Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamilla Pfeffer
Kamilla Pfeffer (d. 24 yanvar 1993) — Almaniyanı təmsil edən bədii gimnast. Kamilla Pfeffer 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kamilla Pfeffer 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Procter&Gamble
Procter & Gamble — Mərkəzi ABŞ-də yerləşən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. P&G-nin mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Sinsinnati şəhərində yerləşir. Şirkətin əsası 1837-ci ildə Böyük Britaniyadan olan sərmayeçilər Vilyam Prokter və Ceyms Qembl tərəfindən qoyulmuşdur. Fəaliyyətə başladığı ilk illərdən təmizləyici vasitələr və şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət zamanla fəaliyyət sferasını genişləndirmiş və istehsal etdiyi məhsulların çeşidini artırmışdır. Chief Executive Magazine jurnalının apardığı araşdırmalardan sonra P&G liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün ən yaxşı 40 şirkətdən biri seçilmişdir. == Tarixi == 1837-ci il ABŞ-də yeni bir iş qurmaq üçün heç də münasib zaman hesab olunmurdu. Ohayo ştatının Sinsinnati şəhəri yeni formalaşan bir iş mərkəzi olsada ölkənin ümumi mənzərəsi yeni bir böhranın hər an başlana biləcəyini göstəriridi. Həmin dönəmdə onlarla bankın iflas etməsi mütəxəssislərin bu barədə olan ehtimallarını daha da gücləndirdi. 1837-ci ildə Vilyam Prokter və Ceyms Qemblın planlarına Sinsinnati şəhərinə köçüb burada yaşamaq daxil deyildi. Şəhər hələ XIX əsrin əvvəllərində sürətlə inkişaf edən və böyüyən bir mərkəz olsada İngiltərədən gələn Vilyamın və İrlandiyadan gələn Ceymsin niyyəti qərb ştatlarına doğru irəliləmək idi.
Procter & Gamble

Prosper Merime
Prosper Merime (fr. Prosper Mérimée; 28 sentyabr 1803 – 23 sentyabr 1870) — XIX əsr məşhur fransız yazıçısı, Fransa Akademiyasının üzvü. == Həyatı == Yenilik tərəfdarı, XVIII əsr ideyaları ruhuna sadiq olan kimyaçı alim və rəssam Jan Fransua Leonor Merimenin ailəsində doğulmuş Prosper erkən yaşlarından özündə gözəl zövq və incəsənət sevgisini inkişaf etdirməyə başlamışdır. Parisdə hüquq elmləri kursunu bitirən gənc Prosper əvvəlcə iyul monarxiyası dövrünün nazirlərindən qraf d’Artunun katibi olmuş, sonralar isə Fransa tarixi abidələrinin baş inspektoru təyin edilmişdir. 1830-cu ildə İspaniyaya ilk səfəri zamanı o, qraf Teba və onun xanımı ilə tanış olmuşdur. Gələcək Fransa imperatriçası Yevgeniya qraf Tebanın qızı idi. Fransada İkinci imperiya dövründə Merime qrafinya Montihonun ailəsinin köhnə dostlarından biri kimi Tüilrilərin sarayına yaxın adam hesab olunurdu. İmperatriça Yevgeniya və III Napoleon onunla dost idilər. 1853-cü ildə Merime senator dərəcəsi almışdır. == Ədəbiyyata gəlişi == Merimenin ədəbiyyat sahəsində ilk addımı 20 yaşında yazdığı "Kromvel" tarixi dramıdır.
Uilyam Prokter
Vilyam Prokter (ing. William Procter) — Procter & Gamble şirkətinin əsasını qoymuş sahibkarladan biri.
Vilyam Prokter
Vilyam Prokter (ing. William Procter) — Procter & Gamble şirkətinin əsasını qoymuş sahibkarladan biri.
Post hoc ergo propter hoc
Post hoc ergo propter hoc (Latın dilindən tərcümədə: "bundan sonra, deməli buna görə") — məzmunu "X hadisəsindən sonra Y baş verirsə, deməli X hadisəsi Y hadisəsinə səbəb olur" olan qeyri-formal məntiqi səhv. Bu, adətən post hoc səhvi olaraq qısaldılır. Aydın olmayan səbəb müxtəlifliyi olan bu məntiqi səhv cum hoc ergo propter hoc ("bununla, deməli buna görə") səhvindən azca fərqlidir, hansı ki, ardıcılıq və ya xronoloji olaraq baş vermiş iki hadisə əhəmiyyətsiz və ya naməlumdur. Post hoc olduqca qaçınılmaz bir səhvdir, çünki korrelyasiya səbəb əlaqəsi hissi yaradır. Bu səhv nəticənin potensial səbəbkarı olan və qeyd edilən əlaqənin mövcud olmadığını sübut edə biləcək digər amillər əvəzinə, yalnız və yalnız hadisələrin gerçəkləşmə ardıcıllığından alınan nəticəyə əsaslanır. Bu səhvə sadə bir nümunə "xoruz günəşin doğmasından əvvəl banlayır, deməli xoruz günəşin doğmasına səbəb olur"dur. == Forma == post hoc səhvinin forması belədir: A baş verir, bundan sonra B baş verir. Deməli, A-nın səbəbi B-dir.B arzuolunmaz bir şeydirsə, bu nümunə antesedentin inkarı formal məntiqi səhvi ilə kombinasiya edilir. Beləliklə, bu fərz edilir: A-dan yayınmaq B-nin qarşısını alır. == Nümunə == Bir icarədar bir mənzilə köçür və binanın sobasında problem yaranır.