Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırıqlı
Qırıqlı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qırıqlı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. == Oxşar == Qırıxlı (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Dönük Qırıqlı
Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == === Şəhidləri === Nurlan Sultanov — Vətən müharibəsi şəhidi. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.
Düz Qırıqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Qırıqlı-Muğanlı
Qırıqlı-Muğanlı — Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Qırıqlı-Muğanlı- Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Muğanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Muğanlı kəndlərinin bir-birindən fərqləndirmək üçün "qırıqlı kəndi yaxınlığında yerləşən Muğanlı kəndi" mənasındadır.
Qırıqlı (Goranboy)
Qırıqlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Qırıqlı kəndi Goranlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırıqlı kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfavilər dövıündə də qırıqlılar acarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasını göstərir. Qırıqlılar XIX əsrin əvvəllərində Qazax va Borçalı mahallarnda yaşamışlar. Nadir şah Əfşar (XVIII əsr) da mənşəcə həmin tayfadan olmuşdur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Korçayın (Kürək çayının qolu) sahilində, düzənlikdə yerləşir.
Qırıqlı (Göygöl)
Qırıqlı, Qırıxlı—Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qırıqlı oyk., düz. Goranboy r-nunun Goranlı i.ə.v.-də kənd. Korçayın (Kürək çayı¬nın qolu) sahilində, düzənlikdədir. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XIII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfəvilər dövründə də qmqlılar əfşarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasım göstərir. Qınqlılar XIX əsrin əvvəllərində Qazax və Borçalı mahallarında yaşamışlar.
Qırıqlı bələdiyyəsi
Qırıqlı bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Qırıqlı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Qırıqlı bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qırıqlı bələdiyyəsi (Göygöl)
Göygöl bələdiyyələri — Göygöl rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəyal qırıqlığı
Xəyal qırıqlığı — Hisslərin gözləniləndən daha çox olması, lakin qarşılığının olmaması, uğrunda çalışılan şeyə nail ola bilməmə halıdır. Bu bəzən ümidsizliyə də yol aça bilir. Bu səbəblə bu iki ifadə dəyişəcəkli olaraq istifadə oluna bilir.
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Qırışıqlıq
Qırışıqlıq — yer qabığının bu və ya digər sahəsində olan qırışıqların məcmusuna deyilir. Qırışıqlığın üç morfoloji tipini ayırırlar: 1. geosinklinal, 2. platforma və 3. aralıq və ya keçid qırışıqlıq tipi. Yerin inkişaf tarixində qırışıqlıq sistemlərinin əmələ gəlmə dövrlərinə əsasən arxey, proterozoy, kaledon, hersin və alp qırışıqlıqları ayırırlar. Bəzi alimlər baykal, sakit okean və qırışıqlıqlar da ayrılmasını təklif edirlər. == Bünövrə qırışıqları == Bünövrə qırışıqları qədim qırışıq bünövrədə təkrar deformasiya nəticəsində əmələ gəlmiş qırışıqlardır. Bu zaman bünövrə üzərində yatan çökmə süxurlarda örtük qırışıqları inkişaf edir. Bünövrə qırışıqları adətən kəskin bucaq uyğunsuzluğu ilə müxtəlif mənşəli daha gec, o cümlədən platforma struktur-formasion kompleksləri ilə örtülür və ya bilavasitə yer səthinə çıxır.
Qıraqlı
Qıraqlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qıraqlı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Qırıxlı
Qırıqlı, Qırıxlı—Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qırıqlı oyk., düz. Goranboy r-nunun Goranlı i.ə.v.-də kənd. Korçayın (Kürək çayı¬nın qolu) sahilində, düzənlikdədir. Oykonim türkdilli qırıqlı tayfasının adı ilə bağlıdır. Tədqiqatlara əsasən, qırıqlı tayfaları XIII əsrdən Yaxın Şərqdə məşhur idilər. Sonralar əfşar tayfasının tərkibində olmuşdular. Səfəvilər dövründə də qmqlılar əfşarların bir qolu kimi göstərilir. Türkiyə ərazisində Qırıqlı kəndinin olması tayfanın orada da yaşamasım göstərir. Qınqlılar XIX əsrin əvvəllərində Qazax və Borçalı mahallarında yaşamışlar.
Qıyıqlı
Qıyıqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Toponim, çox güman ki, Səlcuq oğuzlarının kıyıq tayfasının adından və mənsubiyyət bildirən "-lı" şəkilçisindən ibarət olub, "kıyık tayfasından olanlar" mənasını bildirir. == Tarixi == Yerli əhalinin məlumatına görə, kənd rayonun Muşavaq kəndindən köçüb gəlmiş Qıyıq Alının nəslinin məskunlaşması nəticəsində yaranmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Qıyıqlı kənd kitabxana filialı, Qıyıqlı kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Qıyıqlı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Qıyıqlı kənd tibb məntəqəsi yerləşir.
Qırılı
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəntdə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Bu kəndə gəlib, ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olublar. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. == Tarixi == Qırılı Kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənd ərazisi bir çox məhəllələrdən ibarətdir: 1. Cağallı, 2. Cırdaxan, 3.
Quraqlıq (1971)
== Məzmun == Kinolentdə quraqlığın kənd təsərrüfatına böyük ziyan vurmasından, bunun qarşısının alınması üçün görülən tədbirlərdən danışılır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Qırışıqlıq epoxası
Qırışıqlıq epoxası-(rus. эпоха складчатости, ing. folding epoch) qırışıq əmələgəlmə və eləcə də dağəmələgəlmə və qranitoidli in-truziv maqmatizm proseslərinin güclənmə epoxası. Q. e.-da struktur planın əsaslı surətdə yenidən qurul¬ması və qırışıqlıq sistemi və ya vilayətlərin inkişafında müəyyən dönüş baş verir.
Qırışıqlıq fəzası
Qırışıqlıq fəzası(rus. - фаза складчатости, ing. folded phase) -(tektogenez) – uzunmüddətli və fasiləsiz tektonik hərəkətlərin, (xüsusilə qırışıq əmələgəlmənin) nisbətən qısa müddətli sürətlənməsi hadisəsi, qalxma və yuyulma sayəsində yaranan bucaq qeyri-uyğunluğu şəklində öz əksini tapır.
Düz Qıraqlı
Düz Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Düz Qırıqlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim düz və qırıqlı (oğuz tayfalarından biri olan qırıqların adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib. Kənd düzənlikdə salındığına görə və Dönük Qırıqlı kəndindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düz Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının cənub–şərqində, İpək yolunun üzərində ("Qırıq ocaq" adlandırılan yerdə) yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Qənirə Paşayeva — jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Qəzənfər Paşayev — Filologiya elmləri doktoru və professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi. === Şəhidləri === Bədirov Nəcməddin Nurəddin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Əliyev Asim Nuru oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Salmanov Sahil Vüqar oğlu (2002-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kəndin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.
Qıraqlı (Saatlı)
Qıraqlı (əvvəlki adı: Leninkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun mövcud Leninkənd kəndi iki hissəyə ayrılaraq Qıraqlı və Mustafabəyli kəndləri adlandırılmaqla rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Kənd sovetinin mərkəzi Qıraqlı kəndinə keçirilmişdir. == Əhalisi == Əhalisinin sayı 3622 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisi əsasən pambıqçılıqla məşğul olurlar.
Qıraqlı (Xaçmaz)
Qıraqlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Kənddə yeni məktəb tikilib istifadəyə verilmişdir . == Din == Kənddə Qırağlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qırıxlı (Sarvan)
Qırıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2002-ci ilin rəsmi siyahıya alınmasına görə , Qırıxlı kəndinin əhalisi 1262 nəfər olaraq, onların 100% Azərbaycan türkləridir. == Toponimiyası == Kəndin adı Oğuz türklərinin Əfşar boyunun Qırıxlı tayfasının adından gəlir. == İqtisadiyyat == Əhali əsasən əkinçilik, qoyunçuluq , maldarlıq və tərəvəzçiliklə məşğul olur. == Din == Kənddə Həzrət Fatiməyi-Zəhra adına məscid fəaliyyət göstərir.
Qırıxlı Məscidi
Qırıxlı məscidi — Gəncə şəhərində Qırıxlı məhəlləsində yerləşən məscid. Məscid 1650-cı ildə bəzi mənbələrə görə isə XVIII əsrdə tikilib. Sovet işğalından sonra fəaliyyətini dayandırsa da hazırda məscid kimi fəaliyyət göstərir. == Haqqında == Məscid Gəncənin Qırıxlı məhəlləsində yerləşir. Ehtimal olunur ki, XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra Qırıxlı tayfası şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar. 1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər. XIX əsrin 80-ci illərində isə məscid Hacı Qasımın vəsaiti ilə bərpa olunur. Bəzi mənbələrə görə isə məscid XVIII əsrə aiddir. Məscidin həyətində minarə, içərisində mehrab yoxdur.
Qırıxlı məhəlləsi
Qırıxlı məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Ehtimal olunur ki, məhəllə Əfşar elinin Qırıxlı qoluna mənsub insanlar tərəfindən XIII əsrdən salınıb. == Haqqında == Qırıqlı məhəlləsi, şimaldan Qızılhacılı, Qazaxlar, şərqdən İtdilər, Çıraqlı, Yuxarı Ozan, Bala Bağman, cənubdan Carrılar, Talalı, qərbdən Bayan, Daş körpü məhəllələri ilə əhatələnib. Fərrux Əhmədova görə Qırıqlı məhəlləsinin sakinləri Borçalının Qırıxlıbəyazidli, Qazaxın Qırıqlı, Şəmşəddilin Dönük Qırıqlı, Düz Qırıqlı, Kürəkbasanın Qırıxlı kəndlərindən gəlmə deyillər. Məhəllə Gəncənin digər qədim məhəllələri kimi tam mərkəzdə Şah Abbas meydanı və İçqalaya yaxın yerləşir. Məhəllə sakinlərinin əcdadları ehtimal ki, Qızılbaşların Əfşar tayfasının Qırıxlı qoluna mənsub olub, hələ XIII əsrdən Gəncədə məhəllə salıblar. XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra isə onlar şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar. 1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər. Məhəllədə Qara Müseyib dəyirmanı, Hacı Abdı Mehti oğlunun buzxanası mövcud olub.