Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızılbalıq
Qızılbalıq (lat. Salmo) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Avropa, Şimali Asiya, Şimali və Mərkəzi Amerika sularında geniş yayılmış qızılbalıqların 9 cinsə mənsub olan 400-dən çox növü məlumdur. Xəzər dənizində qızılbalıqların 2 cinsə mənsub olan 1 növü -Stenodus leucichthys və 1 yarım növü-Salmo trutta caspius (Xəzər kumjası) yaşayır.
Ağ qızılbalıq
Ağ qızılbalıq (lat. Stenodus leucichthys) — xordalılar tipinin kosmopolit növü olub, qiymətli vətəgə balığıdır. == Morfoloji əlamətləri == Başı balacadır, ağzı orta ölçüdədir, alt çənə üst çənədən bir qədər uzun olur. Pulcuqları iridir, yan xətt orqanında onların sayı 120 dən azdır. Bədəninin rəngi gümüşüdür. Qəlsəmə dişciklərinin sayı 19-26 (22.7), qəlsəmə şüaları 8-11, fəqərələri 65-68 ədəd arasında dəyişir. Uzunluğu 120.0 sm, kütləsi 12.0-kq-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Yarımkeçici balıq olub, yay fəslində dənizin (Xəzərin) orta və cənub hissəsinin 20-50 m dərinliyində yaşayır, çoxalmaq üçün çayların, xüsusilə Volqa çayının ən yuxarı hissələrinə qalxır. Əksər fərdləri 8-10 ilədək yaşayır. Yırtıcı balıqdır.
Qızılbalıqkimilər
Qızılbalıqkimilər (lat. Salmoniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Bu dəstə siyənəyəbənzər əcdaddan başlanğıc götürüb. Uzunluğu 2,5 sm-dən 1,5 m-ə qədərdir. Üzgəcləri tikansızdır. Pulcuqları xırda olub bədən üzərində sıx yerləşmişdir. Bunların quyruq gövdəsi üzərində vəzifəsi aydın olmayan kiçik piy üzgəci olur. Yan xətt orqanı bütöv və ya yarımçıqdır. Skeletdə qığırdaq çoxdur. Geniş yayılıb, şimal və cənub yarımkürələrin soyuq və mötədil sularında yaşayırlar.
Qızılbalıqlar
Qızılbalıqlar (lat. Salmonidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Qızılbalıqlar soyuq su sevirlər. Buna görə də planetin şimal zonasında geniş yayılmış və balıqlar sinfinin ən qiymətli növlərini özündə birləşdirən qrupdur. Qızılbalıqları çəki kimi balıqlardan fərqləndirən ən xarakterik əlamət onların quyruq hissəsinin üstündə xırda piy üzgəcinin olmasıdır. Dünya sularında qızılbalıqların çoxlu miqdarda növləri yaşayır. Xəzər dənizində isə qızılbalıqlar fəsiləsinin 2 növünün nümayəndəsi — xəzər qızılbalığı və ağ qızılbalıq yaşayır. Xəzər qızılbalığı, xüsusilə onun Kür populyasiyası ətinin keyfiyyətinə, sürətlə böyüməsinə ve ölçüsünə görə qızılbalıqlar arasında birinci yerdə durur, lakin az saylı olduğu üçün balıq ovunda ikinci dərəcəli əhəmiyyət kəsb edir. Qızılbalıqlar olduqca maraqlı həyat tərzi keçirir.
Qızılbalıqxanıkimilər
Qızılbalıqxanıkimilər (lat. Percopsiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Atlantik qızılbalığı
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Dunay qızılbalığı
Dunay qızılbalığı (lat. Hucho hucho) — Qızılbalıqlar fəsiləsindən balıq növü.
Xəzər qızılbalığı
Xəzər qızılbalığı (lat. Salmo caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Morfoloji əlamətləri == Bədənləri qara bozdur və bədənlərinin ön qisimi və başlarının üstündə olan tünd ləkələr göy rəngə çalan halqalarla sarılmışdır. Yan xəttləri boyunca və alt tərəflərində qırmızı xalları və qəlsəmə qapaqlarının ön tərəfi üzərində bir ləkə və kürək üzgəclərindədə ləkələr vardır. Yüngül girintili bir quyruq üzgəcləri vardır. Kür qızılbalığı qızılbalıqkimilərin ən irisidir. Əvvəllər onun bədəninin uzunluğu 133 sm-ə, kütləsi 51 kq-a çatırdı. İndi isə ovun 86.7%-ni 70-96 sm uzunluğunda fərdlər təşkil edir. == Yayılması == Kür-Terek və Samur çaylarında, habelə Cənubi və Orta Xəzərin əsaən qərb və cənub sahillərinin kiçik çaylarında çoxalır.
İşxan qızılbalığı
İşxan qızılbalığı (lat. Salmo ischchan) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Göyçə gölünün endemik canlısıdır. == Yarımnövləri == İşxan dörd 4 yarımnövə bölünür. Qış baxtağı və bocak — göl balıqları, Yay baxtağı və Qeqarkun — axarsu balıqlarıdır. İşxan — SSRİ-də yayılmış forellərin ən iri nümayyəndələri hesab edilidi. Onların uzunluğu 90 sm-dən 104 sm qədər, çəkiləri isə 17 kq təşkil edir. Balıqlar əsasən gölün dibində isə yayılmış molyusklarla qidalanırlar. Yetkinlik yaşına 4-6 illərdə çatırlar. Bu zaman uzunluqları 28-33 sm, çəkiləri isə 340—560 q təşkil edir === Qiş baxtağıı (Salmo danilewskii) === Qış foreli — Göyçə forelinin ən iri yarımnövüdür.
Qızılbulaq
Qızılbulaq — Qax rayonu ərazisində bulaq. Qızılbulaq — Qax rayonu ərazisində çay. Qızılbulaq — Qax rayonu ərazisində dağ.
Qızılbulaq (Bicar)
Qızılbulaq (fars. قزل بلاغ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 189 nəfər yaşayır (48 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Qızılbulaq (Həştrud)
Qızılbulaq (fars. قزل بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (15 ailə).
Qızılbulaq (Miyanə)
Qızılbulaq (fars. قزل بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (20 ailə).
Qızılbulaq (Xudabəndə)
Qızılbulaq (fars. قزل بلاغ‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 682 nəfər yaşayır (143 ailə).
Qızılbulaq nekropolu
Qızılbulaq nekropolu — Şahbuz rayonunun Batabat yaylağı ərazisində erkən orta əsrlərə aid arxeoloji abidə. == Ümumi məlumat == Sel sularının yuması nəticəsində bir neçə qəbir dağılmışdır. Qəbiristanlıqda axtarışlar nəticəsində çəhrayı rəngli saxsı qab qırıqları tapılmışdır. Abidənin 3-6-cı əsrlərə aid olması ehtimal edilir.
Qızılaşıq (Urmiya)
Qızılaşıq (fars. قزل عاشق‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,877 nəfər yaşayır (696 ailə).