Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proqramlaşdırma
Proqramlaşdırma (ing. programming) – proqram yaratmaqla bağlı nəzəri və praktiki yaradıcılıq sahəsidir. Kompüterin proqram təminatı iki yerə bölünür: sistem və tətbiqi. Kompüterdə məsələnin həlli aşağıdakı mərhələlərdən ibarətdir: 1. Məsələnin qoyuluşu: məsələ haqqında informasiyanın toplanması; məsələnin şərtinin formalaşdırılması; son məqsədin müəyyən olunması; nəticələrin formasının müəyyən olunması; verilənlərin təsviri (onların tipləri, dəyişmə diapazonu, strukturu və s.). 2. Məsələnin, modelin analizi və tədqiqi: movcud analoqların analizi; texniki və proqram vasitələrinin analizi; riyazi modelin hazırlanması (işlənilməsi); verilənlərin strukturunun hazırlanması (işlənilməsi). 3. Alqoritmin hazırlanması (işlənilməsi): alqoritmin layihələndirilməsi üsulunun seşilməsi; alqoritmin yazılış formasının seçilməsi (blok-sxem, psevdokod və s. testin və testləşdirmə üsulunun seçilməsi; alqoritmin layihələndirilməsi. 4. Proqramlaşdırma: proqramlaşdırma dilinin seçilməsi; verilənlərin təşkili qaydalarının dəqiqləşdirilməsi; seçilmiş proqramlaşdırma dilində alqoritmin yazılması. 5. Testdən keçirmə və sazlama (otladka): sintaksisin yoxlanılması; məntiqi quruluşun və semantikanın yoxlanılması; test hesablamalar və testin nəticələrinin analizi; proqramın təkmilləşdirilməsi. 6. Məsəslənin həllinin nəticələrinin analizi və lazim gələrsə riyazi modelin dəqiqləşdirilməsi (2-5 mərhələlərinin təkrar ediliməsi).
Deklarativ proqramlaşdırma
Deklarativ proqramlaşdırma — proqramın axınını təsvir etmədən onun yazılmasını imkan verən proqramlaşdırma paradiqmasıdır. Başqa sözlə desək, proqrama necə icra etmək əvəzinə nə icra etdiyi yazılır. Bu isə alqoritmaların köməyi ilə yazılan imperativ proqramlaşdırmanın əksidir. Deklaritiv proqramlaşdırma paralel proqramların yazılmasını sadələşdirdiyi üçün son vaxtlar bu paradiqmaya böyük maraq yaranmışdır. == İstinadlar == == Xarici keçidlər == Frans Koenen. Deklarativ proqramlaşdırma dillərinin xüsusiyyətləri. 1999.
Dönüş (proqramlaşdırma)
Dönüş kodu (en. Return code)– proqramlaşdırmada: altproqram və ya proses bitdikdə (qaytardıqda), yaxud sistemin idarəetməsini başqa altproqrama verdikdə prosedurun nəticələrini bildirmək, yaxud sonrakı hadisələrə təsir etmək üçün istifadə olunan kod. Məsələn, dönüş kodu əməliyyatın uğurlu, yaxud uğursuz olmasını göstərə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən (proqramlaşdırma)
Dəyişən (variable) – proqramlaşdırmada: proqramın yerinə yetirilməsi zamanı dəyişən, müəyyən tip verilənləri özündə saxlayan adlı yaddaş sahəsi. Məsələn, “check” adlanan dəyişən 12 ədədini özündə saxlaya bilər, ancaq proqram istənilən anda həmin qiyməti dəyişə bilər. Proqramlaşdırma dillərinin əksəriyyəti dəyişən konsepsiyasını dəstəkləyir. Proqramda dəyişəndən istifadə etmək üçün onu aşkar, yaxud qeyri-aşkar elan etmək – identifikator mənimsətmək və tipini göstərmək lazımdır. Dəyişənin tipi onun hansı mümkün qiymətləri ala biləcəyini və onun üzərində hansı əməliyyaların aparıla biləcəyini müəyyən edir. Fəaliyyət sahələrinə görə dəyişənləri iki növə ayırırlar: lokal dəyişənlər və qlobal dəyişənlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ekstremal proqramlaşdırma
Ekstremal proqramlaşdırma – proqram təminatının işlənib hazırlanması metodologiyalarından biridir. 1999-cu ildə Kent Bek (Kent Beck), Uord Kanningem (Ward Cunningham), Martin Fauler (Martin Fowler) və başqaları tərəfindən işlənib hazırlanıb. Bu metodologiya o qədər də aydın olmayan, yaxud sürətlə dəyişən tələblər şəraitində proqram təminatının yaradılması ilə məşğul olan kiçik və orta ölçülü gəlişdiricilər komandası üçün proqramların işlənib hazırlanmasının təşkilini nəzərdə tutur. Ekstremal proqramlaşdırmanın başlıca məqsədləri gəlişdirmə prosesinin uğurla getməsi haqqında gerçək sübutlar təqdim etmək yolu ilə sifarişçinin proqram məhsuluna inamını yüksəltməkdən və məhsulun işlənib hazırlanması müddətlərini kəskin azaltmaqdan ibarətdir.
