Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qonaqlı
Qonaqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Yaşayış məntəqəsini həmin rayondakı Yekəalılar (indiki Vahidli) kəndindən gəlmiş Molla Qurban adlı şəxs salmışdır. Kənd Qovaqlı meşə sahəsinin ətəyində salındığına görə belə adlanmış, sonra da rəsmi sənədlərdə Qonaqlı şəklinə düşmüşdür. Qonaq sözü qovaq ağa­cının adının yerli tələffüz variantıdır. Hazırda kəndin yaxınlığındakı Bəydəmirli kəndinin (Gədəbəy гayonu) сənubunda qovaq ağaclarının çox olduğu yer də Qonaqlıçökək adlanır. Oykonim qonaq (qovaq) sözündən və -lı şəkilçisindən düzəlmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Axıncaçayın dərəsində yerləşir. == Əhalisi == === Şəhidləri === Hüseynov Mustafa Ələddin oğlu (1996-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Qıraqlı
Qıraqlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qıraqlı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Qıraqlı (Saatlı)
Qıraqlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilmişdir. == Əhalisi == Əhalisinin sayı 3622 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisi əsasən pambıqçılıqla məşğul olurlar.
Qıraqlı (Xaçmaz)
Qıraqlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Kənddə yeni məktəb tikilib istifadəyə verilmişdir . == Din == Kənddə Qırağlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qabaqlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
Qavaqlı
Qavaqlı (Qoşaçay)
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Qırıqlı
Qırıqlı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qırıqlı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. == Oxşar == Qırıxlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Qıyıqlı
Qıyıqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Toponim, çox güman ki, Səlcuq oğuzlarının kıyıq tayfasının adından və mənsubiyyət bildirən "-lı" şəkilçisindən ibarət olub, "kıyık tayfasından olanlar" mənasını bildirir. == Tarixi == Yerli əhalinin məlumatına görə, kənd rayonun Muşavaq kəndindən köçüb gəlmiş Qıyıq Alının nəslinin məskunlaşması nəticəsində yaranmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Qıyıqlı kənd kitabxana filialı, Qıyıqlı kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Qıyıqlı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Qıyıqlı kənd tibb məntəqəsi yerləşir.
Xınaxlı
Xınaxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kotavan (Ağdaş) inzibati ərazi vahidində kənd. == Adının mənası == "Xınaxlı" sözü oykonimdir. Kəndin adının əsl mənası "Xınalıqlıdır". == Tarixi == Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Belə ki, kənd həmin vaxtlarda Quba rayonunun Xınalıq kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Həmin ailələr hapıt tayfaları içərisində kiçik köç şəklində buraya gəlmişlər. == Coğrafiyası == Kür çayının sahilində, Şirvan düzündədir.
Çıraqlı
KəndlərÇıraxlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çıraqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çıraqlı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çıraqlı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Çıraqlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Çıraqlı (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Çıraqlı — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Çıraqlı — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda dağ.
Xınalı
Xınalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Xınalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Xınalı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini vaxtilə indiki Tovuz r-nundakı Zəyəm çayı boyunca yerləşən Xınna dərəsi adlı ərazidəki kəndlərdən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 931 nəfər əhali yaşayır.
Dönük Qırıqlı
Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Nurlan Sultanov — Vətən müharibəsi şəhidi. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Maak qanqalı
Maak qanqalı (lat. Cirsium maackii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Oynaqlı birləşmə
Oynaqlı birləşmə — əlaqəli valların bir-birinə nisbətən 70 dərəcəyə qədər dönməsi zamanı böyük fırlanma momentinin ötürülməsini təmin edən mexanizmdir. Avtomobillərdə qabaq təkərlərlə ötürmə arasında, nadir hallarda isə arxa təkərlrədə tətbiq edilir. İdarə zamanı qabaq təkərlədə fırlanma oxuna nzərən dönmə bucağı dəyişdiyindən burada moment ötürməsi yalnız oynaqlı birləşmənin köməyi ilə mümkündür. Birləşmə 6 kürədən, təkərlə birləşən xarici üzük, ötürmə valı ilə birləşən daxili üzükdən ibarətdir. Tətbiq zamanı daimi yağlanmanı tələb edir. Yalnız ətraf mühitdən tam təcrid olunduğu halda əlverişli tətbiqi mümknüdür.
