Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qənəvat
Dəstcerd— İranın Qum ostanının Qum şəhristanının Mərkəzi baxşında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,693 nəfər və 1,887 ailədən ibarət idi.
Bərəvat
Bərəvat— İranın Kirman ostanının Bəm şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,388 nəfər və 3,950 ailədən ibarət idi.
Musa Şəhəvat
Musa Şəhəvat (tam adıː Musa Əbu Məhəmməd; d. VII əsrin II yarısı - ö. 728/729) — Mədinə şəhərində yaşamış Azərbaycan şairi; Azərbaycan şairi İsmayıl ibn Yəsarın qardaşı. Musa Şəhəvat Azərbaycanın erkən orta əsr şairlərindən biridir. Onun həyatı əsasən Mədinə şəhərində keçsə də, əslən Azərbaycandan olduğu üçün tez-tez Təbrizə səfər etmişdir. Mədinə ilə yanaşı Şam şəhərində də yaşamışdır. "Şəhəvat" ləqəbi ilə tanınsa da onun künyəsi Əbu Məhəmməd idi. O İsmayıl ibn Yəsarın qardaşıdır. Orta əsr qaynaqlarında və M. Tərbiyətin “Danişməndani-Azərbaycan” kitabında Musa Şəhəvatdan qısaca bəhs edilir. Filoloq ibn Qüteybənin ( 828-889 ) və məşhur ərəb tarixçisi ət-Təbərinin ( 838-923 ) əsərlərində onun şeirlərindən nümunələr verilmişdir.
Gəzvar
Gəzvar-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Gəzvar-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi. Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar.
Gəzəlan (Qoşaçay)
Gəzəlan (fars. گزلان‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 688 nəfər yaşayır (154 ailə).
Azadistan (qəzet)
Azadistan (fars. آزادیستان‎) — 1920-ci ildə de-yure İranın, de-fakto Azadıstanın bir hissəsi olan Təbriz şəhərində ayda iki dəfə Azərbaycan və fars dillərində nəşr olunmuş elmi, nəzəri-siyasi jurnal. Azərbaycan Demokrat Partiyası gənclər təşkilatının orqanı olmuşdur. İstiqlaliyyət, dil, ədəbiyyat və s. məsələləri işıqlandırırdı. Redaktoru Tağı Rüfət idi. Cəmmi 3 nömrəsi çıxmışdır.
Azadlıq (qəzet)
"Azadlıq" – gündəlik ictimai-siyasi qəzet. "Azadlıq" qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991). 1991-1994-cü illərdə "Azadlıq"a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli, 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən "Azadlıq"ın baş redaktoru Qənimət Zahiddir. 1996-cı ildən gündəlik çıxan "Azadlıq" hazırda həftədə 6 dəfə işıq üzü görür. Qəzetin ilk sayı 8 səhifədən ibarət idi. Qəzetin loqotipi üstündə "El gücü – sel gücü!" yazılmışdır. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin "Millət şərqisi" şeri yerləşdirilmişdir.
Azdarar (qəzet)
Azdarar (erm. Ազդարար) — Hindistan erməniləri tərəfindən 1794-cü ildən 1796-cı ilədək çap olunmuş qəzet. Qəzet erməni dilində çap olunurdu. Qəzetdə, siyasi, mədəni və iqtisadi xəbərlərə gündəlik şəkildə yer verilirdi. Qəzet erməni dilində çıxan ilk qəzet hesab olunur. 2007-ci ildə, Kəlkütə şəhərində qəzetin nəşri bərpa edilmişdir.
Azərbaycan (qəzet)
Azərbaycan — Cənubi Qafqazda dövlət. Həmçinin aşağıdakı mənalara da gələ bilər: Azərbaycan SSR — ZSFSR (1920–1936) və SSRİ (1936–1991) tərkibində mövcud olmuş sovet respublikası. Azərbaycan Xalq Cümhuriyyəti — 1918–1920-ci illərdə mövcud olmuş müstəqil Azərbaycan dövləti. Qərbi Azərbaycan — tarixi Azərbaycan, indiki Ermənistan ərazisi. Cənubi Azərbaycan — İranın şimal-qərbində tarixi bölgə. Şərqi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Qərbi Azərbaycan ostanı — müasir İranın şimal-qərbində yerləşən ostan. Azərbaycan Milli Hökuməti — Cənubi Azərbaycan ərazisində de-fakto müstəqil dövlət (1945–1946). Azərbaycan (tarixi ərazi) — tarixi Azərbaycan ərazisi. Azərbaycan (toponim) — müxtəlif dövrlərdə müxtəlif ərazilər və hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim.
