Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gərmxanə
Gərmxanə (fars. گرمخانه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (43 ailə).
Qəmtarə (Soyuqbulaq)
Qəmtarə (fars. قمطره‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 370 nəfər yaşayır (70 ailə).
Meyxanə
Meyxanə (türk. Meyhâne) — Türkiyədə asudə vaxtı spirtli içkilər qəbul etmək üçün ənənəvi içkixana. == Etimolgiya == Meyhane sözü türk dilinə farscadan gəlmişdir. Mürəkkəb sözdür. Mey şərab mənası, Hane isə ev, yer mənası verən 2 sözdən əmələ gəlmişdir. Meyhane sözünün bir çox sinonimi də köhnə dildə işlənmişdir. Bu səbəblə harâbât, humhane, hâne-i hammâr, der-i mugan, sahn-ı harâbât, bezm-i harâbat sözləri də meyhane sözünü əvəz edir və sinonim kimi istifadə olunur.Şeir və ədəbiyyat tarixində meyxanəlar mistik mənasında da istifadə olunurdu. Meyxanə, mistisizm mənasında şeyxin mistikasıdır. Şərab sevginin şərabı kimi nəzərdə tutulurdu. Qeyri-dini ədəbiyyatda isə meyxanə, sözün əsl mənasında, içki içənlər və şərab içənlərin oturub-içdikləri, söhbət etdikləri, yəni toplandıqları bir məkandır.
Hisar Gərmxan
Hisar Gərmxan — İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Gərmxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 716 nəfər və 182 ailədən ibarət idi.
Cevriss Emane
Cevriss Emane (fr. Gévrise Émane 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu. Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub. == Cüdo karyerası == Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb, bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu Hayde Vollert üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb.Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib.2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündəcə ispaniyalı Leye İqlesiasa məğlub olaraq mübarizəni dayandırıb. 2011-ci ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmiş dünya çempionatında ikinci dəfə dünya çempionu adını qazanıb.