Qavaqlı (Marağa)
Qavaqlı (fars. ‎‎‎قواقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Qanadlı cücülər
Qanadlı həşəratlar (lat. Pterygota) — həşəratlar sinfinə aid heyvan yarımsinifi.
Qanadlı həşəratlar
Qanadlı həşəratlar (lat. Pterygota) — həşəratlar sinfinə aid heyvan yarımsinifi.
Qanadlı islimilər
Qanadlı İslimilər — mürəkkəb formalı islimi elementlərin sağ və sola açılan (yarpaqlarına) iki qollusuna deyilir.
Qanadlı raket
Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı. Qanadlı raketlər trapesiya formalı qanadı orta hissədə yerləşən monoplan və raketdən ibarətdir. Qanadlı raket təyyarə mərmi də adlanır. Hazırda dünyanın bir çox ölkələrində istehsal olunan müasir qanadlı raketlərdən strateji hücum vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur. Məsələn, uçuş uzaqlığı 2500 km olan "Tomaqavk" qanadlı raketi sualtı qayıqlardan və gəmilərdən, AGM-86A tipli qanadlı raket isə strateji bombardmançı təyyarələrdən buraxıla bilər. Öz mühərrikinin köməyi ilə uçan qanadlı raketlər də var. Qanadlı raketin əsas xüsusiyyəti onun alçaq uçmaq (30–100 m) və hədəfi dəqiq vurma qabiliyyətidir.
Qanadlı zantoksilum
== Ümumi yayılması == Himalay dağlarında, Çin, Koreya və Yaponiyada yayılmışdır. == Botaniki təsviri == 2–4 m hündürlükdə,yarpağını tökən və ya həmişəyaşıl,budaqları çılpaq,qırmızımtıl-palıdı rəngdə olanağac və ya koldur. 2 sm uzunluqda cüttikanlıdır; gövdəsinin üzərindəki mərcilər хırda olub, açıq rəngdədir. Yarpaqları təklələkli, 6-20 sm uzunluqda olub, 6-11 ellipsvarı, lansetvarı, 3-12 sm uzunluqda yarpaqcığa malikdir. Yarpaqcıqlarının ucu iti, kənarı хırdadişli və ya tamdır, üstdən tünd yaşıl, altdan bir qədər açıq rəngdə olub, əsas damarları qəhvəyi tükcüklərlə örtülüdür. Yarpağının saplağı enli qanadlı və tikanlıdır. Çiçəkləri yaşıl rəngdə olub, хırda, bircinslidir. 2-5 sm uzunluqda süpürgələrə toplanmışdır. Qutucuğu 5 mm diametrdə olub, qırmızı və хallıdır. Toхumları qara və parlaqdır.
Qavaqlı (Qoşaçay)
Qavaqlı (fars. قواقلو‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (11 ailə).
Qışlaqlı (Bicar)
Qışlaqlı (fars. قشلاق لو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (19 ailə). Əhalisini kürdlər təşkil edir.
Qiyaslı
Qiyaslı — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Cəfər Qiyaslı — Ssenari müəllifi. Kino məsləhətçisi. Filmlərdə iştirak edən.Kəndlər Qiyaslı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Qiyaslı (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Çinarlı
Qəsəbələr Çinarlı (Şəmkir) — Şəmkir rayonunda qəsəbə.Kəndlər Çinarlı (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Çinarlı (Xocavənd) — Xocavənd rayonunda kənd Çinarlı (Qax) — Qax rayonunda kənd. Çinarlı — Tiflis quberniyasının Borçalı qəzasında, indi Şəmşəddin rayonunda kənd.
