Qaragöl — Azərbaycan Respublikasının Laçın rayonu ərazisində yerləşir. Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir.
Qaragöl | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2657.5 m |
Tökülən çaylar | Ağoğlançay, Həkəri |
Yerləşməsi | |
39°35′52″ şm. e. 46°13′53″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayonlar | |
|
|
|
Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirlər.
Gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.
Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanır.