Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qılçıqlı tərə
Qılçıqlı disfaniya
Qılçıqlı disfaniya (lat. Dysphania aristata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü.
Palçıqlı
Palçıqlı (Marağa)
Qılıçlı
Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiya == Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir. == Tarixi == Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Kənd Tərtər çayının sahilində, sıldırım qayalıq üstündədir.
Qılışlı
Qılınclı (Laçın)
Qırıqlı
Qırıqlı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qırıqlı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. == Oxşar == Qırıxlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qıyıqlı
Qıyıqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Toponim, çox güman ki, Səlcuq oğuzlarının kıyıq tayfasının adından və mənsubiyyət bildirən "-lı" şəkilçisindən ibarət olub, "kıyık tayfasından olanlar" mənasını bildirir. == Tarixi == Yerli əhalinin məlumatına görə, kənd rayonun Muşavaq kəndindən köçüb gəlmiş Qıyıq Alının nəslinin məskunlaşması nəticəsində yaranmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Qıyıqlı kənd kitabxana filialı, Qıyıqlı kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Qıyıqlı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Qıyıqlı kənd tibb məntəqəsi yerləşir.
Palçıqlı (Marağa)
Palçıqlı (fars. پالچقلو‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 664 nəfər yaşayır (121 ailə).
Palçıqlı (Çaroymaq)
Palçıqlı (fars. پالچقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 77 nəfər yaşayır (16 ailə).
Üçqılçıqlı buğdayıot
Aegilops neglecta (lat. Aegilops neglecta) — qırtıckimilər fəsiləsinin buğdayıot cinsinə aid bitki növü.
Dağ Qılıçlı
Dalqılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Dağ Qılıçlı Kəlbəcər rayonunda kənd. Dikyurd yaylasının ətəyindədir. Oykonimin birinci komponenti (dağ) kəndin yerləşdiyi coğrafi movqeyi bildirir, ikinci komponent isə etnotoponimdir. "Dağlıq ərazidə, dağ ətəyində olan Qılıçlı kəndi" mənasındadır.
Dönük Qırıqlı
Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Nurlan Sultanov — Vətən müharibəsi şəhidi. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Qırıqlı-Muğanlı
Qırıqlı-Muğanlı — Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Qırıqlı-Muğanlı- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Muğanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Muğanlı kəndlərinin bir-birindən fərqləndirmək üçün "qırıqlı kəndi yaxınlığında yerləşən Muğanlı kəndi" mənasındadır.
Qırıqlı (Goranboy)
Qırıqlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Qırıqlı kəndi Goranlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırıqlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfavilər dövıündə də qırıqlılar acarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasını göstərir. Qırıqlılar XIX əsrin əvvəllərində Qazax va Borçalı mahallarnda yaşamışlar. Nadir şah Əfşar (XVIII əsr) da mənşəcə həmin tayfadan olmuşdur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Korçayın (Kürək çayının qolu) sahilində, düzənlikdə yerləşir.
Qırıqlı (Göygöl)
Qırıqlı, Qırıxlı—Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qırıqlı oyk., düz. Goranboy r-nunun Goranlı i.ə.v.-də kənd. Korçayın (Kürək çayı¬nın qolu) sahilində, düzənlikdədir. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XIII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfəvilər dövründə də qmqlılar əfşarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasım göstərir. Qınqlılar XIX əsrin əvvəllərində Qazax və Borçalı mahallarında yaşamışlar.
Qırıqlı bələdiyyəsi
Qırıqlı bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Qırıqlı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Qırıqlı bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qırıqlı bələdiyyəsi (Göygöl)
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.