Ağ qızılbalıq
Ağ qızılbalıq (lat. Stenodus leucichthys) — xordalılar tipinin kosmopolit növü olub, qiymətli vətəgə balığıdır.
Başı balacadır, ağzı orta ölçüdədir, alt çənə üst çənədən bir qədər uzun olur. Pulcuqları iridir, yan xətt orqanında onların sayı 120 dən azdır. Bədəninin rəngi gümüşüdür. Qəlsəmə dişciklərinin sayı 19-26 (22.7), qəlsəmə şüaları 8-11, fəqərələri 65-68 ədəd arasında dəyişir. Uzunluğu 120.0 sm, kütləsi 12.0-kq-a qədər olur.
Yarımkeçici balıq olub, yay fəslində dənizin (Xəzərin) orta və cənub hissəsinin 20-50 m dərinliyində yaşayır, çoxalmaq üçün çayların, xüsusilə Volqa çayının ən yuxarı hissələrinə qalxır. Əksər fərdləri 8-10 ilədək yaşayır. Yırtıcı balıqdır.