Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qısayol klavişi
Qısayol klavişi (shortcut,1. "Быстрая" клавиша,kısayol tuşu) – klaviaturada: ayrıca və ya başqa klavişlərlə birlikdə basıldıqda menyu bəndini seçən, yaxud müəyyən komandanı başladan klaviş, yaxud klavişlər kombinasiyası. Məsələn, mətn redaktorunda işləyərkən Ctrl + A kombinasiyası bütün mətni seçdirir. Bəzən belə klavişlər kombinasiyasını “qaynar” klavişlər, klaviatura qısaltmaları, “cəld” açarlar da adlandırırlar. Bax: ACCELERATOR KEY, HOT KEY. 2. Ярлык ~ kısayol ~ qısayol – obyektin, proqramın, yaxud komandanın göstəricisi olan və özündə əlavə informasiya saxlayan fayl. “Əlverişsiz” yerlərdə saxlanılan proqramları tez başlatmaq üçün çox zaman iş masasında onların qısayolları yaradılır. İş masasındakı simgənin faylın özünə, yoxsa qısayoluna məxsus olmasını simgənin aşağısındakı kiçik oxa görə bilmək olur. Qısayol faylının ölçüsü, adətən, onlarla baytdan yüzlərlə baytadək ola bilir. Ayrıca fayl olduğundan qısayol faylı ilə bağlı hər hansı dəyişiklik onun göstərdiyi obyektin özünə təsir etmir.
Qaragöl
AzərbaycandaQaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd.
Qaragöl (Arxangel)
Qaragöl (başq. Ҡаракүл, rus. Каракул) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Irnıkşı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel):22 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 28 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (98%) üstünlük təşkil edir.
Qaragöl (Askın)
Qaragöl (başq. Ҡаракүл, rus. Чёрное Озеро) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Yaybulək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 11 km, kənd sovetliyindən (Yaybulək): 8 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 122 km.
Qaragöl (Ağdərə)
Qaragöl - Ağdərə r-nunda Turağaycayın yuxarı axınında Gamişdağın ətəyində (2500 m) göl adı. == Ərazinin ekologiyası == Böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 min 388,6 hektarı - Bəsitçay və Qaragöl dövlət Təbiət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilir. Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su mənbələri çirkləndirilir, dağıdılır və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb.
Qaragöl (Bukan)
Qaragöl (fars. قره گل‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 532 nəfər yaşayır (91 ailə).
Qaragöl (Laçın)
Qaragöl — Azərbaycan Respublikasının Laçın rayonu ərazisində yerləşir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. == Ümumi məlumat == Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər. Gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanır.
Qaragöl (Meşkinşəhr)
Qaragöl (fars. قره گل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 421 nəfər yaşayır (87 ailə).
Qaragöl (Məlikan)
Qaragöl (fars. قره گل‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 654 nəfər yaşayır (157 ailə).
Qaragöl (Qürvə)
Qaragöl (fars. قراغل‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (62 ailə). Əhalisini kürdlər təşkil edir.
Qaragöl (Tatarıstan)
Qara Göl — Tatarıstanın Baltasin rayonu ərazisində yerləşən göl. Rəvayətə görə göl əvvəllər sıx meşənin içində olmuşdur. Səbəbdən qara olaraq görünmüş və bu cür adlandırılmışdır. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir == Coğrafiya == Qara Göl gölü karst məşhəllidir. Sahilləri hamardır. Tatarıstanın Baltasin rayonunda, Bolşıe Lızi kəndindən 1,2 km çimal-şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 200 metr, maksimal eni isə 130 metrdir. Su səthinin sahəsi 1,6 ha-dır. Orta dərinliyi 8 m, maksimal dərinliyi isə 28 m təşkil edir.
Qaragöl (Zəngilan)
Qaragöl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Qaragöl kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dərzili tayfasına məxsus keçmiş Qaragöl adlı qışlaq yerində salinmişdir. Qışlaq isə Keçaldağın şimal yamacındaki Qaragölün adi ilə adlanmışdır. Hidronimin tərkibindəki qara komponenti göl tin şimal istiqamətində yerləşməsi ilə bağlıdır.
Qaragöl (Çaroymaq)
Qaragöl (fars. قره گل‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Qaragöl (Özbəkistan)
Qaragöl (özb. Qoroko'l) — Özbəkistanın Buxara vilayətində şəhər. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Qaragöldə 24.250 nəfər yaşamaqda imiş.