Ağdaş (qəzet)
"Ağdaş" – Azərbaycanın Ağdaş rayonunda çıxan əyalət mətbuatı. "Ağdaş" qəzetinin ilk nömrəsi 7 yanvar 1932-ci ildə "Ağdaş pambıqçısı" adı ilə çap olunub. Qəzet 1938-1962-ci illərdə "Pambıq uğrunda mübarizə" adı ilə çıxıb. 1962-1966-cı illərdə Ağdaş, Göyçay, Qəbələ, Ucar, Kürdəmir rayonlarını əhatə edən "Yeni həyat" adlı zona qəzeti Göyçayda nəşr olunub. 1966-2003-cü illərdə Ağdaşda köhnə qəzet "Əmək" adı yenidən dərcini davam etdirib. 2003-cü il noyabrın 16-dan qəzet "Ağdaş" adı ilə nəşr olunur. 1938-ci ildən 1968-ci ilədək "Pambıq uğrunda mübarizə" və "Əmək" qəzetlərinin redaktoru Kərim Abdullayev olub. Qəzet 1983-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. 1983-cü ildə 50 illiyi ilə əlaqədar qəzetin bir qrup işçisi Azərbaycan Jurnalistlər İttifaqının diplom və fəxri fərmanlarına təltif olunub, həmçinin rayon partiya komitəsinin fəxri fərmanını alıb. Qəzetin redaktorlarından iki nəfəri – Fikrət Hacıyev və Fariz Rüstəmov "Əməkdar jurnalist" fəxri adına və "Qızıl Qələm" mükafatına layiq görülüblər.
Bakinets (qəzet)
Bakinets — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda rus dilində nəşr edilmiş həftəlik ictimai, siyasi və ədəbi qəzet. Qəzetin birinci nömrəsi 3 sentyabr 1907-ci il tarixində, sonuncu nömrəsi isə 26 aprel 1920-ci il tarixində çıxmışdır. 1918-ci ildə Bakı şəhərində baş vermiş Mart soyqırımından sonra bolşeviklər "Baku", "Kaspi", "Naş qolos" və digər qəzet və jurnallarla birlikdə "Bakinets" qəzetini də bağlamışdılar. Bakinets // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: [2 cilddə] / baş red. Y. M. Mahmudov. — Bakı: “Lider” nəşriyyat, 2004. — I cild. — Səhifələrin sayı: 440. — Səh.: 265. — ISBN 9952-417-14-2.
Baku (qəzet)
Bakı və Baku (Баку) – Bakı Şəhər İcra Hakimiyyətinin (Sovet dövründə Bakı Şəhər Soveti) təsis etdiyi qəzetlər. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku (Баку) qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyevin mühüm rolu olmuşdur. Bakı və Baku qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrilmişdir. Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli yetişmişdir. B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər bu sıradadırlar. N.İmanquliyevdən sonra Bakı və Baku qəzetlərinə Şəmil Məmməd oğlu Şahməmmədov rəhbərlik etmişdir (1986-1990).
Bakı (qəzet)
Bakı və Baku (Баку) – Bakı Şəhər İcra Hakimiyyətinin (Sovet dövründə Bakı Şəhər Soveti) təsis etdiyi qəzetlər. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku (Баку) qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyevin mühüm rolu olmuşdur. Bakı və Baku qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrilmişdir. Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli yetişmişdir. B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər bu sıradadırlar. N.İmanquliyevdən sonra Bakı və Baku qəzetlərinə Şəmil Məmməd oğlu Şahməmmədov rəhbərlik etmişdir (1986-1990).
Bednota (qəzet)
Bednota — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilmiş gündəlik leqal bolşevik qəzeti. 14 sentyabr 1919-cu il tarixindən, həmin ilin 26 oktyabrına qədər fəaliyyət göstərən qəzetin cəmi 30 nömrəsi buraxılmışdır. Qəzetin məsul redaktoru Əliheydər Qarayev olmuş, qəzetdə Bakı fəhlələrinin həyatından, həmkarlar ittifaqları, fəhlə konfransı, digər fəhlə təşkilatlarının fəaliyyətindən, fəhlələrin kollektiv müqavilə uğrunda mübarizəsindən bəhs edən materiallar, Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin, Kommunist İnternasionalının bir sıra rəsmi sənədləri dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış, davamlı olaraq Azərbaycanın müstəqilliyi əleyhinə yönəldilmiş məqalələrlə çıxış etmiş, buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır.
Bildiriş (qəzet)
Bildiriş qəzeti (türk. Bildiriş gazetesi) - Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin 1930-1931-cü illərdə nəşr etdiyi ilk həftəlik siyasi və sosial-ictimai qəzet. 1930-cu ilin 7 avqustunda nəşrə başlayan qəzetin ilk sayının imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal olmuşdur. Lakin qəzetin 45-ci sayından məsul müdir vəzifəsini B. Süleyman, 56-cı saydan etibarən isə Ümumi Nəşriyyat və Yazı İşləri müdirliyi M.B.Məmmədzadə tərəfindən yerinə yetirilmişdir. "Orhaniyyə" mətbəəsində nəşr ediən qəzet 37-ci sayından başlayaraq "Öztürk" mətbəəsində nəşr edilmişdir. Qəzet həftədə bir dəfə cümə axşamı 4 səhifədən ibarət olaraq nəşr olunurdu. Qəzetin son sayı 1931-ci il 10 sentyabr tarixinə aiddir. Azərbaycan ruslar tərəfindən işğal edildikdən sonra ölkələrini tərk etmək məcburiyyətində qalan Azərbaycan ziyalıları müstəqilliklərini bərpa etmək üçün milli mübarizələrini Azərbaycandan kənarda da davam etdirdilər. Onlar özlərinə mərkəz seçdikləri yerlərdə milli mübarizəni davam etdirməyə çalışırdılar. Bu mərkəzlərin ən əhəmiyyətlilərindən biri də İstanbul idi.
Binəqədi (qəzet)
Birayəti (qəzet)
"Birayəti (qəzet)" — gündəlik siyasi qəzet. 1967-ci il mayın 6-sı Bağdadda çap edilmiş “Birayəti” gündəlik siyasi qəzet kimi ərəb və kürd dillərində nəşr edilirdi. Qəzetin təsisçisi və baş redaktoru Saleh Əl Yusifi idi. İdarə heyəti isə Həbib Məhəmməd Caf, Abdullah Səid, Nəcib Qaban, Məhəmməd Səid Caf, Rəfiq Çalaq, Məhəmməd Molla Kərim, Məhəmməd Əmin Osman və Mustafa Rəsul kimi şəxslərdən ibarət idi.
Bəsirət (qəzet)
"Bəsirət" qəzeti — 1914-cü ildən 1920-ci ilə qədər Bakıda Azərbaycan dilində çap olunan siyasi-ictimai, ədəbi həftəlik qəzet. Qəzetinin ümumilikdə 286 sayı işıq üzü görüb. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. Bəsirət qəzetinin ilk sayı 1914-cü il aprelin 12-də Bakıda çap edilib. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri isə Qulamrza Şəfizadə olub. Həftəlik qəzet olan Bəsirətin bayram günlərində xüsusi sayları çap edilirdi. Qəzetə bir müddət müvəqqəti olaraq Mirzə Bala Məmmədzadə redaktorluq edib. Hacı İbrahim Qasımov qəzetdə Həftəbecər rubrikasında "Kəlniyyət" imzası ilə yazılar yazıb. Qəzet müxtəlif dövrlərdə Orucov Qardaşları, Turan, Novruz və Səda mətbəələrində nəşr olunub. Qəzetdə yazıları çıxan insanlar arasında - Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Seyid Cəfər Pişəvəri, Mirzə Bala Məmmədzadə, Məmməd Səid Ordubadi, Məhəmməd Hadi, Səməd Mənsur, Mustafa bəy Əlibəyov, Əbdül Rəhman Dai, Əliabbas Müznib, Abbas Səhhət, Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı və başqaları da var.
