Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Girdiman knyazlığı
Girdiman knyazlığı — Qafqaz Albaniyasının Girdman vilayətində knyazlıq. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır. 591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti,eyni zamanda,Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı.Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər.Lakin hələ çox qədimlərdən Girdman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın,daha doğrusu,qohum olan sabir tayfaları yaşayırdılar.Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi.Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi.Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək,mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə - IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi.Əvvəlcədən onu qeyd edək ki,Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri,uğur qazanmamışlar.Məlum ideyanı irəli sürən müəlliflər Mehranilər sülaləsinin banisi Mehranın (570-590) Sasani şahı II Xosrova qohum olduğuna işarə vurmaqla bu sülaləni farsmənşəli hesab etmişlər.Məsələ ondadır ki, Mehranilər sülaləsi zaman-zaman gah Bizans,gah da türk meylli siyasət yürütmüşlər.Ən əsası isə Girdman knyazlığının qədim oğuz yurdu – Albaniyada yaranmasıdır.Yuxarıda da qeyd etdiyimiz kimi burada yaşayan əhalinin əsas hissəsini-nüvəsini Azərbaycan türkləri təşkil etdiyinə görə Girdiman knyazlığını yaradanların fars olduğunu düşünmək düzgün olmazdı. Yarandığı ilk zamanlarda knyazlıq kiçik ərazini əhatə etsə də, sonralar – Mehranilərin ən görkəmli nümayəndəsi Cavanşirin (642-681) hakimiyyəti illərində genişlənərək İberiya (Gürcüstan) sərhədlərindən Araz çayına və Dərbəndə qədər çatırdı.Mülahizələrə görə Girdiman qalasını Mehranın nəticəsi cəsur Vardan (600-615) tikmişdir. Qeyd edək ki, VII yüzilliyin əvvəllərində Azərbaycan şimaldan gələn xəzərlərin, ortalarına yaxın isə cənubdan ildırımsürətli ərəblərin hücumlarına məruz qalırdı. Girdiman hökmdarı Varaz Qriqorun oğlu Cavanşir təlatümlü belə bir dövrdə taxt-tacı qəbul etməli oldu. Cavanşir dövrünün uzaqgörən dövlət xadimi, səriştəli, qorxubilməz bir sərkərdə idi. Ərəb-Sasani müharibələrində Sasanilər tərəfində vuruşaraq qəhrəmanlıqlar göstərmiş, 636-cı ildə baş vermiş Kadisiyyə döyüşündə şücaətlə seçilmişdi. Hətta sasani şahı II Yezdəgerd ona qiymətli hədiyyələr – qızıl kəmər, qızıl dəstəkli qılınc vermiş, başına gözəl qızıl tac qoymuşdur.
Girdiman qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Qarğıma
Qarğıma - türk, anadolu və altay xalq inancında qarğış, bəddua. Anadoluda Kargış (Karış) və monqolcada Harah olaraq da deyilər. Bir insan üçün pis xahişlərdə etmək və bu məqsədlə Tanrıya yaxarmaq. Anadoluda "Qarış Vermək" təbiri lənət oxumaq, bəddua etmək mənasında istifadə edilir. "Ah Etmək" də bənzər mənalara malikdir. "Ahım Çıxdı" cümləsində olduğu kimi. Qarğımak (Qarğış Etmək) feli ilə də istifadə edilər. Qarğa quşu, həm rəngi həm də Nuh tərəfindən özünə qarğındığı üçün bu adı almışdır. == İlənc == İlənc - türk və altay xalq mədəniyyətində və inancında lənət. Pis qədər, pis son, fəlakət kimi bir insanın başına gələn və arxasını buraxmayan mənfi hallar.
Qızdırma
Qızdırma (febiris,pyrexia) —görə təsiri termorequlyasiya pyrogens (temperatur artmasına səbəb maddələr) altında sisteminin dinamik tənzimlənməsi bədən istiliyinin müvəqqəti artması ilə xarakterizə qeyri-spesifik nümunə patoloji proses. Uyğunlaşma reaksiyası olub, orqanizmin təbii rezistentliyini yüksəldir. Yəni xəstəliyə cavab olaraq orqanizm özü bədən temperaturunu normadan yuxarı qaldırır və onu tənzim edir.Təkamüldə qızdırma yüksək heyvanların və insan orqanizminin infeksiyasına qarşı qoruyucu-adaptiv cavab olaraq ortaya çıxdı və buna görə də bədənin temperaturu artmasına əlavə olaraq, bu proses də yoluxucu patologiyaya xas olan digər fenomenlərə də malikdir.Qızdırmanın müddəti və dərəcəsi mikrobun virulentliyindən,onun aktiv vəziyyəyinin müddətindən, və orqanizmin müdafiə mexanizmlərindən asılıdır. Çox vaxt kəskin 15 günə qədər,bəzən subxroniki və xroniki qızdırma olur. 2–3gün davam edən hərarət efemer qızdırma adlanır. Lakin, temperaturun artması hər zaman qızdırma hesab edilmir. Məs:istinin əmələ gəlməsi və verilmnəsinin pozulması ilə əlaqədar olaraq bəzi istilik xəstəlikləri — istivurma,hipertireoz, atropinlə zəhərlənmə zamanı hipertermiya baş verir. Orqanizmin normal aktivliyi və ya fizioloji proseslər də temperaturu qaldıra bilər. Adətən sirkad ritmlə,yəni gün ərzində dəyişmə ilə əlaqədar bir az qızdırma qeyd edilir. Sağlam adamın temperaturu saat 18 də ən yüksək olur, gecə saat 3 də isə minimal dərəcələrə çatır.
I Firuz (Girdiman knyazı)
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.
Sarı qızdırma
Bu sarı qızdırma virusları tərəfindən törədilir.Törədici 1901 ci ildə W .Reed ,J.Carrol tərəfindən aşkarlanıb.Sarı qızdırma Afrika və Amerika qitələrində 1647 ci ildən məlumdur.Virus sferik formada olub,27–38 mkm böyüklüyündədir.Virus RNTdən,zülaldan və lipdlərdən ibarətdir.Virus 65 °C də 10 dəq yə ,1%li formalin təsirindən 1–2 günə tələf olur.Mühitin turş reaksiyasına davamsızdir.Bu viruslara meymun,ağ siçan,dəniz donuzu,kirpi və s həssasdır.Virus heyvanın daxili üzvlərində , beynində və qanında müşahidə olunur. Sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30–60%hallarda ölümlə nəticələnir. Xəstəlik 2–6 günlük inkubatsion dövrdən sonra qəfildən temperaturun 40C yə qədər yüksəlməsilə başlayır. Bel nahiyyəsində kəskin ağrılar,gözün hiperemiyası, öd, qusma,anuriya halları meydana çıxır. 4–5 gündən sonra xəstənin vəziyyəti yaxşılaşır. Əksər hallrda isə bir neçə saatdan və ya bir iki gündən sonra yenidən temeratur yüksəlir, sarılıq meydana çıxır, selikli qişalarda qansızma müşahidə olunur. Sarı qızdırmadan sağalmış şəxslər ömürlük immunitet qazanır. Diaqnoz ağ siçanda və ya hüceyrə kulturasında virusun alınmasına əsasən qoyulur.Virusun rezervuarı meymun və ya insandır.Virus ağcaqanad vasitəsilə keçirilir.Xəstənin qanını sormuş ağcaqanad 9–12 gün yoluxucu olmaqla ,bütün ömrü boyu yoluxucu qalır.Xəstəliyin endemik ocağı Cənubi Amerika,Qərbi Afrika və Hindistan hesab edilir. == Epidemiologiyası == Sarı qızdırma transmissiv xəstəlikdir.Amerikada Haemoqoqus və Aedes,Afrikada Aedes africanus və başqa ağcaqanadlar yayır.Xəstəliyin 2 ocağı məlumdur.təbiət ocağı və antrapurgik (şəhər) ocağı . Təbiətdə ağcaqanad meymunlardan,gəmiricilərdən və kirpidən yoluxur.
Kəskin revmatik qızdırma
Kəskin revmatik qızdırma və ya KRQ — həssas insanlarda A qrupu beta hemolitik streptekoklar tərəfindən törədilən yuxarı tənəffüs yolları infeksiyasından 1-5 həftə sonra ortaya çıxan, ürək, oynaqlar, beyin, qan damarları, dəri və dərialtı bağ toxumasını tutan sistemik bir xəstəlikdir.KRQ - A qrupu streptekokları tərəfindən törədilmiş faringitin qaliği olaraq yaranmış, ən çox oynaqları və ürəyi, daha az mərkəzi sinir sistemi, dəri və dərialtı toxumaları tutan nonsupuratif (irinsiz) iltihabi cavab reaksiyasıdır. == Tarixçəsi == ‘Rheumatism’, ‘rheuma’, ‘Bouillaud’s Disease’, ‘Poliarthritis Subacuta Rheumatism’, ‘Poliarthritis Acuta’, ‘Poliarthritis Rheumatica Acuta’,‘Rheumatismus İnfectiosus’, ‘ Rheumatismus Cerus’, ‘Morbus Rheumaticus Specificus’ kimi tarixi adları olmuşdur. KRQ - miladdan öncə 500-cü ildən bəri bilinən bir xəstəlikdir. Hipokrat "Xəstəliklər haqqında dörd kitab" əsərində belə yazmışdır : "Artrit zamanı halsızlıq meydana gəlir, şiddətli bir ağrı vücudun bütün oynaqlarını tuta bilir və bu ağrılar bəzən çox şiddətli, bəzən həlimdir, bir oynaqdan digərinə sıçraya bilir." Artriti ilk dəfə təsvir edən Guillaume de Baillou ( 1538 -1616) dur. Thomas Sydenham (1624-1668) 1686 ci ildə Sydenham xoreyasını təsvir etmiş, amma artrit ilə xoreyanı əlaqələndirə bilməmişdir. Charles Wells 1812 ci ildə ilk olaraq artrit və xoreya arasında əlaqəni təsvir etmiş və ilk olaraq subkutan nodullardan (dərialtı düyünlərdən) bəhs etmişdir. 18 ci əsrin ortalarında Gerard van Swieten "bəzən oynaqlarda ağrı qurtarır, sinədə ağrı başlayır, çırpıntı olur" deyərək revmatizm ilə ürək xəstəlikləri arasında əlaqə qurmağa cəhd etmişdir. William Cullen 1760 ci illərdə revmatizm xəstələrində "sürətli, dolğun və sərt nəbz" əlamətinə diqqət çəkmiş amma revmatizm və ürək xəstəlikləri arasında əlaqəni ilk təsvir edən Wells olmuşdur. David Pitcairn ilə birlikdə 1778 ci ildə bunu nəşr etdirmişdir. 1809 cu ildə David Dundas ürək xəstəliyindən ölən 9 revmatizm xəstəsindən 6 sını təşrih etmişdir və hamısında ürəyin genişləndiyini, birində perikardiyal mayedə artım olduğunu və bəzilərində perikardın ürəyin səthinə yapışıq olduğunu müşahidə etmişdir.
Bir göz qırpımı (roman)
"Bir göz qırpımı" - Fransız yazıçısı Ann Filip tərəfindən yazılmış monoloq. == Məzmun == Ann Filipin kitabının üslubunu təyin etmək çətindir. Bu nə povestdir, nə xatirə, nə də lirik gündəlik. Bu, vəfat etmiş ərin xəyalına müraciətlə söylənən monoloqdur, son söhbətdir. Bu, sevən qadın qəlbinin naləsi, əsl məhəbbətin nə olduğunu bilən bir insanın könül çırpıntılarıdır. İnsan kitabı oxuduqca özünü, sevən bir qadının düşüncə selində hiss edir, onun yaşadığı iztirabları, sevincləri anbaan yaşayır. Ann Filipin ürək dağlayan bu sözləri bizə əsl sevginin nə olduğunu bütün çılpaqlığı ilə göstərir: “Sənə on gözlə baxmaq istəyirdim, hərəkətlərini, baxışlarını gözlərimə yığırdım. Gülümsəyirdim ki, sənin təbəssümünü görüm; əlini öpürdüm ki, əlimi necə öpdüyünə bir də baxım. Özüm-özümü arxayın edirdim ki, bunlar heç vaxt yadımdan çıxmayacaq. İstərdim əlinin yerləri bədənimdə həmişəlik qalsın, mənim çəkdiyim sığallar isə sənin bədənini çürüməyə qoymasın...
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı — 11 dekabr 1988-ci ildəki hadisə, Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib.11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. == Siyahı == == Həmçinin bax == Spitak zəlzələsi Leninakan yaxınlığında İl-76 qəzası (1988) == Xarici keçidlər == Xronologiya == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. səh. 45-də Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. səh.183-də.
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilən azərbaycanlıların siyahısı
Ermənistandakı zəlzələ zamanı yardıma göndərilənlərin siyahısı — 11 dekabr 1988-ci ildəki hadisə, Qəzada ölən 78 nəfərə 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə şəhid statusu verilib.11 dekabr 1988-ci ildə Bakıdan Leninakana zəlzələ rayonuna köməyə uçan İl-76 təyyarəsini daşnak terrorçuları qəzaya uğradıb. 69 sərnişindən yalnız bir nəfər Babayev Fəxrəddin təsadüf nəticəsində sağ qalıb. 68 nəfər azərbaycanlı sərnişin və 9 nəfər ekipaj üzvü bu terror aktının qurbanı olub. Qəzanın səbəbləri öyrənilmədən, heç bir ekspertiza aparılmadan təyyarənin qara qutusu məhv edilib. Bu terror aktı qəza hadisəsi kimi cəmiyyətə sırınıb. Təsadüfən sağ qalmış Fəxrəddin Babayev İrəvan xəstəxanasına aparılsa da, "ermənilər arasında yaralı türkə yer yoxdur" deyən daşnak xislətli erməni həkimləri onu müalicə etməkdən boyun qaçırıblar. == Siyahı == == Həmçinin bax == Spitak zəlzələsi Leninakan yaxınlığında İl-76 qəzası (1988) == Xarici keçidlər == Xronologiya == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Abşereon şəhidləri", Bakı, "Ağrıdağ", 1997. səh. 45-də Azərbaycan Respublikası Xatirə Kitabı, X cild. səh.183-də.
