Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pressen
Pressen (fr. Pressins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38323. Kommunanın 1999-cu il üçün əhalisi 832 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 262 ilə 532 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Crossing Field
"Crossing Field" (クロッシング・フィールド, azərb. "Kəsişmə sahəsi"‎) — Yaponiya pop müğənnisi və mahnı yazıçısı LiSA-nın 2-ci sinqlı. Sinql Aniplex tərəfindən 8 avqust 2012-ci ildə CD formatında, 21 avqust 2012-ci ildə isə mini-albom formatında buraxılmışdır. Sinql Oricon-un həftəlik çartlarında 5-ci yerə qədər yüksəlmiş, daha sonra Yaponiya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən platin sertifikasiya almışdır.Mahnının rəsmi ingilis versiyasına LiSA-nın 7-ci sinqlı olan "Shirushi" daxil edilmişdir. "Crossing Field" "Sword Art Online" anime serialının 2-14-cü seriyalarının açılış mahnısı, 1-ci və 25-ci seriyalarının isə bağlanış mahnısı olmuşdur.
M26 Pershing
Amerika Birləşmiş Ştatlarının ordusunun İkinci dünya müharibəsində və Koreya müharibəsində istifadə etdiyi ağır sinfə məxsus tankdır. Adını Birinci dünya müharibəsində iştirak etmiş general Con Perşinqdən almışdır. Maksimum sürəti saatda 40 km. Motoru:Ford GAF, 8 silindr, benzinli, 450/500 at gücü (373.336 kW) Zireh 25–110 mm Əsas silahı 90 mm-lik top (70 mərmi) Köməkçi silahı: 2 X Browning 30-06 (5000 mərmi), 1 x Browning 12.7 mm (550 mərmi) Hərəkət mənzili: 161 km == Tarixi == 1942-ci ilə kimi ABŞ ordusunda əsas vəzifələri M4 Sherman tankları edirdi. M4 Sherman tanklarının əsas vəzifəsi həm piyadaların irəliləyişlərini təmin etmək, həm də ani hücumlar zamanı istifadə olunmaq idi. Ancaq gələcək zamanlarda quru qoşunları üçün daha ağır və daha zirehli bir tanka ehtiyac duyulurdu. Məhz buna görə 1942-ci ilin payızında ABŞ ordusunun təchizat birlikləri quru qoşunları üçün ingilis tanklarına görə daha çox istifadə arealına malik olan yeni bir tankın üzərində işləməyə başladılar. Sonrakı iki il ərzində T20, T22, T23, T25, T26 adlarında çeşidli motor, silah və zireh kombinasiyalarından ibarət tanklar sınaqdan çıxarıldı. Ancaq Birləşmiş Ştatların quru qoşunlarına görə M4 Sherman tankları tam olaraq ehtiyaclara cavab verirdi və yeni bir tanka ehtiyac yox idi. Onların fikrincə almanların Tiger və Panther tankları sayca çox deyildi.
Matteo Pessina
Matteo Pessina (21 aprel 1997, Montsa, İtaliya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və İtaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İtaliya futbolçusu. == Klub karyerası == Akademiya səviyyəsində bir neçə il oynadıqdan sonra Pessina 2014-cü ildə Monza klubunda peşəkar karyerasına başlamışdır. 2015-ci ildə "Milan" klubuna transfer olur və ardıcıl olaraq Leççe, Kataniya və Komo klublarına icarəyə göndərilir.7 iyul 2017-ci ildə Pessina "Atalanta" klubu ilə müqavilə imzalamışdır. 25 avqustda o, Speziya klubuna icarəyə verilmişdir. 26 avqust 2019-cu ildə Pessina satın alma bəndi ilə "Hellas Verona" klubuna icarəyə göndərilir. 10 fevral 2021-ci ildə İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Napoli" klubu ilə oyunda iki qolla yadda qalmışdır. Komanda rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. Beləliklə "Atalanta" klubu finala vəsiqə əldə etmişdir. == Milli karyerası == Pessina İtaliya U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında üçüncü yerə sahib çıxmışdır.Pessina İtaliya U-21 millisi ilə debütünü 5 oktyabr 2017-ci ildə Budapeştdə Macarıstan millisinə qarşı oyunda etmiş və milli rəqibinə 6-2 hesabı ilə qalib gəlmişdir.Pessina 2020-ci ilin noyabrında baş məşqçi Roberto Mançininin rəhbərliyi altında İtaliya millisinə dəvət almışdır. O, millidə debütünü 11 noyabrda Florensiyada Estoniya millisinə qarşı oyunda etmişdir.