Modullu proqramlaşdırma
Modullu proqramlaşdırma (ing. modular programming, ru. модульное программирование) - proqramın bir-birindən asılı olmadan kompilyasiya olunan modullara ayrılmasından ibarət proqramlaşdırma üsulu. Hər bir modul müəyyən elementləri (sabitləri, verilən tiplərini, dəyişənləri, funksiyaları, prosedurları) dışarı daşıyır (eksport edir); başqa elementlər isə öz daxilində qalır. Başqa modullar yalnız dışarı daşınan elementlərdən istifadə edə bilər. Modullar proqramın əsas hissələri arasındakı qarşılıqlı əlaqəni müəyyənləşdirir və tənzimləyir və bununla da proqramçıların səylərini asanlaşdırır və proqramlaşdırma prosesini etibarlı edir. Modullu proqramlaşdırma obyekt-yönlü proqramlaşdırmanın sələfidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Neyrolinqvistik proqramlaşdırma
Neyrolinqvistik proqlamlaşdırma (Həmçinin Neyro-linqvistik proqlamlaşdırma, NLP; ing. Neuro-linguistic programming) — Akademik icma tərəfindən tanınmayan psixoterapiya və praktiki psixologiya istiqaməti hər hansı bir sahədə müvəffəqiyyət qazanmış insanların sözlü və qeyri-şifahi davranışlarını modelləşdirmə (kopyalamaq) texnikasına və söz, göz, bədən və yaddaş hərəkətləri arasındakı bir sıra əlaqələrə əsaslanır. = Haqqında = NLP (Neyrolinqvistik proqramlaşdırma) ağıl nəzarət üsulu kimi tanınan bütün problemlərin öhdəsindən gələ bilən bir tətbiqdir. Şəxsi bacarıq və qabiliyyətləri ortaya çıxarmaq və gücləndirmək üçün istifadə olunan NLP, qavrayış, duyğu, düşüncə və davranış proseslərini konstruktiv şəkildə inkişaf etdirmək üçün istifadə olunan bir sıra metodları özündə birləşdirir. NLP dərhal tətbiq oluna bilən çox təsirli texnikaları özündə cəmləşdirən çox sadə proqramlaşdırma üsuludur. Bu üsullar Kibernetika, Psixologiya, Filologiya və Nevrologiya kimi elmlərin işığında işlənib hazırlanmışdır. Bundan əlavə, bu üsullar təhsil, sağlamlıq, ailə, idarəetmə, satış və idman elmlərində uğurla istifadə olunur. İnsanların ətraf mühiti və onların reaksiyaları, ünsiyyət nümunələri və davranış nümunələri haqqında araşdırmalar NLP infrastrukturunu təşkil edir. Bu tədqiqatlar nəticəsində əldə edilən və inkişaf etdirilən texnika və üsullar insanların ünsiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur və həll yolları və məqsədlərin tapılması prosesində də uğurla istifadə olunur. NLP (Neuro Linguistic Programming) tərkibindəki sözlərin ilk hərflərindən ibarətdir.
