QƏMXAR

sif. [ ər. qəm və fars. …xar] klas. bax qəmküsar.
Ey munisi-ruzigarım ana! Qəmxarü qəmküsarım, ana! Füzuli.
Düşmüşəm bir halə sənsiz natəvanü zar olub; Kim, əcəl yanımdan ayrılmaz, mana qəmxar olub. Kişvəri.
Nə qədər var cahan, var olasız; Millətin dərdinə qəmxar olasız! A.Səhhət.

Etimologiya

  • QƏMXAR Xalq arasında qahmar kimi də işlədilir. “Qəm yeyən, yəni qəmə şərik olan” deməkdir. Birinci komponent ərəbcədir, ikinci isə farsca
QƏMXANƏ
QƏMXARLIQ

Digər lüğətlərdə