KonoSuba: God's Blessing on This Wonderful World!
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!‎), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!‎) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır.
Doris Lessinq
Doris Lessinq (ing. Doris Lessing; 22 oktyabr 1919[…], Kirmanşah – 17 noyabr 2013[…], London) — ingilis yazıçısı-fantast, feminist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2007). Zəif bəşəriyyətin qüdrətli sivilizasiyaların mübarizəsində passiv iştirakının fəlsəfi problematikasının müxtəlif izahlarını özündə əks etdirən "Kanopus Arqosda" (1979-1982) seriyasından beş romanın müəllifidir. == Həyatı == İngilis yazıçısı Doris Mey Lessinq ədəbiyyat sahəsində Nobelə layiq görülən on birinci qadındır. Digər tərəfdən mükafatı həyatının ən ahıl çağında - 87 yaşında alması ilə də özünəməxsus rekord sahibi olmuşdur. İranın Kirmanşah şəhərində doğulmuşdur. Ailəsi 1925-ci ildə Afrika qitəsindəki ingilis müstəmləkəsinə — Cənubi Rodeziyaya (indiki Zimbabve) köçmüşdü. Taleyini yeni yerlərdə sınamaq fikrinə düşən atası — Britaniya ordusunun keçmiş kapitanı Alfred Tayler burada iri torpaq mülkiyyətçisi olmaq istəyirdi. Lakin arzusunu gerçəkləşdirə bilməmişdi. Doris 14 yaşına qədər kilsə yanındakı məktəbdə təhsil almışdı.
Lessinq kafirotu
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Monqolustan, İran və Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Lessinq kamforosması
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Monqolustan, İran və Rusiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Volf Messinq
Volf Qriqoryeviç Messinq (pol. Wolf Grigoriewicz Messing; rus. Во́льф Григо́рьевич (Ге́ршикович) Ме́ссинг ) — SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperementlər ilə nümayiş etdirən estrada artisti. RSFSR əməkdar artisti. == Həyatı == === Gənclik dövrü === Volf Messinq 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya imperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona "ilahi vəhy" gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağında ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: "Sən Tanrının əmriylə ieşibota getməlisən". Anadangəlmə əsəb xəstəsi olan Volf bu hadisədən o qədər həyəcanlanır ki, huşunu itirir, bir neçə gün xəstə yatır. Sonradan baş verənləri atasına danışır və evin ağsaqqalı onun tanrının əmriylə hərəkət etməli olduğunu bildirir.
Qothold Efraim Lessinq
Qothold Efraim Lessinq (alm. Gotthold Ephraim Lessing‎, 20 yanvar 1729 - 15 fevral 1781) - alman şairi, dramaturqu, mütəfəkkiridir. Lessinq yeni alman ədəbiyyatına keçidin möhtəşəm əsasını qoymuşdur. Alman klassik ədəbiyyatının banisidir. O, həmçinin Almaniyada realist estetikanın yaradıcısı sayılır. Onun mübariz ideyalarla dolu dramaturgiyası isə yeni eranın siyasi tribunası olmuşdur. == Həyatı == Qothold Efraim Lessinq 1729-cu ildə Almaniyada, Kamenç şəhərində kasıb pastor ailəsində doğulmuşdur. ailəsi belə hesab edir ki, nəsl ənənəsinə görə o da pastor olacaqdır. Lakin kiçik yaşlarından mütaliyəyə meyl göstərən Lessinq ilk təhsilini Maysendə knyaz məktəbində alır. Bu monastır məktəbində də sxolastik pedantizm hakim idi.