Obyekt (proqramlaşdırma)
Obyekt — avtomatlaşdırılmış layihələndirmədə və obyekt-yönlü proqramlaşdırmada: vahid tam kimi və çox vaxt müəyyən kateqoriyanın və ya tipin üzvü kimi baxıla bilən elementi bildirmək üçün tətbiq olunan termin. Avtomatlaşdırılmış layihələndirmə sistemlərində obyekt bir tam kimi saxlanılabilən və emal ediləbilən, yaradılma üsullarına görə təsnif ediləbilən qrafik element (məsələn, xətt və ya qövs), yaxud formadır. Məsələn, kubu ayrı-ayrı xətlərdən, dərinlik ölçüsü artırılmış düzbucaqlı şəklində və ya kubun özü şəklində qurmaq olar. Obyekt-yönlü proqramlaşdırmada "entity" obyektlər (qrupu) sinfinin təsvirinin bir hissəsidir. Bu halda element ya sinfin atributu ola bilər (lələklər quşların atributu olduğu kimi), ya da həmin siniflə bağlı olan proqramda dəyişən və ya arqument ola bilər. Tut: OBJECT-ORIENTED PROGRAMMING. Verilənlər bazasının strukturunda obyekt maraq predmetidir, yəni haqqında informasiya toplanıla bilən nəsnədir. Məsələn, pərakəndə (xırda) ticarətin verilənlər bazasında obyektlər müştərilər, məhsullar və mal göndərənlər ola bilər. Obyekt özündə bir sıra atributu (məsələn, rəng, ölçü və qiyməti), yaxud ad, ünvan və kredit məbləğini biləşdirə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti.
Proqramlaşdırma dili
Proqramlaşdırma dilləri və ya alqoritmik dil – proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili kompüterin alqoritmi qəbul etməsi üçün istifadə edilir. Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompüterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
Proqramlaşdırma dilləri
Proqramlaşdırma dilləri və ya alqoritmik dil – proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili kompüterin alqoritmi qəbul etməsi üçün istifadə edilir. Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompüterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
Proqramlaşdırma paradiqması
Proqramlaşdırma paradiqması — kompüter proqramlarının tərtibat tərzini müəyyən edən fikir və anlayışlar dəsti (proqramlaşdırma yanaşması). Hesablamaların təşkilini və kompüter tərəfindən həyata keçirilən işlərin strukturlaşdırılmasını müəyyən edən konsepsiya üsuludur. Qeyd etmək lazımdır ki, proqramlaşdırma paradiqması proqramlaşdırma dili ilə nadir şəkildə müəyyən edilmir; demək olar ki, bütün müasir proqramlaşdırma dilləri bir və ya bir başqa şəkildə müxtəlif paradiqmalardan istifadə etməyə imkan verir (paradiqma proqramlaşdırma). Qeyd etmək vacibdir ki, mövcud paradiqmalar tez-tez bir-biri ilə üst-üstə düşür (məsələn, modul və obyekt yönümlü proqramlaşdırma), belə ki, müxtəlif müəlliflər müxtəlif paradiqmalardan adları istifadə edərək, eyni fenomen. == Terminin tarixi == "Paradiqma" termini, əlbəttə ki, elmi və texniki sahəsində müasir mənaya Tomas Kun və "Elmi İnqilabların Quruluşu" kitabına (paradiqma bax) borcludur. Kun paradiqmalara əsaslanan tədqiqatlar aparılmış elmi fikir sistemlərini qurmuşdur. "Proqramlaşdırma paradiqması" termini 1978-ci ildə Robert Floyd tərəfindən Turing Award mükafatına layiq görülmüşdür.
Simvolik Proqramlaşdırma
Simvolik Proqramlaşdırma (symbolic programming,символическое программирование,sembolik programlama) - proqramın düsturlarla və proqram komponentləri ilə verilənlər kimi manipulyasiya edə bildiyi proqramlaşdırma növü. Simvolik proqramlaşdırma vasitəsilə daha kiçik məntiqi və funksional vahidlər birləşdirilərək mürəkkəb proseslər işlənib hazırlana bilər. Bu səbəbdən proqramlar özlərini dəyişə və “öyrənə” bilər ki, bu da onların istifadəsini süni intellekt (ARTIFICIAL INTELLIGENCE), ekspert sistemləri (EXPERT SYSTEMS), təbii dilin emalı (NATURAL LANGUAGE PROCESSING) və kompüter oyunları (COMPUTER GAMES) kimi sahələrdə daha əlverişli edir. LISP və Prolog simvolik proqramlaşdırma dilləridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 829 s.
Strukturlu proqramlaşdırma
Strukturlu proqramlaşdırma (ing. structured programming,rus. структурное программирование, türk. yapısal programlama) — proqramların “ayır və buyur” ideyasına uyğun gələn layihələndirilməsi metodologiyası. E.Deykstra (Edsger Dijkstra) tərəfindən işlənib hazırlanıb. Proqram məsələlər toplusu kimi layihələndirilir. Sadə təsvir üçün çox çətin olan məsələlər bir neçə daha kiçik altməsələlərə bölünür və proses bütün məsələlər yetərincə anlaşıqlı olanadək davam etdirilir. Belə layihələndirmə nəticəsində proqram iyerarxik təşkil olunmuş və hər birinin yalnız bir giriş və bir çıxış nöqtəsi olan yığcam modullardan ibarət olacaq. Bundan başqa, strukturlu proqramlaşdırma GOTO deyimlərindən istifadəyə məhdudiyyət qoyur, çünki hesab edilir ki, proqramda xətaların sayı keçidlərin sayının kvadratına mütənasib artır. İri layihələrdə strukturlaşmış proqramları işləyib hazırlamaq və müşayət etmək asandır.
Xətti proqramlaşdırma
Xətti proqramlaşdırma (en. linear programming) – xətti funksiyadan təşkil olunmuş və birbaşa, birqiymətli həll üçün yetərli şərtləri olmayan tənliklər sisteminin optimal həllini tapan proqramların yaradılması texnologiyası. Xətti proqramlaşdırma metodlarının köməyilə iqtisadiyyatla bağlı çoxlu sayda ekstremal məsələ həll edilir. Bu məsələlərdə funksiyaların ekstremum qiymətləri (maksimum, yaxud minimumları) axtarılır. Xətti proqramlaşdırma metodları iqtisadiyyatla yanaşı, texnikada və hərbi sahədə də geniş tətbiq olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnkapsulyasiya (proqramlaşdırma)
İnformatikada inkapsulyasiya (lat. en capsula – paketləşdirmə) məlumatların və/və ya funksiyaların vahid komponent şəklində paketləşdirilməsidir. İnkapsulyasiya obyekt yönümlü proqramlaşdırmanın əsas anlayışlarından biridir. OYP-nin üç konseptində – inkapsulyasiya, varislik və polimorfizm (ad-hoc formasında polimorfizm və ya alttiplərin polimorfizmi) konseptində məlumatlar abstraksiya prinsipinə uyğun olaraq reallaşır. Obyekt yönümlü dillərdə inkapsulyasiya prosesi, bir qayda olaraq, sinif mexanizmləri vasitəsilə reallaşır. Bəzi tədqiqatçılar inkapsulyasiya prosesini həm obyekt yönümlü proqramlaşdırmaya məxsus xüsusi anlayış kimi, həm də leksik görünmə sahəsini tənzimləyən bir vasitə kimi təsnifləşdirirlər. Lakin bu yanaşma birmənalı hesab olunmur, çünki inkapsulyasiyanı bütün proqramlaşdırma dilləri üçün bu cür təsnifatlaşdırmaq olmaz. Məsələn, leksik görünmə sahəsinin təyininə əsaslanan Scheme və Standard ML dillərində inkapsulyasiyanın görünmə sahəsinin idarə edilməsi vasitəsi kimi istifadəsinə ehtiyac yoxdur. Görünmə sahələri açar sözləri vasitəsilə təyin edilir. Bəzi alternativləri nəzərə almasaq, əksər proqramlaşdırma dillərində görünmə sahəsinin təyini zamanı aşağıdakı açar sözlərindən istifadə edilir: public (açıq): Bu görünmə sahəsindəki xüsusiyyətlər public açar sözü ilə yaradılır.
APL (proqramlaşdırma dili)
APL 1960-cı illərdə Kennet Eugen İverson tərəfindən hazırlanmış bir proqramlaşdırma dilidir. Onun mərkəzi məlumat tipi çoxölçülü massivdir. Çox qısa koda yol açan çox sayda funksiya və operatoru təmsil etmək üçün geniş qrafik simvollardan istifadə edir. Konsepsiya modelləşdirməsinin, cədvəllərin, funksional proqramlaşdırmanın, və kompüter riyaziyyat elementlərinin inkişafına mühüm təsir göstərmişdir. Ayrıca bir sıra digər proqramlaşdırma dilləri APL-dən ilhamlanmışdır.
Ada (proqramlaşdırma dili)
Ada dili — proqramlaşdırma dili olub, 1979-1980-ci illərdə ABŞ-nin Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmışdır. Dilin yaradılmasında əsas məqsəd hərbi obyektlərin (gəmilərin, təyyarələrin, raketlərin, tankların və s.) idarə edilməsi üçün xüsusi sistemin yaradılması idi. Nəticədə universal dil olan Ada dili meydana gəldi. == Ədəbiyyat == Роберт В Себеста, Concepts of Programming Languages, 2001. == Xarici keçidlər == Definition of "Computer Program" at dictionary.com Язык Ада — двадцать лет спустя Опыт использования языка Ада Адское программирование ТАНТК им.
Argus (proqramlaşdırma dili)
Argus — 1982–1988-ci illər aralığında MTİ-də Barbara Liskov tərəfindən yaradılan proqramlaşdırma dili. CLU dilinin sintaksisinə və semantikasına bəznərdir.
C (proqramlaşdırma dili)
C (si kimi tələffüz olunur) — 1970-ci illərin əvvəllərində Denis Ritçi və Ken Tompson tərəfindən UNIX əməliyyat sistemi üçün yaradılmış proqramlaşdırma dili "A" və "B" dilinin inkişafı məqsədilə yaradılmışdır. Hazırda C proqramlaşdırma dili digər əməliyyat sistemlərində də geniş istifadə olunur. Müasir dövrdə bu dil sistem proqramramlaşdırması üçün ən güclü proqramlaşdırma dillərindən biri hesab olunur. Windows, Linux, Unix, FreeBSD və s. əməliyyat sistemləri məhz C-də yazılıb. C proqramlaşdırma dili bir çox digər proqramlaşdırma dillərinin yaranmasına və inkişafına təkan vermişdir. Belə ki, C++, Objective-C, Perl, Java, PHP, JavaScript, AWK, D (proqramlaşdırma dili) və digər dillərinin yaranmasında C-nin çox böyük rolu olmuşdur. Buna görə də bu dillərə "C kimi sintaksisə" malik dillər deyilir. C proqramlaşdırma dilinin tədris üçün yaradılmamasına baxmayaraq hazırda bir çox universitetlərdə C dili tədris olunur. Bir çoxları C-ni bütün güclü proqramçıların bilməli olduğunu söyləyirlər.
C proqramlaşdırma dili
C (si kimi tələffüz olunur) — 1970-ci illərin əvvəllərində Denis Ritçi və Ken Tompson tərəfindən UNIX əməliyyat sistemi üçün yaradılmış proqramlaşdırma dili "A" və "B" dilinin inkişafı məqsədilə yaradılmışdır. Hazırda C proqramlaşdırma dili digər əməliyyat sistemlərində də geniş istifadə olunur. Müasir dövrdə bu dil sistem proqramramlaşdırması üçün ən güclü proqramlaşdırma dillərindən biri hesab olunur. Windows, Linux, Unix, FreeBSD və s. əməliyyat sistemləri məhz C-də yazılıb. C proqramlaşdırma dili bir çox digər proqramlaşdırma dillərinin yaranmasına və inkişafına təkan vermişdir. Belə ki, C++, Objective-C, Perl, Java, PHP, JavaScript, AWK, D (proqramlaşdırma dili) və digər dillərinin yaranmasında C-nin çox böyük rolu olmuşdur. Buna görə də bu dillərə "C kimi sintaksisə" malik dillər deyilir. C proqramlaşdırma dilinin tədris üçün yaradılmamasına baxmayaraq hazırda bir çox universitetlərdə C dili tədris olunur. Bir çoxları C-ni bütün güclü proqramçıların bilməli olduğunu söyləyirlər.
D (proqramlaşdırma dili)
D (ing. D programming language) – obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biridir. 2001-ci ildə Digital Mars şirkətinin əməkdaşı Volter Brayt (Walter Bright) tərəfindən işlənib hazırlanıb. Öncə C++ dilinin yenidən mühəndisliyi (RE-ENGINEERING) kimi düşünülüb, ancaq C++ dilinin önəmli təsirinin olmasına baxmayaraq, onun variantı deyil. D dilində C++ dilinin bəzi xassələri yenidən reallaşdırılıb, eləcə də Java, Python, Ruby, C# və Eiffel kimi başqa proqramlaşdırma dillərinin də təsirinə məruz qalıb. D dilinin yaradılmasında kompilyasiya olunan proqramlaşdırma dillərinin məhsuldarlığı ilə dinamik dillərin təhlükəsizliyi və ifadəliliyini birləşdirməyə cəhd edilib. Bu dildə yazılmış kod, adətən, C++ dilindəki ekvivalent kod kimi sürətlə işləyir, eyni zamanda D dilindəki proqram daha qısa olur və yaddaşa təhlükəsiz erişməni təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Delphi (proqramlaşdırma dili)
Delphi — 1995-ci ildə Borland şirkəti tərəfindən yaradılan proqramlaşdırma dili. 1996-cı oldə Delphi 2, 1997-ci ildə Delphi 3, 1998-ci ildə Delphi 4, 1999-cu ildə Delphi 5 və 2000-ci ildə Delphi 5.5 versiyası yayımlandı.
Dinamik proqramlaşdırma dili
Dinamik proqramlaşdırma dili (ing. dynamic programming language, rus. динамический язык программирования)— statik proqramlaşdırma dillərinin kompilyasiya müddətində yerinə yetirdiyi bir sıra ümumi proqramlaşdırma hərəkətlərini proqramın icra müddətində (RUNTIME) yerinə yetirən yüksək səviyyəli proqramlaşdırma dilləri sinfi. Belə hərəkətlərə proqrama yeni kod əlavə etməklə, obyektləri və təyinləri (DEFINITIONS) artırmaqla onun genişləndirilməsi, yaxud tiplər sistemini dəyişdirilməsi aid ola bilər. Belə hərəkətləri, demək olar ki, yetərincə mürəkkəblikli istənilən dildə emulyasiya etmək mümkündür, ancaq dinamik dillər istifadə üçün birbaşa alətlər təqdim edirlər. Bu funksiyaların çoxu ilk dəfə Lisp proqramlaşdırma dilində gerçəkləşdirilib. Dinamik proqramlaşdırma dillərinə aid olan dillər: Perl Tcl Python PHP Ruby Smalltalk JavaScript Visual Basic də bəzi dinamik xüsusiyyətlərə malikdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Go (proqramlaşdırma dili)
Go (proqramlaşdırma dili) — Google tərəfindən Robert Qreysmer, Rob Paykike və Ken Tombson tərəfindən tərtib edilmiş proqramlaşdırma dili. Go, C-yə sintaktik olaraq bənzəyir, ancaq yaddaş təhlükəsizliyi, zibil yığılması, struktur yazması ilə CSP ilə uyğunluq daşıyır. Veb-saytı olan golang.org səbəbiylə tez-tez "Golang" olaraq adlandırılır, lakin orijinal adı Go-dur. İki əsas tətbiqi var: Bir çox əməliyyat sistemlərini, mobil cihazları, və WebAssembly-i hədəf alan Google-un özünün hostingkompilyator alət dəsti GccGo Üçüncü tərəf bir tərcüməçi Gopher. JS veb inkişaf üçün önə gedən JavaScript üçün tərtib edir.
Nəticəçıxarma proqramlaşdırması
Nəticəçıxarma proqramlaşdırması (en.inference programming ~ ru. программарование вывода ~ tr. sonuç çıkarma programlaması)– proqramın faktlar və qaydalar toplusundan çıxarılan məntiqi nəticələrə əsaslanaraq nəticələri qiymətləndirdiyi proqramlaşdırma üsulu. Nəticəçıxarma proqramlaşdırmasını bilavasitə dəstəkləyən proqramlaşdırma dillərindən biri Prolog dilidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qapı (Proqramlaşdırmada)
Qapı (Proqramlaşdırmada) — (ing.gate, ru.вентиль) – AND, OR, NOT (VƏ, VƏYA, DEYİL) kimi Bul operatorları ilə göstərilən və Bul məntiqinin qaydalarına uyğun işləyən elektron açar. Qapı, yarımkeçirici qurğunun çox miniatür elementidir; o, bir və ya bir neçə giriş siqnalının durumu ilə məntiqi bağlı olan elektrik giriş siqnalı formalaşdırır. Məsələn, giriş siqnalının tərsinə çevrilməsi (invert) üçün nəzərdə tutlmuş qapı ikilik vahidin elektron ekvivalentini sıfra, ikilik sıfırın ekvivalentini isə vahidə çevirir. Qapılar ən çeşidli məntiqi funksiyaları yerinə yetirdiyindən onları müxtəlif yollarla elə birləşdirmək olar ki, toplama, çıxma, vurma, bölmə və s. əməlləri yerinə yetirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.