Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karl Popper
Ser Karl Raymond Popper (almanca: Karl Raimund Popper; 28 iyul 1902 — 17 sentyabr 1994) — Avstriya və Britaniya filosofu və sosioloqu. Karl Popper Avstriyanın paytaxtı Vyanada anadan olmuş, 1937-ci ildə isə Yeni Zelandiyaya köçmüş, 1946-cı ildə Londona gələrək həmin ildən 1970-ci illərin ortalarına kimi London İqtisad Məktəbində professor kimi çalışmışdır. 1976-cı ildən Kral Cəmiyyətinin üzvü, 1982-ci ildə isə Şöhrət Ordeni kavaleri olmuşdur. 1945-ci ildə, "Açıq cəmiyyət və onun düşmənləri" əsəri ilə, Popper demokratiya və "Açıq cəmiyyət"in müdafiəsinə çıxır, hakimiyyətin heç bir konflikt olmadan devrilməsindən söz açır. Eləcə də o, insan düşüncəsinin daim inkişafda olduğunu, bununla yeni tələb və narazılıqlar yaratdığını qeyd edir və hakimiyyətin buna uyğunlaşması üçün çox səlis olmasını bildirir. Cəmiyyətin hər zaman müxtəlif mövqelərə malik olduğunu və bu mövqelərin biruzəsi üçün şəraitin labüdlüyündən söz açır. == Həyatı == Karl Raymund Popper 1902-ci ilin 28-i iyulunda Vyanada hüquqçu ailəsində doğulmuşdur. Atası Simon Ziqmund Karl Popper, anasısa Cenni Şifdir. Onun atası Vyana Universitetində hüquq professoru idi, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanırdı, geniş kitabxanası var idi və tez-tez oğlu ilə sosial-siyasi məsələləri müzakirə edirdi. Bunun sayəsində Karl artıq yeniyetmə ikən klassik fəlsəfə üzrə çoxsaylı əsərlərlə, habelə Karl Marks, Fridrix Engels, K. Kautski, E. Bernşteyn və sair kimi düşünənlərin sosial fəlsəfə üzrə araşdırmaları ilə tanış olmuşdur.
Amanda Poppe
Amanda Poppe (d. 20 iyul 1999) — Quamlı üzgüçü. Amanda Poppe Quamı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Amanda Poppe birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 35.64 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 61-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Nikolay Poppe
Nikolay Poppe (rus. Никола́й (Ни́колас) Никола́евич По́ппе; 27 iyul 1897, Yantay[d] – 8 avqust 1991, Sietl, ABŞ) — Monqol; Altay və Türk dilləri üzrə tədqiqatları ilə tanınmış Rus əsilli ABŞ-lı dilçi. == Həyatı == Sankt-Peterburq Universitetində Şərq dilləri fakültəsində oxumuşdu (1916–21). SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun Mongolistika şöbəsinin müdiri olmuşdu. Akademik olaraq Monqolustan, Şərqi Sibir, Özbəkistan, Azərbaycan və Şimali Qafqaz və başqa bölgələrə araşdırma səfərlərində olmuşdu (1926–40). 1933-cü ildə, daha 36 yaşındaykən ən genc üzv olaraq SSRİ EA-na qatıldı. II Dünya Savaşı sırasında olduğu Qafqazı işgal edən almanlar üçün tərcüməçilik etdi. Almanlar geri çəkilirkən ailəsini yanına alaraq onlara qatıldı. 1943–1945-ci illər arasında Berlin Universitetində Tatarca və Monqolca dərslər verdi. 1949-cu ildə ABŞ-yə köçdü.
Eylin de Koppet
Albaniyanın irsi şahzadəsi Eylin Vid (ing. Eileen Johnston; 3 sentyabr 1922, Çester, Çeşir[d] – 1 sentyabr 1985, Nyu-York, Nyu-York ştatı) — Albaniyanın irsi şahzadəsi Kerol Viktorun həyat yoldaşı olmuş ingilis qadın. Şahzadə Eylin İngiltərənin Çester şəhərində anadan olub. O, landşaft bağbanı Corc Constonun və onun həyat yoldaşı Elisin (qızlıq soyadı Persival) qızı idi. == Evlilikləri və ölümü == O, iki dəfə evləndi, hər ikisində dul qaldı. Onun ilk evliliyi 6 noyabr 1943-cü ildə Nyu-Yorkda ABŞ ordusunun zabiti, İsveçrə əsilli amerikalı kapitan Andre de Koppet (1892–1953) ilə olub. Onların uşaqları yox idi. Andre 1 avqust 1953-cü ildə İsveçrənin Lozanna şəhərində vəfat edəndə Eylin birinci dəfə dul qaldı. 8 sentyabr 1966-cı ildə Nyu-Yorkda Kerol Viktor ilə evləndi. Daha sonra İngiltərəyə köçdülər və Çeyn-Uolk, Çelsi, Londonda yaşadılar.
Yozef Popper-Linkeus
21 fevral 1838-ci ildə avstriyalı mütəfəkkir, alim, yazıçı və ixtiraçı Yosef Popper-Linkeus (Josef Popper-Lynkeus) anadan olmuşdur.Mühəndislik, fizika və fəlsəfə sahəsindəki xidmətlərinə görə Vyanada ömrünün son illərini yaşadığı küçəyə onun adı verilmişdir.Anadan olmasının 150 illiyi münasibətilə Frankfurtda Höte adına Universitetdə PopperLinkeus yaradıcılığının araşdırılması və onun ideyalarının təbliği məqsədilə fond yaradılmışdır.
Karl Popper Bioqrafiya
Karl Raymond Popper— avstraliyalı və britaniyalı filosof və sosioloq == Bioqrafiya == Karl Raymond Popper 28 iyul 1902-ci ildə Vyanada boqemiyalı hüquqşünas Simon Zigmund Karl Popper və Cenni Şiffin ailəsində doğulmuşdur. Oğulları doğulmamışdan əvvəl yəhudi mənşəli olan valideynləri lüteranlığı qəbul etdilər. Atası Vyana Universitetində hüquq professoru, fəlsəfə, sosiologiya və politologiya problemləri ilə maraqlanmışdır. Böyük kitabxanası olduğuna görə oğlu ilə tez-tez ictimai və siyasi məsələləri müzakirələr aparmışlar. Bunun sayəsində Karl hələ gənc yaşlarında klassik fəlsəfəyə dair çoxsaylı əsərlərlə, habelə K.Marks, F.Engels, K.Kautski, E.Bernşteyn və başqalarının sosial fəlsəfə əsərlərinə marağı artır. Karl 1918-ci ildə Vyana Universitetinə daxil olaraq riyaziyyat və nəzəri fizikanı öyrənir, eyni zamanda fəlsəfə ilə maraqlanmağa davam edir. Hələ gənclik yaşlarında Popperə anası musiqi sevgisi aşıladığı üçün (1920-1922) o musiqiçi olmaq haqqında düşünür. O, A.Şenberqin Şəxsi Konsertlər Cəmiyyətinə daxil olaraq, 1 il Vyana Konservatoriyasında təhsil alır. Lakin özünü yetərincə bacarıqsız hesab etdiyi üçün musiqi təhsilini dayandırır. O doktorluq imtahanı zamanı əlavə fənn kimi musiqi tarixini seçir.
Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Pompey
Qədim Pompey (lat. Pompeii, it. Pompei) — Qədim Roma şəhəri. Neapol şəhərinin yaxınlığında yerləşir. Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olmuşdur. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqlırı aşkar edilmiş və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənmişdir. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilmişdir. Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.
Poppya
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Poppi
Poppi — İtaliyanın Toskana regionunda şəhər.
Doppel kilsəsi
Doppel kilsəsi (alm.St. Maria und Clemens) - Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Bonn şəhərində, Şvarzheyndorf bölgəsində yerləşən kilsə. 1151-ci ildə tikilmişdir. Kilsə Almaniyanın 13 "cüt kilsə""sindən biridir. ("Doppel" almanca "cüt kilsə" deməkdir). Kilsənin iki ayrı giriş və çıxışı, iki ayrı ibadət zalı var. Cüt kilsələr xalqla varlıları ayırmaqla bərabər protestant ilə katolikkərin eyni binadan istifadə etməsi məcburiyyəti səbəbindən yaranmışdılar.
Dr Pepper
Dr Pepper — Dr Pepper Snapple Group, daha sonra Keurig Dr Pepperin sahibi olduğu, 1880-ci illərdə Çarlz Alderton tərəfindən istehsal edilən içki. İlk dəfə 1885-ci ildə satışa təqdim olunmuşdur. Rəngi Coca Cola ilə bənzərlik göstərir. Kalori dəyəri 150-dir.İçki 1880-ci illərdə Vako, Texasda əczaçı Çarlz Alderton tərəfindən yaradılmış və ilk olaraq 1885-ci ildə satışa təqdim edilmişdir. Dr Pepper ilk dəfə 1904-cü ildə Amerika Birləşmiş Ştatlarında satılıb və hazırda Avropa, Asiya, Şimali Amerika və Cənubi Amerikada da satılır. Avstraliyadan yanaşı, Yeni Zelandiya və Cənubi Afrikaya idxal edilən bir məhsuldur. == Adının tarixi == İçki adının kökləri haqqında nəzəriyyələr boldur. Adın seçilməsinin əsas səbəbi, içkinin yaradılması zamanı məşhur olan, sağlam olduğu təsəvvürünü çatdırmaq üçün məhsul adlarına Dr. daxil edilməsidir. Tez-tez istinad edilən bir nəzəriyyəyə görə, içinin adı həkimlərdən birinin adına özəl seçilib, digər nəzəriyyəyə görə Çarlz T. Morrison, Pepper üçün Morrisona ilk işini vermiş olduğu üçün doktoru şərəfinə içki içmiş olur.
Edvard Hopper
Edvard Hopper (ing. Edward Hopper, 22 iyul 1882[…] – 15 may 1967[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan realizmi üslubunda işləyən məşhur rəssam və qravür ustasıdır. Daha çox yağlı boya ilə işlənmiş rəsmləri ilə məşhur olmasına baxmayaraq Hopper həmçinin oyma sənətində gözəl qryavurçu və akvarelist idi. Onun ehtiyatla və dəqiqliklə hesablanaraq işlənmiş şəhər və kənd səhnələrində müasir amerikan həyatına rəssamın şəxsi baxışları öz əksini tapmışdır.
Mayk Pompeo
Maykl (Mayk) Riçard Pompeo (ing. Michael Richard «Mike» Pompeo; 30 dekabr 1963) — ABŞ siyasətçisi. 2011-ci ildən Kanzas şatatını ABŞ Nümayəndələr Palatasında təmsil edir. 18 noyabr 2016-cı ildə ABŞ-nin 45-ci, yeni seçilmiş Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tutmaq təklifini qəbul edib. == Həyatı == Pompeo Vest Point hərbi akademiyasından birinciliklə məzun oldu (1986). Bir müddət Soyuq Müharibə dövründə orduda xidmət elədi. Daha sonra isə Harvard Universitetində hüquq təhsili aldı. Harvard Law Review adlı jurnalın redaktəsini etdi. Qısa müddətlik vəkillik işinin ardından hərbi təyyarələr üçün parçalar emal edən Thayer Aerospace adlı firmanı qurdu. Neft ehtiyatlarında istifadə edilən vasitələri istehsal edən Sentry İnternational firmasında rəhbərlik etdi.
Paulita Pappel
Paulita Pappel (13 dekabr 1987, Madrid) — İspaniya kinoistehsalçısı və ssenaristi.
Pocket Gamer
"Pocket Gamer" — ABŞ və Birləşmiş Krallıq videooyun veb saytı. Saytın məzmunu mobil cihazlar və portativ oyun sistemləri üçün oyunlara həsr olunmudur. == Tarixi == "Pocket Gamer" 2006-cı ilin martında istifadəyə verilmiş və Birləşmiş Krallığın "Steel Media Ltd." şirkətinə məxsusdur. Sayt portativ oyunları haqqında rəylər, tövsiyələr və digər məzmunları dərc edir, həmçinin hər il "Pocket Gamer Awards" mükafatlarını təşkil edir. Bunlara əlavə olaraq, "Pocket Gamer" komandası mobil oyun tərtibatçıları üçün "PocketGamer.biz" saytını yaratmış və mobil oyun sənayesinə həsr olunmuş Avropanın ən böyük konfransı olan "Pocket Gamer Connects"i keçirmişdir.2008-ci ildə "O2", "T-Mobile" və "Vodafone" ilə əməkdaşlıq edərək 500 min tirajla "Pocket Gamer" jurnalı buraxılmışdır. 2010-cu ildə jurnal ayda iki dəfə nəşr olunurdu və tirajı 150 min nüsxə idi. == Qəbul == "The Guardian" nəşri "Pocket Gamer" saytını "100 ən vacib veb sayt" siyahısına daxil etmiş və onu "Ən yaxşı əl oyun saytı" adlandırmışdır. Bundan başqa, "The Sunday Times" onu "oyunçular üçün ən yaxşı 5 sayt"dan biri adlandırmışdır.
Pocket Mortys
Pocket Mortys (azərb. Cib Mortiləri‎) və ya Rick and Morty: Pocket Mortys (azərb. Rik və Morti: Cib Mortiləri‎) — Big Pixel Studios tərəfindən hazırlanan və Adult Swim games tərəfindən nəşr olunan Rik və Morti mövzulu rol videooyunu. Pulsuz olan videooyunu, 13 yanvar 2016 tarixində İOS və Android sistemləri üçün buraxılmışdır. Oyun Rik və Mortinin "Rikstakainatı"nda keçir. Oyunun mexanikası Pokemon seriyasına bir parodiya olaraq yaradılmışdır. 5 iyul 2017 tarixində oyuna çoxnəfərli rejim əlavə edilmişdir. == Məzmun == Oyunda oyunçu Riki idarə edir. Oyun, sirli bir Rikin portal vasitasilə Rikin qarajına daxil olmasıyla və onu Morti döyüşünə çağırmasıyla başlayır. Onu məğlub etdikdən sonra, oyunçu portaldan keçir.
Pompey Lakşmisi
Pompey Lakşmisi — fil sümüyündən hazırlanmış hind heykəlciyi; dağılmış Pompeyin yerində XX əsrin 30-cu illərində aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Ehtimallara görə bu hindust və buddistlərin məhsuldarlıq, gözəllik və var-dövlət ilahəsi hesab etdikləri Lakşminin heykəlciyidir. Heykəlcik hal-hazırda Neapol Milli Arxeologiya Muzeyinin Məxfi kabinəsində saxlanılır (№ 149425). == Tapılması == Heykəlcik Pompey xarabalığındakı böyük olmayan Via dell Abbondansa evindən tapılmışdır. Həmin ev hal-hazırda "Hind heykəlcikləri evi" adlanmaqdadır. Tapılma tarixi haqqında məlumatlar fərqlidir və əsasən 1930 − 1935-ci illər arasında dəyişir, bəzən isə 1938-ci il hesab olunur. Əgər ilahəni bəzəyən zinət əşyaları nəzərə alınmazsa, demək olar ki o, tamamilə çılpaq təsvir edilib. İki xidmətçi qadın – hər tərəfində biri olmaqla, onun sağında və solunda dayanıb və əllərində kosmetika vasitələri qutusunu saxlayıblar. Bu heykəlciyin Pompeyə gəlib çıxması b. e.-nın 79-cu ilinədək baş verib, həmin tarixdə isə Vezuvi vulkanının püskürməsi nəticəsində şəhər lava axını və vulkan külünün altında qalmışdır.
Qney Pompey
Qney Pompey (tam adı: Qney Pompey Maqn, lat. Gnaeus Pompeius Magnus, tələffüzü: [ˈgnae̯.ʊs pɔmˈpɛj.jʊs ˈmaŋ.nʊs]), Böyük Pompey (lat. Gnaeus Pompeius Magnus) və ya sadəcə Pompey (lat. Pompeius, tələffüzü: /ˈpɒmpiː/; ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106, Piçen[d], Roma respublikası[…] – 28 sentyabr e.ə. 48, Pelusi[d], Ellin Misiri[d]) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri. E.ə.
Eppet-Belkey
Eppet-Belkey — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan qumlu ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Şimaldan Olenok körfəzi, cənubdan Ulaxan-Ues qolu onun sahillərini yuyur. Qonşu adalar: qərbdən — Oççuquy-Eppet-Arıta, cənubdan Oqonnyor-Arıta, cənub-şərqdən Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 2 metrdir.
