Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hanno Koffler
Hanno Koffler (alm. Hanno Koffler‎; doğ. 1980) — Almaniyalı kino aktyor və musiqiçi. == Bioqrafiya == Hanno Koffler 1980-ci ildə Berlin şəhərində anadan olub. 1994-cü ildə qardaşı Maks Kofflerlə birgə «Kerosin» adlı musiqi qrupunu yaratmışdı. == Filmoqrafiya == 2000: Mein lieber Herr Gesangsverein (Kurzfilm) 2000: Family (Kurzfilm) 2002: REC – Kassettenjungs/Kassettenmädchen 2002: Die Dickköpfe (TV) 2003: Ganz und gar 2003: Anatomiya 2 2004: Yay tufanı 2004: Einsatz in Hamburg – Bei Liebe Mord (TV) 2004: Halle şəhərinin kometləri 2004: Charlotte und ihre Männer (TV) 2005: Rabenbrüder 2008: Qırmızı Baron 2008: Krabat 2008: Qəhrəmanlar, xoş gəlmişsininz 2009: Kömək altında 2009: Tatort – (TV) 2009: Divarın arxasında (TV) 2009: Countdown – die Jagd beginnt (TV) 2010: Sərhəd (TV) 2010: Heç kim itmir (TV) 2011: Kim, əgər biz deyiliksə 2012: Xarici tapşırıq (TV) 2013: Sərbəst eniş 2013: Lotta & die frohe Zukunft (TV) == Mükafatlar == == Web links == Hanno Koffler — IMDb səhifəsi Hanno Koffler bei der Agentur Inka Stelljes Der Willensstarke, 3sat Kulturzeit vom 26.
Marko Pfiffner
Marko Pfiffner (25 mart 1994) — Ukraynalı dağ-xizək idmançısı. Marko Pfiffner Lixtenşteyni 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Marko Pfiffner birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Pfiffner 2:56.72 saniyəlik nəticəsi ilə 109 atlet arasında 42-ci yeri tutdu.
Olvin Toffler
Olvin Toffler (ing. Alvin Toffler; 4 oktyabr 1928[…], Nyu-York, Nyu-York ştatı – 27 iyun 2016[…], Los-Anceles, Kaliforniya) — Amerikalı Futuroloq, yazıçı, jurnalist və sosioloq. == Həyatı == Olvin Toffler 3 oktyabr 1928-ci ildə ABŞ, Nyu Yorkda anadan olmuşdur. == Fəaliyyəti == Görkəmli ABŞ yazıçısı, sosioloq və futuroloq, informasiya cəmiyyəti konsepsiyasının müəlliflərindən biri olan Olvin Toffler rəqəmsal inqilab, informasiya inqilabı və texnoloji çevriliş haqqında əsərlərin müəllifidir. Məşhur "Fortune" jurnalının redaktoru olmuş Toffler ilk kitabını texnologiyaların inkişafına və onların cəmiyyətə təsirinə həsr etmişdir. Hal-hazırda o, Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutun və Elmin İnkişafı üzrə Amerika Asossiasiyasının üzvü, ədəbiyyat, hüquq, menecment və təbiət elmləri fəxri doktorudur. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Səkkizyarpaq şeffler
Səkkizyarpaq şeffler (lat. Schefflera octophylla) - schefflera cinsinə aid bitki növü.
Klaudia Şiffer
Klaudia Şiffer (alm. Claudia Schiffer‎; d. 25 avqust 1970) — 1990-cı illərin məşhur alman model və aktrisası. Brijit Bardota (Brigitte Bardot) bənzəməsinin məşhur olmasında böyük payı var. 500-ə yaxın jurnalın üz qabığını bəzəyən Klaudia dünyanın ən uğurlu modellərindən biridir.
Qustav Mittaq-Leffler
Maqnus Qustav Mittaq-Leffler (16 mart 1846 - 7 iyul 1927) — İsveç riyaziyyatçısı idi. Sankt-Peterburq Riyaziyyat Cəmiyyətinin üzvü olub. Onun riyazi töhfələri əsasən bu gün kompleks analiz adlanan funksiyalar nəzəriyyəsi ilə bağlıdır. == Həyatı == Mittaq-Leffler Stokholmda anadan olub, məktəb direktoru Con Olof Leffler və Qustava Vilhelmina Mittaqın oğludur; sonra atasının soyadına anasının qızlıq soyadını da əlavə etdi. Onun bacısı yazıçı Anna Şarlotta Leffler idi. O, 1865-ci ildə Uppsala Universitetində təhsil alıb, doktorluq elmi dərəcəsini 1872-ci ildə universitetdən alıb. O, həmçinin Stokholm milləti cəmiyyətinin kuratoru (sədr) idi (1872-1873). Daha sonra Parisə, Göttingenə və Berlinə səyahət edən Qustav Mittaq, sonda Karl Vilhelm Veyerştrassdan təhsil alır. Daha sonra o, 1877-1881-ci illərdə Helsinki Universitetində (Lorenz Lindelöfün varisi kimi) və sonra Stokholm Universitet Kollecində (sonradan Stokholm Universiteti) ilk riyaziyyat professoru kimi çalışdı; 1891-ci ildən 1892-ci ilə qədər kollecin prezidenti olmuş və 1911-ci ildə kafedrasından təqaüdə çıxmışdır. Mittaq-Leffler biznes sahəsində də özünü sınadı və öz başına uğurlu iş adamı oldu, lakin 1922-ci ildə Avropadakı iqtisadi çöküş onun sərvətinində dağılmasına səbəb oldu.
