Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qədəmgah
Qədəmgah — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Zeberxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,006 nəfər və 821 ailədən ibarət idi.
Qədəmgah (Azərşəhr)
Qədəmgah (fars. قدمگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 589 nəfər yaşayır (141 ailə).
Qədəmgah mağarası
Qədəmgah mağarası (fars. غار قدمگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında yerləşən mağara. Qübbə formasında olan bu mağara qədimdə atəşpərəstlər tərəfindən gün çağırma ritiallarında istifadə edilirmiş. Tarixi abidə 1968-ci ildə İranın Mədəniyyət və Elm nazirliyi tərəfindən 779 nömrəsi ilə milli irs siyahısına qeydə alınıb. Mağara ərazisinin yaxınlığında eyni adlı qəbiristanlıq yerləşir. Qədəmgah mağarası Şərqi Azərbaycan ostanının Azərşəhr şəhərinin 12 km cənub-şərqində, Badamyar bir digər adı ilə Qədəmgah kəndi yaxınlığında yerləşir. Mağara insanlar tərəfindən dağın içərisində oyularaq inşa edilib. Mağaranın tarixi ilə bağlı dəqiq məlumat olmasa da, islamdan əvvəlki dövrə aid edilir. Bəzi tarixçilərə görə isə məbədin 12 min il yaşı var. Atəşpərəst məbədi olaraq inşa edilən mağaranın tarixin müxtəlif dövrlərində müxtəlif istifadə məqsədləri olub.
Qədəmgah qəbiristanlığı
Qədəmgah qəbiristanlığı — İranda, Azərşəhr şəhristanının mərkəzi hissəsində, Badamyar kəndində yerləşən XV–XVI əsrlərə aid qəbiristanlıq. 21 mart 1968-ci ildə 780 qeydiyyat nömrəsi ilə İranın milli əsərlərindən biri kimi qeydiyyata alınmışdır. Bu qəbiristanlıq Azərşəhrdən 15 kilometr cənubda yerləşir. Orada dəfn edilənlərin çoxu Səfəvilər dövrünün şeyxləridir.
Qəmərşah Cavadov
Qəmərşah Cavadov (23 fevral 1938, Aydınkənd, Quba rayonu – 27 aprel 2005, Bakı) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor. Qəmərşah Cavadov 1938-ci il fevral ayının 23-də Quba rayonunun Aydınkənd kəndində anadan olmuşdur. Atası və beş əmisini Böyük Vətən Müharibəsində itirmişdir. Orta məktəbi bitirdikdən sonra 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Universiteti tarixçi ixtisası ilə bitirdikdən sonra bir müddət Dəvəçi rayonunun (indiki Şabran rayonu) Aygünlü kənd məktəbində müəllim işləmişdir. Sonra Azərbaycan EA Tarix İnstitutunda etnoqrafiya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. Qəmərşah Cavadov ilk dəfə olaraq xalq əkinçilik texnikasının məhəlli köklərini və inkişaf mənbələrini müəyyən etməklə azərbaycanlıları gəlmə etnos sayanlara tutarlı cavab verdi. Akademik V.K.Bondarçuk Qəmərşah Cavadovun elmi monoqrafiyasına yazdığı rəydə bildirirdi: "Q.Cavadovun monoqrafiyası onun müəllifinin Azərbaycan xalqının əkinçilik texnikasının öyrənilməsi və tədqiqi sahəsində nə kimi böyük, əzəmətli işlər gördüyünü qiymətləndirməyə əsas verir. Gənc alimin tədqiqatları… dünya etnoqrafiya elminə böyük töhfədir". Q.Cavadov 300-ə yaxın elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir.
Qəmərşah Sultan
Qəmərşah Sultan (1473, Amasya ili – yanvar 1520, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. Aynişah Sultan 1476-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülruh Xatundur. Uşaqlıq illəri Amasyada keçən Qəmərşah Sultan 1491-ci ildə Qoca Mustafa Paşayla nigahlandı. Bu nigahdan adı məlum olmayan bir qızı dünyaya gəldi və bu qızını Məsih bəylə evləndirdi. Atası və qardaşları arasında gedən taxt mübarizəsində ögey qardaşı Şahzadə Əhmədi dəstəklədi. Ancaq bu mübarizədə digər qardaşı Yavuz Sultan Səlim qalib gəldi və əri Qoca Mustafa Paşa 10 aylıq sədarətin ardından edam olundu. Ərinin edamından sonra Bursaya sürgün edilən Qəmərşah Sultan qalan ömrünü burada keçirdi. 1520-ci ildə vəfat edən Qəmərşah Sultan anasının Muradiyə külliyəsində özü üçün inşa etdirdiyi türbəsinə dəfn edildi.
Ələmşah Məmmədov
Ələmşah Əli oğlu Məmmədov (10 mart 1950, Şahvəllər, Bərdə rayonu – 19 yanvar 2009) — Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmiş "Azadlıq" batalyonunun komandiri, döyüşçü. Ələmşah Məmmədov 10 mart 1950-ci ildə 10 uşaqlı ailənin ilk övladı olaraq Bərdə rayonunun Şahvəlilər kəndində dünyaya gəlmişdir. 1972-ci ildə, Gəncə şəhərində yerləşən Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra, 1975-ci ildən etibarən, Ələmşah Məmmədov Bərdə və Tərtər rayonlarında yerləşən məktəblərdə tarix müəllimi olaraq fəaliyyət göstərmişdir. Dağlıq Qarabağda müharibənin ilk günlərindən etibarən yaxın ətrafı ilə birlikdə sayları 300-400 nəfərə çatan silahlı özünümüdafiə dəstəsi - "Azadlıq" batalyanunu təşkil etmiş və onun komandirliyi vəzifəsini öhdəliyinə götürmüşdür. Bu müddət ərzində Azərbaycan Ordusunun nizamlı hərbi birləşmələri ilə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin may ayında, Milli Məclisdəki çıxışı zamanı dövrün Müdafiə Naziri Rəhim Qazıyev o cümlədən digər hökumət və dövlət rəhbərlərini tənqid etdikdən sonra ona qarşı münasibət dəyişmiş və bir müddət sonra batalyonun bir çox üzvü kimi o da həbs edilmişdir. Barəsində konkret ittihamlar olmamasına baxmayaraq, 1 il həbsdə saxlanılan Ələmşah Məmmədov Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin qərarı ilə bəraət alaraq azadlığa çıxmışdır. 19 yanvar 2009-cu ildə vəfat etmişdir. 2017-ci ildə ARB telekanlı Ələmşah Məmmədov haqqında sənədli film hazırlamışdır.