Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Prinsipat
Prinsipat (lat. principatus, prinseps Məclisi açan ilk senator) – şərti termin olub Qədim Romanın ilkin imperiya dövrünə (27 e.ə. — 284 b.e.) xas olan hakimiyyət-idarə üsülunun adı. Monarx və respublika hakimiyyətini özündə birləşdirən idarəetmə üsulu. Bu idarə üsulunun başında duran prinseps termini ilə adlandırılır. Prinseps monarx olmayıb, bərabər olanların birincisi sayılır. Bu o deməkdir ki, dıvlətin idarəetmə səlahiyyətlərinə xalq trubinas kimi prinseps də malikdir. Bəzən bu titul imperatorla qarışdırılır. Prisipat sistemi Avqustun zamanından, hakimiyyətin müxtəlif magistratlara əsaslandığı bir dıvrdə tətbiq edilməyə başlanılmışdır. Avqust və onun xələfləri sonralar prinseps kimi öz əllərində ali vətəndaş (xalq tribunası) və magistratlara aid hərbi hakimiyyəti cəmləyərək respublika idarəçiliyini: senatı, komisi (xalq tribunasını) və magistratları (senzorlardan başqa) daha da formallaşdırırlar.