Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gənc qələmlər
Gənc qələmlər — 1925-1926-ci illərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ədəbi dərnək == Haqqında == Dərnəyin təşkilində Vahab Həsənzadə, Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayev yaxından iştirak etmişdir. Naxçıvan ədəbi gəncliyin inkişafında "Şərq qapısı" qəzeti də mühüm rol oynamışdır. Lətif Hüseynzadə, Məmməd Əkbər, Seyid Səbri, Nemət Hüseynov, Əli Zəbun, Məmmədəli Tarverdiyev, Məmmədhüseyn Təhmasib və başqa gənc şairlərin şeirləri müntəzəm olaraq qəzetdə dərc olunurdu. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 165. ISBN 5-8066-1468-9.
Qızıl qələmlər
Qızıl qələmlər — Azərbaycanda ədəbi cəmiyyət (1925-1932). "Qızıl qələmlər" ədəbi cəmiyyəti 1925-ci ilin dekabr ayında Bakıda yaranmışdır. Gənc yazıçılar “Kommunist” qəzeti ətrafında birləşərək “Gənc qızıl qələmlər cəmiyyəti”ni təşkil edirlər. “Gənc qızıl qələmlər” cəmiyyətinin başlıca vəzifəsi fəhlə və kəndlilərin zövqünə müvafiq ədəbiyyat yaratmaq idi.30 noyabr 1926-cı ildə “Gənc qızıl qələmlər” təşkilatı “Ədəbiyyat cəmiyyəti”ni sıxışdırdığından və üstün mövqe qazandığından bu iki təşkilatın müştərək iclasında onların birləşdirilməsi qərara alındı. Həmin gündən bu cəmiyyət “Qızıl qələmlər ittifaqı” adını daşıdı. Azərbaycanın bir sıra şəhərlərində - Naxçıvanda, Gəncədə, Şəkidə “Qızıl qələmlər ittifaqı”nın şöbələri açıldı. 1927-ci ildən “Maarif və mədəniyyət” jurnalı “Qızıl qələmlər ittifaqı”nın orqanı oldu. 1927-ci ilin fevral ayındə Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə respublika ədəbiyyat təşkilatları “Qızıl qələmlər” ədəbiyyat cəmiyyətində birləşdirilir. “Qızıl qələmlər” ədəbiyyat cəmiyyəti heyətinə Ruhulla Axundov, Mustafa Quliyev, T. Hüseynov (sədr), Ə. İbrahimov, Hacıbaba Nəzərli, Süleyman Rüstəm (katib) seçilirlər. == Təşkilatın qurultayı == 1928-ci ilin yanvar ayında Azərbaycan proletar yazıçılarının I qurultayı keçirilir.
Qələndər
Qələndər — kişi adı, təxəllüs.
Şələmzar
Şələmzar-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Kiyar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,003 nəfər və 1,671 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Qələsər
Qələsər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 163 nəfərdir. == Toponimiyası == Kəndin adı ədəbiyyatlarda Güləsər, Qələsər variantlarında da qeydə alınmışıdır. Kəndin yaxınlığında eyni adlı mineral bulaq da var. Tədqiqatçılar bu oykonimi "qalanın başı, yuxan hissəsi” və yaxud "qoyun sürüsünün başlanğıcı” kimi izah edirlər.
Qəlləzər (Azərşəhr)
Qəlləzər (fars. غله زار‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 198 nəfər yaşayır (47 ailə).
Qələndər (Mərənd)
Qələndər (fars. قلندر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qələndər (Əhər)
Qələndər (fars. قلندر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (158 ailə).
Qələndər Alıyev
Qələndər Nofəl oğlu Alıyev (31 oktyabr 2001; Sabunçu rayonu, Bakı, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qələndər Alıyev 31 oktyabr 2001-ci ildə Sabunçu rayonunda anadan olmuşdur. Əslən Borçalının (Gürcüstanın Bolnisi rayonu) Darbaz kəndindəndir. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Məktəbini bitirmişdir. Subay idi. == Hərbi xidməti == Qələndər Alıyev 2020-ci ilin yanvarın 8-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Qələndər Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir.
Qələndər Canbaxışov
Qələndər Surxay oğlu Canbaxışov (17 avqust 1957, Daşkənd, Basarkeçər rayonu) — tibb elmləri doktoru (1999), professor (2010), Azərbaycan Respublikasının əməkdar həkimi (2000), Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri (2006–2021), ETTOİ-nun travmatologiya şöbəsinin şöbə müdiri (2021-ci ildən), AzETTOİ-nun direktoru (1999–2006), Səhiyyə nazirliyinin baş travmatoloq-ortopedi (1999–2006), Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının (2000–2019) və Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətinin üzvü, AO üsullarının tədrisinin respublika üzrə müəllimi (2017), Azərbaycanda İlizarov üsulunun və AO üsullarının elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı.[mənbə göstərin]3 mart 2021-ci ildən akademik Q. A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya mərkəzinin (İlizarov Mərkəzi) fəxri professoru == Həyatı == Canbaxışov Qələndər Surxay oğlu 17 avqust 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 1984–1987-ci illərdə akademik Q. A. İlizarov adına "Bərpaedici Travmatologiya və Ortopediya" Rusiya Elmi Mərkəzində əyani aspiranturada oxumuş, 1987–1990-cı illərdə isə həmin elmi mərkəzdə elmi işçi işləmiş və 1990-cı ildə Azərbaycana gəlmişdir. Akademik Q. A. İlizarovun və V. İ. Şevtsovun tələbəsi kimi bu elmin sirlərini onlardan öyrənmişdir. 1990–1999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda baş elmi işçi olmuşdur. 1999–2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi olmuşdur. 2006-cı ildən 2021-ci ilədək AzETTOİ-nin "Kəskin travma" şöbəsinin elmi rəhbəri vəzifəsində işləmiş və 2021-cildən həmin şöbənin şöbə müdiri vəzifəsində çalışır.1989-cu ildə "Одновременное удлинение обеих голеней у больных ахондроплазией – как первый этап увеличения роста" mövzusunda namizədlik, 1999-cu ildə isə akademik V. İ. Şevtsovun rəhbərliyi altında doktoranturanı bitirmiş, "Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması" (rus. "Увеличение роста у больных ахондроплазией с восстановлением пропорциональности тела методом дистракционного остеосинтеза") mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır. Bir monoqrafiyanın (həmmüəlliflərlə), 115 elmi işin, 3 patentin, 3 metodik tövsiyənin və bir neçə səmərələşdiriçi təklifin müəllifidir. Məqalələrindən bir neçəsi Rusiya, Türkiyə, İran, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan kimi xarici ölkələrdə çap edilmiş, bir neçə regional, respublika, beynəlxalq konfransların iştirakçısı olmuşdur.
Qələndər Xaçınçaylı
Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) — azərbaycanlı şair, yazıçı, jurnalist, publisist "Ziyadar", "Vintsas" mükafatları laureatı, "Tərəqqi" medallı, Prezident Təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü . == Həyat və yaradıcılığı == Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) 15 aprel 1958-ci ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olub. Qələndər Xaçınçaylı — Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair — yazıçı, publisistdir. 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri "Ədəbiyyat və incəsənət", "Kommunist", "Bakı", "Savalan", "Azərbaycan pioneri", "Fəryad", "Meydan", "Səs", "Gələcək gün", "Ədalət", "Təzadlar" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Müxbir", "Kənd həyatı", "Göyərçin", "Pioner" jurnallarında ardıcıl olaraq çap edilib.1981-ci ildən, 2020-ci ilə dək mətbuat sahəsində fəaliyyət göstərən yazarın , son iş yeri Həftə içi (qəzet)i olub. Həmçinin, "Gənclik" nəşriyyatının "almanax"larında əsərləri oxuculara təqdim olunub. Onun ilk kitabı "Qarabağın ağlar gözü" (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və "Gənc şairin ilk kitabı və ilk söz" ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas alim, professor Qurban Bayramov (tənqidçi) olmuş və bu istedadlı gəncə uğur diləmişdir. İndiyənə qədər Qələndərin bir-birinin ardınca "Qarabağa gedən yollar" (2000), "Dünya mənim söz qalamdır" (2004), "Dərd ürəyimdə mamır bağlayıb" (2006), "Qeyrət qalası" (2007), "Yaza tələsən çiçək" (2008), "El ağsaqqalı" — publisistika (2008), "Şərəfli ömür" — (publisistika, 2009), "İkinci ömrümü yaşayıram" (2011), "Gözləmə" (2012), Şahin Qasımovun ömür yolu haqqında "Ömür mənalı keçəndə" (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı "Güllə işığında" povesti Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına təqdim olunmuşdur. Son kitabı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən "Taclı şair" (2020) olmuşdur,.
Vaqif Qələndər
Vaqif Qələndər (tam adı:Vaqif Məhərrəm oğlu Qələndərov) — tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının müavini, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah. == Həyatı == Vaqif Məhərrəm oğlu Qələndərli 1969-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur.1987-cı ildə Göyçə mahalının Krasnoselo rayonunda orta mektebi qızıl medalla bitirib Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur. 1988-1990- cı illərdə Macarıstanda hərbi xidmətde olmuşdur. 1993-cu ildə Tibb Universitetini əla qiymətlə oxuduğuna görə 4-cu kursdan Türküyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsinə təhsilini davam etdirmək ücün göndərilmişdir. 1995-ci ildə həmən universiteti bitirərək Tibb doktoru ünvanı almışdır. 1995-ildə universiteti bitirdikdən sonra Turküyənin İstanbul Universitetinin Capa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzinde uzmanliq imtahanı verərək ixtisasa başlamışdır. 1995-2000-ci illərdə Azərbaycan Dovlət Təhsil nazirliyi və Səhiyyə nazirliyi xətti ilə təqaudlu olaraq İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin Plastik və Rekanstruktiv mikrocerrahiyyə mərkəzində təhsil almışdır. 2000-ci ilde məzun olaraq Plastik və Rekonstruktiv cerrrahiyye Uzmanı ünvanı almışdır. 2003-cu ildə «İnternal mammariyan arteryaya dayalı yeni ada flebi »adlı yeni cərrahiyyə metodu adlı disertassiya müdafiə edərək Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi ünvanı almışdır. 11.02.2004 ildə Azərbaycan Milli Akademiyasının konfrans zalında ,Tibb Universitetinin,Səhiyye Nazirliyinin və Akademiyanın Biologiya-tibb elmləri bolməsinin birlikdə iştirakı ilə keçirilen elmi seminarda “Plastik və Rekonstruktiv mikrocərrahiyyədə elmi yeniliklər və yeni cərrahiyyə üsulları” adlı məruzələri dinlənildi.Akademyanın Reyaset Heyyetinin No:p-15 qərarı ilə Azərbaycan Atestasiya Komissiyasına ona professor elmi adının verilməsi tovsiye olundu.
Çələmbər (Ərdəbil)
Çələmbər (fars. چلمبر‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Səncid bölgəsində, Givi kəndistanında, Səncid qəsəbəsindən 10 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (25 ailə).
Aləmzər Əlizadə
Aləmzər Əlizadə Məmməd qızı (4 sentyabr 1950, Gəncə, Azərbaycan) — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aləmzər Əlizadə 1950-ci ildə Gəncə şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İlk yazısı 1967-ci ildə "Pioner" qazetində dərc olunub. AYB Gəncə bölməsində 1989-cu ildən bu günədək məsləhətçi işləyir. 1993-cü il Moskvada çıxan təqvimdə şeirləri dərc olunub. 1986-cı ildən Azərbaycan Yazıcılar Birliyinin (Keçmiş SSRİ Yazıçılar İttifaqı) üzvüdür. 1987-ci ildə "İlin ən yaxşı uşaq kitabı" müsabiqəsində mükafata görülüb, kitabı növbədənkənar buraxılıb. Hazırda Azərbaycan Yazıcılar Birliyinin Gəncəbasar bölməsində məsləhətci işləyir. 2009-cu ildə Azərbaycan Tele film Yaradıcılıq birliyi Aləmzər Əlizadənin həyat və yaradıcılığından bəhs edən "Yaxşı bax kitabına" adlı sənədli film çəkib və nümayiş olunub.
Qələmə qovağı
Qələmə qovağı — (lat.
Lənətə gələnlər
"Lənətə gələnlər" — yazıçı Rövşən Yerfinin ən çox oxunan əsərlərindən biridir. 2008-ci ildə yazılmış, 2014-cü ildə çap olunmuşdur. == Əsər haqqında == Əsərdə bir ailənin timsalında cəmiyyətimizdəki acı reallıqların, mənəviyyatımızdakı aşınmaların təsviri verilir. Kitab oxucunu bəhs edilən məsələlərlə bağlı düşünməyə vadar edir. == Qısa məzmunu == Ananın tək oğlunu Rusiyada qalmaqla Qarabağ döyüşlərindən yayındırması. Yaşlaşandan sonra ailəsi ilə vətənə qayıdan oğulun işsizlikdən əyyaşa dönməsi və sonda ananın daim ehtiyatlandığı faciəli oğul itkisi. == Çapı == Kitab 2014-cü ildə çap olunub. Kitabxana.net Milli Virtual kitabxanasında, Milli Kitabxana-İnformasiya Mərkəzinin elektron kitabxanasında, Android əməliyyat sistemində və digər internet saytlarında yayımlanır. == Xarici keçidlər == Siz də “lənətə gələnlər”dənsiniz!
Aleksandr Qlezer
Aleksandr Qlezer (10 mart 1934, Bakı – 4 iyun 2016, Paris) — tanınmış yazıçı və kolleksiyaçı. == Həyatı == Aleksandr Qlezer 1934-cü ilin martında Bakıda anadan olmuşdur. Uzun müddət Ufada yaşamışdır. Moskva Neft İnstitutunun məzunudur. 1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlamış və gürcü şairlərinin 7 kitabını tərcümə etmişdir. Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanmış və onları toplamaqla məşğul olmuşdur. 1970-ci illərdə SSRİ-dən deportasiya edilmişdir. Sürgündən sonra şair Fransaya köçmüş və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini oraya apara bilmişdir. Sonradan o, ABŞ-nin Nyu-Cersi ştatına köçüb. 2016-cı il iyunun 3-dən 4-nə keçən gecə Fransanın paytaxtı Parisdə 82 yaşında vəfat etmişdir.