İşıqlı Qaragöl
İşıqlı Qaragöl, bəzən Qaragöl kimi qeyd olunur — Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir. Göl dəniz səviyyəsindən 2.666 metr yüksəklikdə yerləşir və təxminən 2 kvadrat kilometr əraziyə malikdir. Gölün suyu soyuq və təmizdir. Göldə İşxan qızılbalığının növləri yaşayır. == Tarixi == 2021-ci il mayın 12-dən başlayaraq, Azərbaycanla Ermənistan arasında Qaragöl ətrafında gərginlik yaşanır. Ermənistan tərəfi Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan tərəfi isə bunun yalan olduğunu, hələ Sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini qeyd edib.Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan sərhədini keçərək Sünik rayonundakı Qaragöl ərazisi boyunca 3.5 kilometr irəliləyib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, "Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir".
Qaragöl (Mahnişan)
Qaragöl (fars. قره گل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 426 nəfər yaşayır (113 ailə).
Qaragöl (Xudabəndə)
Qaragöl (fars. قره گل‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 184 nəfər yaşayır (31 ailə).
Qaragöl (Ənquran)
Qaragöl (fars. قراگل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (19 ailə).
Qoşgöl (Avurğazı)
Qoşgöl (başq. Ҡушкүл, rus. Кушкуль) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Mixaylovka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 48 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (46%), tatarlar (26%) üstünlük təşkil edir.
Qüdrət İsaqov
Qüdrət İsaqov — fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının akademiki; Rusiyada nəşr olunan "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın Redaksiya şurasının üzvü və "Beynəlxalq Kosmonavtika jurnalı"nın baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının fəxri Rentgen medalı laureatı. == Həyatı == 2 iyun 1950-ci ildə anadan olmuşdur. Onun karyerasının böyük bir hissəsi AMEA-nın Fizika İnstitutu ilə bağlıdır. Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda 1973-1976-cı illərdə aspirant, 1976-1984-cü illərdə kiçik elmi işçi, 1984-1992-ci illərdə isə böyük elmi işçi olmuşdur. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Prezident Aparatında Strateji Proqramlar şöbəsinin baş mütəxxəssis işləmiş və həmin dövrdə Azərbaycan elektroenergetika sənayesinin problemləri ilə məşğul olmuşdur. 1993-1995-ci illərdə Azərbaycan Ticarət-Sənaye Palatasının Təşkilat şöbəsinin rəisi olmuşdur. 1995-ci ildə yenidən AMEA-nın Fizika İnstitutuna qayıdır və indiyədək orada işləyir. 2005-ci ildə "Yarımkeçirici-metal evtektik kompozisiyalarında elektron prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elə həmin il Rusiyada nəşr olunan və redaksiya kollegiyasında 40 ölkənin 120 nəfər dünya şöhrətli alimlərini birləşdirən "Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı"nın baş redaktorunun müavini təyin edilmişdir. 2007-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının akademiki seçilmişdir.
Qaragöl (Dəşt dehistanı)
Qaragöl (fars. قره گل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 349 nəfər yaşayır (65 ailə).
Qaragöl (göl, Kəlbəcər)
Qaragöl — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Toraçay çayı (Tərtərin qolu) hövzəsində, Gamış dağının (Murovdağ silsiləsi) yamacında 2500 m. yüksəklikdə yerləşir. Toraçayçay Qaragölü da adlanır. Gölün ətrafı qara rəngə çalan vulkanın süxurlarından ibarət olduğuna görə belə adlanmışdır.
Qaragöl (göl, Laçın)
Qaragöl — Azərbaycan Respublikasının Laçın rayonu ərazisində yerləşir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. == Ümumi məlumat == Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər. Gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir. Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanır.
Qaragöl Dövlət Təbiət Qoruğu
Qaragöl Dövlət Təbiət Qoruğu — Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonunun sərhədində yerləşir. Sərhəd gölü hesab edilir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Qaragöl Dövlət Təbiət Qoruğu 17 oktyabr 1987-ci tarixində Azərbaycan SSR və Ermənistan SSR-in direktiv orqanlarının qərarı ilə yaradılmış, respublikalararası dövlət qoruğu elən edilmişdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir.Onun suyundan yerli əhali qoyun sürülərinin,əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edir. Sahəsi 240 hektar olub, dəniz səviyyəsindən 2658 km yüksəklikdə, Qarabağ vulkanik yaylasında yerləşir. İşıqlı dağında yerləşən Qaragöl (Sevliç) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlançayın mənbə hissəsində, Böyük İşıxlı dağının (3548m) şimal ətəyindədir. Şimal-gərbdən Dəmirdaş və Kiçik İşıxlı (3452) dağı ilə, şimaldan Canqutaran (2790m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir.