QUYRUQ

is.
1. Heyvanların çoxunun bədənlərinin qurtaracağındakı mütəhərrik törəmə, yaxud heyvanın bədəninin getdikcə nazikləşən dal hissəsi. At quyruğu. Əqrəb quyruğu. Balıq quyruğu.
– Bir həyətdə on iki-on üç yaşında bir … uşaq pişiyin quyruğuna ip bağlayıb, həyətin o tərəfinə qaçırdı. C.Məmmədquluzadə.

// Qoyunların bədənlərinin qurtaracağındakı ət halında olan yağ kütləsi. Qoyun quyruğu. Qoç quyruğu.
□ Quyruq yağı – qoyun quyruğunun əridilməsindən çıxan yağ.
// Quşların bədənlərinin qurtaracağındakı uzun və ya qısa lələk topası. Xoruz quyruğu. Qırqovul quyruğu. Tovuz quyruğu.
2. Uçucu aparatların dal hissəsi. Təyyarənin quyruğu.
3. Hərəkət edən (yeriyən) bir şeyin axırıncı, ən arxadakı hissəsi. Qatarın quyruğu. Sürünün quyruğu göründü. Dəstənin quyruğu.
// məc. Axır, axırıncı.
[Qurban:] Namərdlər, alçaqlar, nə qədər ki, quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq. A.Şaiq.

// Ümumiyyətlə, bir şeyin qurtaracağı, son hissəsi.
4. dan. Növbədə durmuş adamlar sırası.
5. məc. Bir adamın arxasına düşüb ondan ayrılmayan adam haqqında; əlaltı.
□ Quyruq olmaq – daim birinin dalına düşüb, ondan əl çəkməmək.
// məc. dan. Bir adamın dalınca, ya yanınca gələn adam.
◊ Quyruğu qapı arasında qalmaq – bilmədən girə düşmək, işi dara düşmək, çətin və çıxılmaz bir vəziyyətdə qalmaq, nə edəcəyini bilməmək.
Quyruğu qapı arasından çıxmaq – girdən qurtarmaq, çətin və çıxılmaz vəziyyətdən qurtarmaq, daha başqasından asılı olmamaq.
Quyruğun qapı arasından çıxıb, daha bizi saymazsan. M.Hüseyn.

Quyruğu paçada olmaq – çəkinmək, qorxaqorxa dolanmaq; qəribliyə düşərək qısınmaq.
Quyruğu tələdə qalmaq – bax quyruğu qapı arasında qalmaq.
Quyruğu tələdən çıxmaq – bax quyruğu qapı arasından çıxmaq.
Quyruğunu basmaq – bir hərəkətlə, ya sözlə birinə toxunmaq, sataşmaq.
Quyruğunu belinin tirinə qoymaq – lovğalanmaq, təşəxxüs satmaq, etina etməmək, saymamaq, meydan oxumaq, istədiyini etmək.
Quyruğunu düyünləmək – möhkəm durmaq, hər bir ehtimala qarşı hazır olmaq, hazır durmaq.
Quyruğunu eşmək1) qaçmağa hazırlanmaq;
2) bax quyruğunu belinin tirinə qoymaq.
Quyruğunu əldən buraxmaq (vermək) – əldən çıxarmaq (ələ keçmiş şeyi).
Quyruğunu tapdalamaq – acışdırmaq məqsədi ilə sözlə və ya hərəkətlə birinə dolaşmaq, sataşmaq, öcəşmək.
Quyruğunu tutmaq1) birdən ələ keçirmək, girinə keçirmək;
2) ardına düşmək, təqib etmək, izləmək.
Quyruq bulamaq1) yaltaqlanmaq, yaltaqlıq etmək. [İsmayıl] molla olsa da çox nadürüst bəndədir.
Srağagünəcən bizim kənddə quyruq bulayırdı. P.Makulu;

2) yaltaqlıqla və s. yollarla tədbir görmək, iş görmək, aralığa girmək.
[Ağa Mərdan:] İndi durum gedim, məhkəmədə olan haşiyənişinləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədri-lüzum quyruq bulasınlar. M.F.Axundzadə.

Quyruq doğmaq (əsli: quyruq donmaq) – yay fəslinin yarıdan keçdiyini bildirən ifadədir.
İki ay, artıqbaşı iki ay yarımdan ziyadə dağda qalmayıb, quyruq doğandan sonra, yəni iyulun iyirmi beşindən, yainki avqustun əvvəllərindən başlayırlar arana köçməyə. F.Köçərli.
Köçəri dili ilə deyilsə, “quyruq doğub” havalar sınandan sonra, bu yaylaqların adamları bir-bir yerindən tərpənər, … köç üzüaşağı enərdi. S.Rəhimov.
Əntiqə yazbaşı yox, yayın axırlarında, “quyruq doğandan” sonra gəlmişdi. Mir Cəlal.

Quyruq ələ verməmək – aradan sovuşub çıxmaq, ələ keçməmək, tutulmaq qorxusundan hiylə və kələklə yaxasını qurtarmaq.
Quyruq qısmaq – qorxub özünü yığışdırmaq, yaxud qaçmaq, əkilmək.
…Qalan iki-üç atlı isə aslan görmüş çaqqallar kimi, quyruqlarını qısaraq qaçdılar. M.Rzaquluzadə.

Quyruqda bıçağı sındırmaq – bir işi görüb tamamlamamaq, yarımçıq qoymaq, axıra çatdırmamaq.
Quyruqda qalmaq – yubanmaq, geriyə düşmək, hamıdan geri qalmaq, bir işdə axırıncı yeri tutmaq.
Quyruqda sürünmək1) bax quyruqda qalmaq;
2) öz fikri olmayıb başqalarının fikri ilə oturub-durmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QUYRUQ 1. QUYRUQ (heyvanlarda arxada olan uzun və yaxud qısa hissə) [Qızlar saçlarını] keçi quyruğu kimi qısaldır, özü də girir dar yubkanın içinə

Etimologiya

  • QUYRUQ Belə mülahizə olunur ki, quyruq və geri sözləri eyni kökə malikdir. Söz mən­bələrdə keyruq şəklində də yazılıb
QUYMAQ
QUYRUQALTI
OBASTAN VİKİ
Quyruq
Quyruq — heyvanların bədənlərinin arxa hissəsində yerləşən, bədəndən müstəqil hərəkət edə bilən, elastik orqandır. Quyruqlar xordalı canlılar üçün xarakterikdir və quyruq dedikdə ilk növbədə bu canlıların quyruğu nəzərdə tutulur. Lakin bəzi onurğasız canlıların bədənlərinin arxa hissəsindəki uzantıları və ya çıxıntıları, məsələn, əqrəblərin opistosomasını quyruq adlandırırlar. Halbuki, bu bədənin uzantısıdır və daxilində orqanlar yerləşir.
Quyruq rotoru
Tək rotorlu vertolyotların quyruğunun ucunda yerləşən, şaquli və ya şaquliyə yaxın bir formada olan, ölçüsü əsas rotordan daha kiçik olan quyruq rotorudur. Quyruq rotoru, əsas rotordan qaynaqlanan öz ətrafında fırlanmanın qarşısını almaq üçün bir qüvvə yaradır və pilotun vertolyotu döndərməsinə imkan verir.
Quyruq turbulansı
Quyruq turbulansı və ya İstiqamət sükanı turbulansı (ing. wake turbulence) — təyyarənin qanadlarının üstü və altındakı təzyiq fərqinə görə təyyarənin arxasında yaranmış vorteksdən (wingtip vortices) yaranmış türbülans. İngilis dilindən tərcümədə “wake” sözü, “bir aviavasitə və ya hidrovasitə keçdikdən sonra havada və ya suda qalan iz” deməkdir. Buna görə quyruq turbulansına bəzən İdarəetmə sükanı turbulansı da deyilir. == Uçuş təhlükəsizliyi == Quyruqda yerləşdirilmiş turbulans hava limanlarında baş verən təyyarə qəzalarının əsas səbəblərindən biridir. ICAO-dan verilən məlumata görə, uçuş təhlükəsizliyini artırmaq üçün enişdə quyruq turbulansı ilə qarşılaşan pilotlar ən qısa müddətdə müvafiq hava hərəkətinə nəzarət bölməsinə məlumat verməlidirlər. Meydan turunda ağır bir təyyarənin arxasından gələn yüngül təyyarənin bir neçə yüz fut yuxarıda və ya ən azı 1000 fut aşağıda və küləkdə (gəldiyi istiqamətdə) uçması tövsiyə olunur. Qalxma zamanı yüngül təyyarələrin yerdən kəsilməsi (təxmini olaraq quyruq turbulansı zonasını keçənə kimi) gecikdirməlidir, enmə zamanı qabaqdakı təyyarənin quyruq turbulansının başa çatdığı nöqtədən qabağa qonması lazımdır. == Tədbirlər == === Təyyarə təsnifatları === ICAO, təyyarələri Maximum Take Off Massa (MTOM) görə təsnif edir: Ağır - Maksimum uçuş ağırlığı 136000 kiloqram və ya daha ağır olan təyyarələr. Orta - Maksimum uçuş ağırlığı 7000 kiloqramdan yuxarı və 136.000 kiloqramdan (300.000 funt) az olan təyyarələr.
Hörümçək quyruqlu gürzə
Hörümçək quyruqlu gürzə (Pseudocerastes urarachnoides) — Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. İranın İraqla sərhəd zonasına yaxın, Kirmanşah və İlam ostanlıqları ərazisində yayılmışdır. Bu ilan ilk dəfə 1965-ci ildə elmi araşdırma zamanı aşkarlansa da, ilanın quyruğunda olan hörümçəyə bənzər çıxıntı sadəcə bir zədə nəticəsində əmələ gəlməsi düşünülmüşdür. 2001-ci ildə bu ilanın yeni eksemplyarları aşkarlanır. Bundan sonra isə artıq 2006-cı ildə Behzad Fatini və onun asistenti yeni bir növü təsvir edərək qeydə almışlar. Onlar hörümçəyə bənzər quyruqlarını bu canlılar kimi hərəkət etdirərək quş və ya kərtənkələləri ovlayırlar. Şikarını tutan ilanın güclü zəhəri şikarı saniyələr ərzində öldürür. İlanın quyruğu balanın yumurtadan çıxmasından sonra əmələ gəlir və yetkinliyə çatanda tam olaraq formalaşır. Yerli quşlar bu gürzələrin aldadıçı hərəkətlərini çox yaxşı bildiyindən, onlar ancaq köçəri quşları ovlaya bilirlər.
Kiçik quyruqsuz tinamu
Kiçik quyruqsuz tinamu (lat. Nothura minor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin quyruqsuz tinamu cinsinə aid heyvan növü.
Quyruqdoğdu
Quyruqdoğdu — Azərbaycan təqvim inanclarında yayın ortasında, səhərə yaxın şərqdə quyruqlu ulduzların müşahidə edildiyi dövr. == Müddəti == Həsən bəy Zərdabiyə görə 6 avqustdan 15 avqusta qədər davam edir. Yayın orta ayına, Cırcırama dövrünə daxildir. Əvvəlki dövr qorabişirən ay (qoradöyən aydan avqustun ortalarına qədər davam edən ay), sonrakı dövr elqovan ayıdır. == Təsviri == Quyruqdoğdu dövrü keçmiş zamanlarda insanların göyü və ulduzları müşahidə etməsi nəticəsində yaranmışdır. Yay yarı olan gecə səhərə yaxın şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzlar müşahidə edilir və təsərrüfat işləri bu zamana salınırdı. Küləşi (iri saman) yığmaq üçün də quyruqdoğdunun gəlməsini gözləyərdilər. Çünki bu dövrdə yerə şeh düşür və küləş nəmlənir, daşınması rahatlaşır. Qoyunların qırxılması isə quyruqdoğdudan bir həftə əvvəl edilməli idi. Çünki quyrudoğdudan sonra havalar soyuq olduğu üçün qoyunlar xəstələnə bilər.
Quyruqlu qaratərə
Quyruqlu ulduz
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Quyruqlular
Quyruqlular (lat. Urodela və ya lat. Caudata) — Suda-quruda yaşayanlar sinfnə aid 3 dəstədən biri.
Quyruqsallayan
Quyruqsallayan (lat. Motacilla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Quyruqsallayanlara bəzən çaydaçapanlar da deyilir. Torpaq üzərində və ya çatlarda fincana bənzəyən yuvalar düzəldirlər. Uzun quyruqlarını yerə qonduqları zaman sallamaları ilə tanınırlar.
Quyruqsallayanlar
Quyruqsallayanlar (lat. Motacillidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Quyruqsuz tinamu
Quyruqsuz tinamu (lat. Nothura) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Quyruqsuzlar
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. == Maraqlı məlumatlar == • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Qızıl quyruqlu şahin
Suda-quruda yaşayan quyruqlular
Quyruqlular (lat. Urodela və ya lat. Caudata) — Suda-quruda yaşayanlar sinfnə aid 3 dəstədən biri.
Ağ quyruqsallayan
Ağ quyruqsallayan (lat. Motacilla alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinin quyruqsallayan cinsinə aid heyvan növü. == Təsviri == Ağ quyruqsallayanların bədən uzunluğu 16–19 sm təşkil edir. Onlar üçün uzun quyruq xarakterikdir. Onların bədənlərinin üst hissəsi boz, aşağı hissəsi isə ağ rəngdə olması ilə seçilir. Başları ağ, boğaz nahiyəsi isə qara rəngdə olur. Ümumi çəkiləri cəmi 20–23 q təşkil edir. Adları quyruqlarının hərəkətinə əsasən verilmişdir. == Qidalanması == Qidalanmasının əsasını həşəratlar təşkil edir. Xüsusi ilə ikiqanadlılar dəstəsinə aid olan ağcaqanadlar və milçəklər üstünlük təşkil edir.
Quyruqlu pəncər
Quyruqlu pəncər (lat. Amaranthus caudatus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü.

Digər lüğətlərdə

вдре́безги зэ́ковский отпа́л агит... апати́ческий намо́точный насу́щный облу́пливать припороши́ться промча́ться пры́тче равноде́йствующий реляти́вность турне́псовый ружье aposiopesis bareknuckle hair-weaving leaf-lard mudstone torpitude unsainted unsearched инфекционный куполообразный