Piktlər
Piktlər — son dəmir dövründə və erkən orta əsrlərdə Piktaviya (lat. Pictavia), Piktland və ya Piktlend adlanan ərazidə, indiki Şotlandiyanın şərqində və şimalında yaşamış xalqlar konfederasiyasına verilən ümumi ad. Onların yaşadığı ərazi və mədəniyyətləri britt dillərində verilmiş toponim elementlərinin yayılması və pikt daşlarına əsaslanır. Piktlər barədə məlumatlar qədim dövrlərdən X əsrə qədərki dövrdə hazırlanmış yazılı mənbələrdə verilir. Onlar Kennet mak Alpinin Piktaviyanı ihlaq etməsindən sonra X əsrdə gellərin assimilyasiyasına məruz qalıblar. Onlar Böyük Britaniyadakı Fort və Klayd çaylarının şimalında yaşayırdılar. Piktlər cənubdakı britlərin danışdığı keltik qədim brit dilinə yaxın olan pikt dilində danışırdılar. Piktlərin romalıların Ptolomeyin hazırladığı dünya xəritəsində haqlarında danışdıqları kaledonlar və digər tayfalardan törədikləri ehtimal olunur. Piktaviya tədricən gel dövləti olan Dal Riada krallığı ilə birləşmiş və Alba krallığını (Şotlandiya) qurmuşdur. Daha sonrakı dövrlərdə Alba krallığı britlərin Stratklayd krallığını və Nortumbriya krallığının Lotian vilayətini ihlaq etmişdir.
Pirilər
Pirilər — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Pirilər kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Kəndin keçmiş adi Pirməmmədli olmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Məşədi Pirməmmədin atası salmışdır. Sonralar toponimin ikinci komponenti (Məmmədli) düşduyündan yaşayış məntəqəsi Pirilar adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Pirlər
Pirlər (əvvəlki adı: Xramort) — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xocalı rayonunun Xramort kənd inzibati-ərazi vahidi tərkibindəki Xramort kəndi Pirlər kəndi, Xramort kənd inzibati-ərazi vahidi Pirlər kənd inzibati-ərazi vahidi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Oykonim Xram (yarğan) və art (arxa tərəf, aşırım) komponentlərindən düzəlib, "yarğanın arxa tərəfi" deməkdir. == Tarixi == 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. == Coğrafiyası və iqlimi == Kənd dağ ətəyi ərazidə yerləşir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndinin əhalisi 403 nəfər təşkil edirdi.
Pilələr dağı
Pilələr dağı – Culfa rayonu ərazisində dağ (1562,6 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli, eyniadlı qolunun suayırıcısında zirvə. Üst Oliqosenin Xatt regiomərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli Pilələr sinklinalının nüvə hissəsində yerləşir.
Pilələr silsiləsi
Pilələr silsiləsi – Culfa rayonu ərazisində dağ silsiləsi. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-şərq istiqamətli yamaclarının sıldırımlı qoludur. Uzunluğu 10 km-dən artıq, ən yüksək zirvəsinin hündürlüyü 1562,6 m-dir. Paleosen-Üst Oliqosenin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının qırışığa məruz qalmış şimal-şərq qanadında yerləşir.
Kosmoqonik miflər
Kosmoqonik miflər — Türkdilli xalqların yaşadığı ərazilərdə, o cümlədən Azərbaycanda qeydə alınan mifoloji toponimlərin böyük bir hissəsi kosmoqonik miflərlə əlaqədar olaraq yaranmışdır. == Haqqında == «Bu miflərin əksəriyyəti öz xarakterinə görə arxaik və etimoloji miflərə nisbətən daha çox mərasimi olub kosmosun, xüsusilə onun bir sistemdə birləşən hissələrinin mənşəyi haqqında məlumat verir. Bu mifoloji sistemdə kainatın, dünyanın yaranmasının təsviri və şərhi ön planda durur» . Mifoloji etnotoponimlərlə etnonimlər müəyyən dərəcədə əlaqədar olduğundan onlar dil tarixi ilə bağlı qiymətli bir mənbə kimi xalqın mifik təfəkkürünü və həmin miflərdə rüşeym şəklində yatan fəlsəfi-sosial düşüncə tərzini özündə yaşadan sübut və fakt kimi dəyərlidir. Türklərin – azərbaycanlıların Şərqin, eyni zamanda da Qafqazın qədim, sivilizasiyalı, özünəməxsus mədəni və qrammatik cəhətdən cilalanmış dilə malik bir xalqın qədimliyini inkar edənlərə, onları gəlmə hesab edənlərə qarşı qoyulacaq ən tutarlı, təkzib edilməz faktlardandır. Mifoloji toponimlər. Mifoloji toponimlərin etimologiyasını araşdırdıqca məlum olur ki, misirlilərin, şumerlərin, hindlilərin, yunanların və digər qədim xalqların mifik dünyagörüşünün aparıcı olduğu dövrdə - ibtidai icma dövründə keçdiyi bütün mərhələləri qədim türklər – azərbaycanlılar da keçmişlər. Bunu miflərin strukturu və sistemliliyi və mifoloji obrazların – varlıqların onomastik vahidlərdə inikası da sübut edir. Bir məsələni də qeyd etmək lazımdır ki, türk xalqlarının mifik düşüncə tərzi, yəni mif süjetləri mərasimlərdə, nağıl və dastanlarda, deyimlərdə və digər şifahi xalq ədəbiyyatı janrlarında bir sistem kimi dövrümüzə qədər gəlib çatmışdır. Mifoloji toponimlər də xalqımızın mifik dünyagörüşünü ən kamil və etibarlı şəkildə mühafizə edib, əsrdən-əsrə ötürən mənbələrdəndir.