Bəşir (qəzet)
"Bəşir" (qəzet) — İraqda Cümhuriyyət elan edildikdən sonra Kərkükdə çap edilmiş ilk qəzet. "Bəşir" 1958-ci il 14 iyulda İraqda Cümhuriyyət elan edildikdən sonra Kərkükdə çap edilmiş ilk qəzetdir. Həftəlik türkcə-ərəbcə şəkilli ədəbiyyat nəşri olan "Bəşir" qəzeti ədəbi məqalələrdən başqa ictimai, səhiyyə, kənd təsərrüfatı və qanunvericilik kimi digər mövzuları əhatə etdiyi kimi ölkəyə aid daxili məsələlərlə bağlı siyasi məqalələrə də yer verirdi. İraq türkmanlarının haqqlarının müdafiəçisi olan bu mətbu orqan zaman keçdikcə xalq tərəfindən sevilən bir qəzetə çevrilib. "Bəşir" qəzetinin redaksiyası Kərkükdə Əvqaf küçəsində 7 qatlı Əvqaf binasının qarşısındakı ayrıca bir binada idi. Bu kirayəlik binanın bir hissəsindən qəzetin məsul müdiri vəkil ofisi kimi istifadə edirdi. Altı ay müntəzəm olaraq yayımlanmış "Bəşir" qəzetinin ilk sayı 1958-ci il 23 sentyabrda çap edilmişdir.
Daşkəsən (qəzet)
Diplomat (qəzet)
Diplomat (kürd. Dîplomat) və ya "Diplomata kurdı" (kürd. Dîplomata Kurdî) — Azərbaycanda fəaliyyəti dayandırılmış kürddilli qəzet. "Diplomat" həftəlik qəzeti 2003-cü ildə təsis olunmuşdur. Qəzetin təsisçisi və baş redaktoru Tahir Süleyman olmuşdur. "Diplomat" qəzeti kürd, Azərbaycan, rus və türk dillərində çap olunurdu. Qəzet Rusiyanın müxtəlif vilayətlərində, həmçinin Qazaxıstanda, Qırğızıstanda və Ukraynada yayımlanırdı. "Diplomat" qəzetində Kürdüstan Fəhlə Partiyasının (PKK) liderləri Murad Karayılan və Abdullah Öcalana dəstək verən yazılar dərc olunmuşdur. Qəzetin baş redaktoru Tahir Süleyman özü Abdullah Öcalanı "milli azadlıq hərəkatının rəhbəri" adlandırmışdır. O, zaman-zaman İraqa gedərək, oradakı İraq Kürdüstanı iqtidarı ilə görüşlər keçirmişdir.
Dodo (qəzet)
"Dodo" — Azərbaycanda talış dilində nəşr olunan qəzet. Qəzetdə Azərbaycan dilində də məqalələr dərc olunur. Baş redaktoru müstəqil araşdırmaçı və tədqiqatçı İradə Məlikovadır. 2017-ci ildən nəşr olunur. Qəzet 25 may 2017-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. 8 səhifədən ibarət olan qəzet 1000 tirajla nəşr olunur. 2017-ci ildə 6 nömrəsi çap edilmişdir. Qəzetin dodoqezeti.az adlı saytı fəaliyyət göstərir. Əbülfəz Rəcəbli; İmamaverdi Həmidov; Anar İsgəndərəov; Nəsrulla Məmmədov; Mirağa Cəfərquliyev; Əli İbrahimov; Məsud Məmmədov; Rasim Heydərov; Yadulla Ağayev; Allahverdi Bayrami; Bahadur Tahirov; Mehman Ağayev; Mehman Fərzəliyev.
Dönüş (qəzet)
Dövran (qəzet)
Dövran qəzeti — 1997–2000-ci illərdə nəşr olunan müstəqil qəzet. Həftədə bir dəfə nəşr olunan "Dövran" qəzeti iqtidaryönlü qəzet idi. "Dövran" qəzetinin təsisçisi və baş redaktoru Salman Vilayətoğlu olmuşdur.