gospel", "In the Mystical Land of Kaydara", “To His Highness Salvador D”, “Mystical Uniting”, “Pastoral of Computerized World”. Estoniyalı bəstəkar Şərq musiqisinə onda necə maraq oyanması barədə sualın cavabında bildirmişdir ki, hər şey onun Tibet, Himalay və Qafqaz dağlarına səfərlərindən başlanmışdır. P. Vəhi deyir: “Bu səfərlər zamanı mən Şərqin əsrarəngiz ab-havasını hiss etdim, unudulmaz Şərq musiqisi mənim yaradıcılığımda silinməz izlər qoydu”. Həqiqətən bu səfərlərdən sonra bəstəkar hind və tibet musiqisi ilə maraqlanmağa, tibet və yapon dillərində, habelə sanskrit dilində mətnlərə musiqi bəstələməyə başlamışdır. Peeter Vəhi 1992-ci ildən indiyə kimi, “Oriyent” Şərq mədəniyyəti festivalının bədii rəhbəridir.
Turdus reevei
Turdus reevei (lat. Turdus reevei) — qaratoyuq cinsinə aid heyvan növü.
Leeve adası
Leeve adası (bolq. остров Лееве, ‘Ostrov Leeve’ \'os-trov 'le-e-ve\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqında yerləşən adasıdır. Ada buzlaqlardan azaddır. Adanın uzunluğu 200 m, eni 80 metrdir. Redina adasından 100 m məsafədə yerləşmişdir. Ada Bolqarıstanın Rila dağından axan Leeve çayının adını daşıyır. == Yerləşməsi == Ada Şipot burnundan 640 m cənub-qərbdə, Misnomer burnundan 1.46 km şimalda yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island. Arxivləşdirilib 2014-02-04 at the Wayback Machine Scale 1:200000.
Pevek boğazı
Pevek boğazı (rus. Певек пролив) - Şimal Buzlu okeanında yerləşən Şərqi Sibir dənizinə daxil olan Çaun körfəzinə daxildir. Routan adaları ilə Pevek yarımadası arasında yerləşir. Uzunluğu 14 km, eni 4 km, orta dərinlik 14–25 m, ən dayaz yeri 31 metr təşkil edir. Şərq sahilində Nablyudemıy burnu boğazı eyni adlı körfəzdən ayırır. İnzibati cəhətdən Rusiya Federasiyasının Çukot muxtar diyarının Caunsk rayonu ərazisinə daxildir. Rusoyanın şimal ucqarda yerləşən yaşayış məntəqəsi Pevek boğazın yaxınlığında yerləşir.
Peyvənd
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. == Haqqında == Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu prosses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.
Həcərul-əsvəd
Qara daş (Ər: الحجر الأسود, Həcərül Əsvəd, Həcər: Daş, Əsvəd isə: Qara) — Məkkədə Kəbənin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar. == Qara daşın yerinə qaytarılması == İbn İşaqın məlumatına görə 605-ci ildə Məhəmməd( s.a.s) Kəbənin divarındaki Qara Daşın yerləşdirilməsində iştirak etmişdi. Qara Daş Kəbənin bərpası zamanı çıxardılmışdı. Məkkənin rəhbər şəxsləri kimin Qara Daşı yerinə qaytarması barədə qərara gələ bilmirdilər. Ən nəhayətdə qərara aldılar ki, qapıdan daxil olan bir sonraki adam Qara Daşı yerinə qaytarmaq səlahiyyətinə malik olsun. Bu zaman Məhəmməd(s.a.s) qapıdan içəri daxil oldu. Beləliklə, Məhəmməd(s.a.s) daşı bir parçanın ortasına yerləşdirdi. Digərləri isə kənarlarından tutdular və birlikdə Qara Daşı apardılar. Sonra isə Məhəmməd(s.a.s) daşı yerinə yerləşdirdi.
Profilaktik peyvənd təqvimi
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. == Haqqında == Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu prosses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.
Miqdad ibn Əsvəd
Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən – 652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri. == Həyatı == Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi. Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir.
COVID-19 qarşı peyvənd
COVID-19 vaksini — COVID-19 xəstəliyinə qarşı insanlarda imuniteti təmin etməyi hədəfləyən biyoteknoloji peyvənd. 231 peyvənd namizədi hələ tədqiqat mərhələsindədir və bunlardan heç birinin təhlükəsizliyini və effektivliyini sübut edən klinik sınaqlar hələ tamamlanmamışdır. Avqust ayında ən azı 24 peyvənd namizədi elan edildi və ya klinik sınaqlara məruz qaldı. Bunlardan 6-sı III, 18-i I–II sınaq mərhələlərindədir. 2020-ci il fevral ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna qarşı bir peyvəndin 18 aya hazır olacağına ümid etdiyini açıqladı. Peyvəndin yaradılması virusun davamlı mutasiyası ilə çətinləşir. Effektivliyi insan orqanizmində immunitet reaksiyası yaratmaq qabiliyyətindən asılıdır. 2020-ci ilin avqust ayında Rusiyada Gam-COVID-Vac adlı bir rus peyvəndi qeydiyyata alındı. == Tarixi == 2020-ci ildən etibarən elm aləminə koronavirus ailəsinə aid bir neçə infeksiya artıq məlum idi. Heyvanlarda bu infeksiyalara quşların quş koronavirusu, və itlərdə it koronavirusu, pişiklrədə pişik koronavirusu daxildir.
Milli profilaktik peyvənd təqvimi
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. == Haqqında == Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu prosses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. == == Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Miqdad ibn Əsvəd əl-Kindi