Pompey (film, 2014)
"Pomey" (ing. Pompeii) — 2014-cü ildə çəkilmiş ABŞ filmi. == Məzmun == Filmdə kölə Maylo və Roma senatoruna nişanlı olan xeyirxah Kassiiyanın sevgisindən və Vezuviya vulkanının püskürərək qədim Pompey şəhərini yer üzündən tamamilə silinməsindən bəhs olunur.
Qney Pompey Maqn
Qney Pompey (tam adı: Qney Pompey Maqn, lat. Gnaeus Pompeius Magnus, tələffüzü: [ˈgnae̯.ʊs pɔmˈpɛj.jʊs ˈmaŋ.nʊs]), Böyük Pompey (lat. Gnaeus Pompeius Magnus) və ya sadəcə Pompey (lat. Pompeius, tələffüzü: /ˈpɒmpiː/; ən tezi 29 sentyabr e.ə. 106 və ən geci 30 sentyabr e.ə. 106, Piçen[d], Roma respublikası[…] – 28 sentyabr e.ə. 48, Pelusi[d], Ellin Misiri[d]) — Roma siyasi və hərbi xadimi, e.ə. 70-ci, 55-ci və 52-ci illərdə Roma Respublikası konsulu, e.ə. 49–45-ci illərdə gerçəkləşmiş vətəndaş müharibəsində senata ləyaqətli olan qüvvələrin komandiri. E.ə.
Qreys Mürrey Hopper
Qreys Mürrey Hopper (ing. Grace Murray Hopper; 9 dekabr 1906, Nyu-York, Nyu-York ştatı – 1 yanvar 1992, Arlinqton dairəsi, Virciniya[…]) — Amerikalı hərbçi, kontradmiral, proqramçı. == Həyatı == Qreys Mürrey Hopper 9 dekabr 1906-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Qreys Mürrey Hopper ilk işləyən kompilyatorun və Cobol proqramlaşdırma dilinin müəllifi, amerikalı hərbçi, kontradmiral, proqramçıdır. Mark I kompüteri üçün proqram təminatını yaratmış Hopperin şərəfinə ABŞ-də mina gəmisi USS Hopper (DDG-70) adlandırılmışdır. O, dünyada ilk mnemonik proqramlaşdırma dili olan Assembler dilinin yaradıcısı, həmçinin "kompilyasiya" və "kompilyator" terminlərinin müəllifidir. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Stiven Donald Hopper
Stiven Donald Hopper (ing. Stephen Donald Hopper; 18 iyun 1951) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Stiven Donald Hopper toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Life on the Rocks. 2008. Fremantle Press ISBN 978-1-921361-28-9 Soul of the Desert. 2005.
Çopper əməliyyatı (Vyetnam)
Çopper əməliyyatı 12 yanvar 1962-ci ildə baş verdi və ABŞ qüvvələri ilk dəfə Vyetnam müharibəsində böyük döyüşlərdə iştirak etdi. == Əməliyyat == Vertolyotlar Vyetnam Respublikası Ordusunun (ARVN) 1,000-dən çox paraşütçüsünü Sayqondan 10 mil (16 km) məsafədə Vyetkonq bazası olduğu düşününlən əraziyə hücum etmək üçün daşımışdır.
Karl Döppel
Karl Döppel (mac. Karl Döppel; 4 may 1890 — 28 oktyabr 1952) — Almaniya Yunan-Roma güləşçisi, Avropa çempionu, XX əsrin birinci yarısının görkəmli alman idmançıları və məşqçilərindən biri. == Həyatı == Karl Döppel 1890-cı ildə doğuldu və artıq 1909-cu ildə Almaniya çempionu ola bildi. 1913-cü ildə Breslau şəhərində keçirilən dünya çempionatında 4-cü yeri tutdu. 1914-cü ildə Olimpiya Oyunlarına kvalifikasiya turnirinin qalibi oldu, hansı ki 1916-cı ildə Berlində keçirilməsi nəzərdə tutulurdu, lakin Birinci Dünya müharibəsinin başlaması buna imkan vermədi. Müharibə illərində cəbhədə vuruşurdu, üç dəfə ciddi yaralanmışdı, ancaq müharibədən sonra aktiv yarış fəaliyyətinə qayıtdı, hərçənd boykota görə alman idmançılarının müharibədən sonrakı ilk Olimpiya oyunlarında (1920 və 1924-cü illərdə) iştirakları qəbul edilmirdi. 1919, 1920 və 1921-ci illərdə Karl Döppel yenidən Almaniyanın çempionu olurdu. 1921-ci ildə müharibədən sonrakı ilk Avropanın Çempionatının qalib oldu. 1922-ci ildə yenidən Almaniyanın çempionluğunu qazandı. 1923-cü ildə İsveç pəhləvanı Qustav Lindkvistom ilə döyüşdə ağır zədə aldı və uzun müddət yarışlarda iştirak edə bilmirdi.
Vladimir Köppen
Vladimir Petrovic Keppen - alman və rus coğrafiyaçısı, meteoroloq, iqlimşünas və botanikdir. O sankt-Peterqburda alim-etnoqraf ailəsində anadan olmuşdur. Balaca qardaşı akademik Fyodor petrovic Köpplendir. Sankt-Peterburq universitetində və Qeydelberq və Leypçiqada universitetlərində oxumuşdur. 1870-ci ildə dissertasiyasını müdafiə etmişdir. 1872-1875-ci illərdə Əsas geofizika observatoriyasında işləmiş, Rusiya imperiyasının coğrafiya cəmiyyətinin meteoroloq komissiyasının katibi olmuşdur. Sonra öz xidmətinin alman dəniz observatoriyasında Hamburqda keçirmişdir. == Əsərləri == «Über die Abhängigkeit des klimatischen Charakters der Winde von ihrem Ursprunge» («Repert. für Meteorologie», том IV); «Tägliche Perioden der Windgeschwindigkeit» (там же, 1879); «Wolken Atlas» (Гамбург, 1890); «Klimalehre» (Лейпциг, 1906); «Maritime Meteorologie» (1909).Его труд «Geographisches System der Klimate» (1936), в котором он разработал объективную классификацию климата на земле, по сей день имеет большое значение. == Həmçinin bax == Keppenin iqlimlər təsnifatı İqlim == istinad == Кёппен, Владимир Петрович — статья из Большой советской энциклопедии.
Məhəmməd Popəl
Məhəmməd Popəl Muqim oğlu — Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Məhəmməd Popəl 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Ali təhsillidir. Kabulda Kimya Biologiya İnstitutunu, eləcə də Pakistanda Politologiya İnstitutunu bitirib. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəlib. 1994-cü ildə Azərbaycanda fəxri polkovnik rütbəsinə layiq görülüb. 2007-ci ildən təsis etdiyi Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Ailəlidir, 2 övladı var.
Mariya Göppert-Mayer
Mariya Göppert-Mayer (28 iyun 1906[…], Katovitse[d], Prussiya, Almaniya imperiyası – 20 fevral 1972[…], San-Dieqo, Kaliforniya) — Alman – ABŞlı fizik. Fizika sahəsində atom nüvəsinin nüvə qabıq modeli ilə Nobel mükafatına layiq görülmüşdür. Mariya Küridən sonra Nobelə layiq görülən ikinci qadındır. Göttigen Universitetindən məzun olan Mariya Göppert-Mayer doktorluq dissertasiyasını atomlar tərəfindən sovrulan iki mümkün foton nəzəriyyəsi üzərində yazmışdır. Hazırladığı tezisinin təcrübi təsdiqlənməsi o illərdə uzaq bir ehtimal olarkən, lazerin inkişaf etdirilməsi bunu mümkün etmişdir. Bu gün iki foton udmanın kəsik sahəsinin ölçü vahidi Göppert-Mayer (GM) vahidi ilə xarakterizə olunur. Mariya Göppert-Mayer o sırada Johns Hopkins Universitetində dosent olan Cozef Edward Mayer ilə evlənmiş və Amerika Birləşmiş Dövlətlərinə yerləşmişlər. Johns Hopkins Universiteti o sirlərdən çox qatı olaraq tətbiq olunan "adam / yoldaş himayə etmə" (nepotism) qaydaları səbəbi ilə Mariya Göppert-Mayeri alim olaraq işə almamış. ancaq assistent olaraq bir iş vermişdir. Mariya Göppert-Mayer mövzusunun ən orijinal məqaləsi olaraq qəbul edilən "cüt beta tənəzzülü" (double beta decay) məqaləsini 1935-ci ildə asistent olarkən yazmışdır.