Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurabiyyə
Qurabiyyə — tarixi ekstremist şiə cərəyanlarından biri. Cəbrailin Quranı səhvən Əli yerinə Məhəmmədə nazil etdiyinə inanırdılar. == Tarixi == Qurabiyyə cərəyanının nə vaxt yarandığı məlum deyil, lakin bu cərəyanın cənubi İraqdan gəldiyi məlumdur. İbn Cübeyr bu cərəyanın XIII əsrdə Suriyada mövcud olduğunu deyirdi. Həmçinin Yaqut əl-Həməvi bu cərəyanın Tanzaniyanın Pemba adasında yayıldığını göstərir. 1200-cü illərdə yazılmış və Omanda tapılmış "əl-Məqamə əl-Kilviyyə" adlı əsərdə bu cərəyanın başqa bir Tanzaniya adası olan Kilvada mövcud olduğunu göstərir. == İnancları == Cəbrail Quranı nazil edərkən, səhvən Əli yerinə Məhəmmədə peyğəmbərlik vermişdir. Çünki Məhəmməd və Əli qarğalar kimi bir-birinə bənzəyirdilər (qurab qarğa deməkdir). Daha sonra səhvini düzəltmiş, Məhəmməd peyğəmbərlə birlikdə Əliyə də peyğəmbərlik vermişdir. Çünki Quranda Məhəmməddən sonra peyğəmbər olmayacağı deyilir, eyni zamanda olmayacağı deyilmir.
Qədiriyyə
Qədiriyyə-sufi yönümlü islam təriqəti == Yaranması == Əbdülqadir Geylani (v.562/1166) tərəfindən qurulmuşdur. Əbdülqadir Geylani, Xəzər dənizinin şimali qərbində Gilana bağlı Neyf kəndindəndir. Nəslinin Əli (r.a) yə dayandığı rəvayət edilir. Təhsilini dövrün elm və irfan mərkəzi olan Bağdadda almışdı. Hədis, fiqh və ədəbiyyat kimi elmlərin arxasınca Əbul-Xeyr Məhəmməd ibn Müslim əd-Dəbbas (v.525/1131) vasitəsilə təsəvvüf yoluna girdi və şeyxinin yeznəsi oldu. Bir müddət təfsir, hədis, fiqh və qiraət elmlərindən dərs dedi.Ancaq daha sonra mədrəsədəki tədris vəzifəsindən ayrılaraq inzivaya çəkildi. Rəvayətə görə, iyirmi beş ilə qədər Bağdad və Kərh xarabalıqlarında riyazət və inziva həyatı yaşadı. Nəhayət Əbu Səid Mübarək tərəfindən ona şeyxlik xirqəsi geyindirildi və xalqın arasına qarışaraq irşad xidmətinə başladı. Əbdülqadir Geylani, əvvəllər Şafii məzhəbinə, daha sonra isə uyğun gördüyü Hənbəli məzhəbinə keçdi və bu məzhəbin müdafiəçisi oldu. Onun, Hənbəli məzhəbinə keçməsi, İbn Teymiyyə kimi təsəvvüfün əleyhinə olan bir alimin belə Əbdülqadir Geylani haqqında gözəl sözlər söyləməsinə imkan yaratmışdır.
Hərbiyyə
Ordu - Silahdan da istifadə etməklə, güc tətbiqi ilə ölkəni müdafiə edən səlahiyyətli orqan
Qədisiyyə mühafəzası
Qədisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qədisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Qədisiyyə mühafəzəsi
Qədisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qədisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Qədisiyyə mühafəzəsı
Qədisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qədisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Fateh-Hərbiyyə (roman)
Fateh-Hərbiyyə (roman) — Türk yazıçısı Peyami Səfanın romanı. 1931-ci ildə nəşr edilmişdir. == İdeya-məzmunu == Əsər Şərq və Qərb mədəniyyəti dilemması əsasında qurulmuşdur. Bu ziddiyyət əsərin adında da özünü göstərir. Fateh-Hərbiyyə iki müxtəlif məkan arasında gedib-gələn tramvay xəttinin adıdır. Burada Fateh səmti Şərq toplumunun, Bəyoğlu (Hərbiyə) Qərb toplumunun simvoludur. Simvolların diliylə ənənəvi və dünyəvi dəyərlərin ehtiva olunduğu "Fateh-Hərbiyyə" türk ruhunu, milli-mənəvi dəyərləri özündə əks etdirən ayna vəzifəsini görür. Əsərin əsas qəhrəmanı 20 yaşlarında Nəriman adlı gənc bir qızdır. Yazıçı bu obraz vasitəsilə Avropa meyilli, "müasir" gənclərin tipik obrazını yaradır. Nəriman atasının iradı ilə konservatoriyada ud dərsləri alır.