Girdman
Girdman —VII əsrin əvvəllərindən Qafqaz Albaniyasının birinci böyük knyazları olan Mehranilər sülaləsinin biri irsi mülkü. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onun Ağsu - Girdman çayları rayonunda (I.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan)Bəzilərı isə üçüncü qrup isə Yerevançay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın şimal-qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə, Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər indiki AZərbaycan ərazisinin qərbində olmuşdur. Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt ermənistana daxil olmamışdır. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər.VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
Giardia
Lyambliya (lat. Giardia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinə aid heyvan cinsi. İnsan və digər bir çox məməlilər, eləcə də quşların nazik bağırsaqlarında parazitlik edir. Bu cinsin Giardia lamblia növü insanda lyambliyoz xəstəliyi törədicisidir. Lyambliyalar da digər diplomonadidalar kimi iki nüvə və iki cüt orqanoidlərdən — 4 cüt qamçı və 2 medial bədəndən ibarətdir.
Ajania qiraica
Ajania qiraica (lat. Ajania qiraica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ajania cinsinə aid bitki növü.
Vitis girdiana
Vitis girdiana (lat. Vitis girdiana) — üzümkimilər fəsiləsinin üzüm cinsinə aid bitki növü.
Azərbaycanda gildiya ticarəti
Azərbaycanda gildiya ticarəti - XIX əsrin 70-ci illərində Azərbaycanda yeni yaranmış ticarət forması. == Gildiya ticarətinin səciyyəvi cəhətləri == Azərbaycanda Gildiya ticarət qaydasının tətbiqi, ticarətin təşkili sisteminin təkmilləşdirilməsi və formalarının genişlənməsi, Azərbaycan rayonları arasında ticarət dövriyyəsinin artması və bir sıra yeni ticarət mərkəzlərinin meydana gəlməsi, ticarətdə təmərküzləşmə və mərkəzləşmə prosesinin baş verməsi, kapitalın yeganə forması kimi ticarət kapitalının öz müstəqilliyini itirib sənaye kapitalının tədavül dairəsində nümayəndəsinə çevrilməsi, ticarətdə kapitalist münasibətlərinin yaranıb sürətlə inkişaf etməsi, ticarət əlaqələri coğrafiyasının xeyli genişlənməsi, ticarət əlaqələrinin getdikcə daha çox qarşılıqlı xarakter daşıması və s. XIX əsrin 70-ci illərin ortalarından etibarən ticarəti səciyyələndirən cəhətlər idi. == Azərbaycanda gildiya ticarətinin tətbiqi == 1876-cı ilin mart ayından etibarən gildiya ticarət qaydası Azərbaycanda da tətbiq edilməyə başladı. Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən asılı olaraq gildiyanın hər hansı bir dərəcəsinə yazılmalı və öz müəssisələri üçün müəyyən bilet götürməli idi. Birinci gildiya tacirinə çox böyük hüquqlar verilirdi. O, Rusiya başqa dövlətlərin mallarını-Rusiyanın hər yerində yük ilə, tay, və ya top ilə satmaq üçün lazım olan qədər kontor və anbar açmaq hüququna malik idi. İkinci gildiya şəhadətnaməsini götürənlər şəhadətnamə aldıqları qəza və kəndlərdə istənilən qədər dükan açıb Rusiya və başqa (dövlətin gömrüklənmiş mallarını sata bilərdilər. Xırda alış-veriş şəhadətnaməsi olan tacirin şəhadətnamə aldığı qəzada dükan açmağa ixtiyarı var idi. Lakin o, bu dükanlarda Qafqaz canişinliyi tərəfindən tərtib olunmuş siyahıda göstərilən malları satmalı idi.
Camış bağa girdi
Camış bağa girdi — Azərbaycanın milli rəqsi. Bu rəqsin adı, görünür, təsadüfi addır. Lakin ola bilər ki, rəqsin ağır, koppuş bir rəqqas tərəfindən ifa edildiyi vaxt onun dostları zarafatla "Camış bağa girdi" deyiblər. Rəqsin adı belə də qalıb. Hər halda Gəncədə bu qədim rəqs oynanılanda onun komik xarakteri həmin farziyyəyə dəlalət edirdi. Naxçıvanda və Şahbuzda isə rəqsi məzəli xarakteri bir o qədər də gözə çarpmır. Burada oni, əsasən ahıl adamlar oynayırlar. Rəqsin hərəkətləri geniş, həm də sıçrayışlı tərzdədir. Rəqs Azərbaycanın bir çox rayonlarında geniş yayılmışdır.