Qanqli
Qanqli (q.yun. γανγλιον — düyün, dərialtı şiş), sinir düyünü — bir çox onurğasızlarda, bütün onurğalı heyvan və insanda sinir hüceyrələri, sinir lifləri və onların yerləşdiyi toxuma yığınından ibarət törəmə. Onurğalılarda qanqlilər əsas etibarilə onurğa sütunu boyu (boyun, döş və bel nahiyələrində) yerləşir. Onurğa beyninin seqmentlərindən (buğumlarından) çıxan sinir lifləri (preqanqlionar liflər) müvafiq düyünlərə daxil olur, sonra isə üzvlərdə şaxələnir (postqanqlionar liflər). Qanqlilər mərkəzi sinir sistemi ilə daxili üzvlər arasındakı sinir əlaqəsini təmin edir. Belə düyünlər ürək və bağırsaqda da mövcud olub, konkret funksiyalar daşıyır.
İsaqlı
İsaqlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == İsaqlı oyk, sadə. Cəbrayıl rayonunun Hovuslu inzibati-ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi Ermənistanın Dastakert kəndinin zəlzələ nəticəsində dağılmasından sonra (1931-ci il) əhalinin köçüb gəlməsi nəticəsində yaranmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasında yaşayan xocaisaqlı tayfasına mənsub olan İsaqlı qışlağında salındığı üçün qışlağın adı ilə adlandırılmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Nəsir Hüseynov - "Daxili Qoşunlar" Polkovniki. Qorxmaz Hüseynov - "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011-2021).
Cəfər Qiyaslı
Cəfər Əli oğlu Qiyasi — memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü (2001), professor (2007), Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü (1999). == Həyatı == Cəfər Əli oğlu Qiyasi 24 mart 1942-ci ildə Ərdəbil şəhərinin Hüsnə kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Politexnik Universitetinin İnşaat fakültsənin Memarlıq şöbəsində təhsil almağa başlayan Cəfər Qiyasi 1966-cı ildə həmin universteti bitirərək memar ixtisasına yiyələnmişdir. Memar 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirmişdir. O, 1978-ci ildə “Təbriz memarlıq məktəbi” (XIII-XVII əsrlər) mövzusunda namizədlik, 1997-ci ildə “Memar Xacə Əlişah Təbrizi (dövrü və yaradıcılığı)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsini əldə etmişdir. Cəfər Qiyasi 2007-ci ildə professor elmi adını qazanmışdır. Memar 1999-cu ildə Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 2001-ci ildə isə memarlıq sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Cəfər Qiyasi 250-dən çox elmi məqalənin müəllifidir. == İş fəaliyyəti == Cəfər Qiyasi 1967-1971-ci illərdə Ümumittifaq Kurortları Layihələndirmə İnstitutunun Azərbaycan filialında çalışmış, memar, baş memar, qrup rəhbəri vəzifələrini icra etmişdir. O, həmçinin uzun müddət Azərbaycan Dövlət Televiziyasında “Yaxın-uzaq ellərdə” və “Memarlıq üfüqləri” adlı verilişlərin ssenari müəllifi və aparıcısı olmuşdur.
Gilarlı (Germi)
Gilarlı (fars. گيلارلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 341 nəfər yaşayır (65 ailə).
Gürcü xingalı
Gürcü xəngəli — Xinkali kimi də tələffüz olunan, Gürcüstanın xəmir xörəyi, Mtiuleti və Kevsureti dağlıq bölgələrindən yayğın olan bir Gürcü yeməyidir. Gürcü xəngəlinın bir çox növləri Qafqazın müxtəlif hissələrində yayılmışdır. Gürcü xəngəlinın doldurulma tərzləri bölgəyə görə dəyişir. Xevsuruli (Khevsuruli) adlı orijinal resept yalnız qıyma ətdən, soğan, acı bibər, duz və adi cirədən ibarətdir. Əsasən Gürcü şəhərlərində istifadə olunan Kalakuri adlanan növündə isə göyərtilədən istifadə edilir. Müsəlmanların yayıldığı əksər Qafqaz bölgələrində mal-qara və quzu ətlərindən istifadə daha çoxdur. Ətin əvəzinə göbələk, kartof və ya pendir də istifadə edilə bilər. Gürcü xəngəli sadə və ya acı qırmızı bibər ilə də yeyilir. Gürcü xəngəli ət doldurulmasından bişirilir, bişirildikdə ətin şirəsi xəmirin içində saxlanılır. Xəmirin partlamasının qarşısını almaq üçün ətin şirələri çox vacibdir.