Piktlər sülaləsinin kralları (Şotlandiya)
Piktlər sülaləsinin kralları — V əsrin əvvəlləri — 843-cü illərdə Şotlandiyada hakimiyyətdə olmuş sülalənin nümayəndələri. == Pikt krallarınin siyahısı == Eripin oğlu Drust — 413–480 və ya 513 Anielin oğlu Talorq — 480–484 və ya 513–516 Eripin oğlu I Nexton Morbet — 484–508 və ya 516–539 Drust Qurdinmox — 508–538 və ya 539–569 Qalan Erilix — 538–550 və ya 539–581 Fudrusun oğlu Drust — 550–555 və ya 581–586 Qiromun oğlu Drust — 550–560 və ya 581–591 Qiromun oğlu Qardnak — 560–567 və ya 591–598 Qiromun oğlu Keyltran — 567–568 və ya 598–599 Muyrloxeyxin oğlu Talorq — 568–578 və ya 599–610 Muneytin oğlu Drust — 578–579 və ya 610–611 Qalam Kennalef — 579 və ya 552–580 və ya 611–613 Meylkonun oğlu Bruyd — 556–586 Domelxin oğlu II Qartnat 586–597 Verbanın oğulluğu II Nexton 597–620 Lutrinin oğlu Kiniox — 620–631 Foxelin oğıu Qartneyt — 631–635 Foxelin oğlu Bruyd — 635–641 Foxelin oğlu Talorq — 641–653 Enfretin oğlu I Talorkan — 653–657 Domnallın oğlu IV Qartnert — 657–663 Domnallın oğlu Drest — 663–672 Bilinin oğlu Bruyd — 672–693 Entifidixin oğlu Taran — 693–697 Darqartın oğlu Bruyd — 697–706 Darqartın oğlu III Nexton — 706–724 Talorqenin oğlu Drust — 724–726 Kropun oğlu I Alpin — 726–728 Darqartın oğlu III Nexton (ikinci dəfə) — 728–732 Ferqyusun oğlu Anqus 732–761 Ferqyusun oğlu Bruyd — 761–763 Feredaxın oğlu I Kiniod — 763–775 Feredaxın oğlu II Alpin — 775–780 Enqusun oğlu Talorqen — 780–782 Talorqenin oğlu VIII Drest — 782–787 Tadqın oğlu Konall — 787–789 Ferqyusun oğlu Konstantin — 790–820 Ferqyusun oğlu II Enqus — 820–834 Konstantinin oğlu Drust — 834–836 Anqusun oğlu Eohanan — 836–839 Barqotun oğlu Vurad — 839–842 Feraxın oğlu Bruyd — 842 Feraxın oğlu Kiniod — 842–843 Feraxın oğlu Bruyd — 843–845 Feraxın oğlu Drust — 845–847 Alpinin oğlu Kiniod — 847–858, həmçinin I Kennet Makalpin adı ilə Dal Riadların kralı 843-cü ildə 843-cü ildə piktlərin və skottların krallıqlarını uğurla birləşdirərək Alba krallığını yaratdı, lakin onun davamçıları IX əsrin sonlarına qədər "Piktlər kralı" titulunu daşımışlar. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Пер. с англ. Н. Ю. Чехонадской. — М.: Центрполиграф, 2004. — 217 с. Adomnán, Life of St Columba, tr.
Pirələr-i Şahqasım (Kəleybər)
Pirələr-i Şahqasım (fars. پيره لرشاه قاسم‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (49 ailə).
Pirlər-i Süfla (Kəleybər)
Pirlər-i Süfla (fars. پيرلرسفلي‎) və ya Aşağı Pirlər — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 255 nəfər yaşayır (50 ailə).
Pirlər-i Ülya (Kəleybər)
Pirlər-i Ülya (fars. پيرلرعليا‎) və ya Yuxarı Pirlər — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı.