Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qanlıca
Yuxarı Qanlıca — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aşağı Qanlıca — İrəvan quberniyasının Aleksandropol qəzasındı, indi Düzkənd (Axuryan) rayonunda kənd. Qanlıca — Zərdab rayonunun Yuxarı Seyidlər kəndi yaxınlığında göl.
Xancığaz
Gözəldərə, Xancığaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Xancuğaz, Qafqazın 5 verstlik xəritəsində Xancuqaz, formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin qədim adının Xuncuğaz olduğu göstərilir.Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd İbrahimli də adlanırmış.Toponim «varlı», «sahibkar», «ağa» mənasında, işlənənxan sözünə kiçiltmə mənası bildirən - cığaz şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, kiçik xana məxsus kənd mənasını ifadə edir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Gözəldərə, sonra Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Aznavadzor qoyulmuşdur. == Coğrafiyası və iqlimi == Dağların, meşələrin arasında yerləşir. Qışı çox soyuq, yayı sərin keçir. == Əhalisi == Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 393 nəfər, 1908-ci ildə 523 nəfər, 1914 - cü ildə 650 nəfər, 1916-cı ildə 576 nəfər, 1919 - cu ildə 582 nəfər yalnız azərbaycanlılar yaşamışdır.1919-cu ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra Kəndin sakinləri 1920-ci ilin axırlarında öz ata-baba yurdlarına qayıda bilmişdir.
Aşağı Qanlıca
Aşağı Qanlıca — İrəvan quberniyasının Aleksandropol qəzasındı, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Gümrü-Amasiya yolunun 12 kilometrliyində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Vahramabad qoyulmuşdur. == Toponimi == Toponim türk mənşəli qanlı etnoniminə -ca şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki "aşağı" sözü fərqləndirici əlamət bildirir.Qədim türk mənşəli Qanlı (əsli Kanqlı) tayfasının adındandır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1878-ci ildə əhalisi qovulduqdan sonra kənddə ermənilər yerləşdirilmişdir. Ermənilər buraya 1828–29-cu illərdə Türkiyədən köçürülmüşdür.
Qalacığa (Soyuqbulaq)
Qalacığa (fars. قلعه جوغه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 162 nəfər yaşayır (33 ailə).
Yuxarı Qanlıca
Yuxarı Qanlıca - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qanlı qədim türk tayfasının adına -ca şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.lV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaşen qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Onlar 1828-ci ildə deportasiya olunmuş, 1828-30-cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Mançega
Mançega qoyunu İspaniyanın Yeni Kastilya bölgəsindəki La Manchadan gələn bir entrefino qoyunudur. Süd və yun üçün yetişdirilən Mançega qoyunların südündən Mançego pendiri əldə edilir. Alcarreña (Manchega pequeña) qoyunu Mançega'nın kiçiyi. Valdepeñasda təcrübi olaraq nadir görülən qara Mançega yerləşdirildi. Meksikanın Sacjol qoyunlarının mənşəyi qara Mançega ola bilər.Seguerña qoyunun köken də Mançega. Toledonun talaveranası isə Merino, Merinolandschaf və Mançega hibridi.
Qatçina
Qatçina (rus. Гатчина) — Rusiyanın Leninqrad vilayətində yerləşən şəhər. Şəhər Sankt-Peterburqun 45 km cənubundadır. Şəhər Qatçina rayonunun mərkəzidir. Ərazisi 28,75 km² olan şəhərin əhalisi 2010-cu il etibarı ilə 92,937 nəfər dir.Qatçina, Dünya Mirası olan Sankt-Peterburq Tarixi Mərkəzi və Abidələr Bağlı Qrupların bir parçasıdır.
Lancia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Qariqa
Qariqa — Aralıq dənizi ətrafındakı dağların quraqlıq-daşlıq yamaclarının aşağı qurşağında alçaqboylu, seyrək həmişəyaşıl kserofit kolluqdur..
Naumaxiya (Qatçina)
"Naumaxiya" — Leninqrad vilayətinin Qatçina şəhərində Silviya parkının şimal sərhədində Kolpanka çayının sahilində yerıəşən hovuzdur. Tikili XVIII əsrin sonlarında - 1797-1799-cu illərdə Nikolay Lvovun layihəsinə əsasən tikilmişdir. XVIII əsrin sonlarında Kolpanka çayının sahilində tikinti işlərinin aparıldığı zaman N.Lvov "şlüzlü Kaskad" adlanan bəndin tikildiyi büllur kimi şəffaf suya diqqət yetirir. Memar burada miniatürdə Sirakuzada keçirilən dəniz döyüşlərinin (navmaxiya) nümayiş olunduğu antik teatra oxşar "Naumaxiya" hovuzunu yaratmaq qərarına gəlir. Özünün yaratdığı Naumaxiyaya memar Lvov XVIII əsrin ikinci yarısında əksər peyzaj parklarını bəzəyən antik xarabalıq xarakterini vermişdir. Suyun mənbəyi qranitlə çərçivəyə alınmışdır. Həmin çərçivəyə alınmış yerə antik xarabalığa oxşar şəkildə mərmər sütunlarla bəzədilən daş pilləkanlar aparırdı. Yarıməsr mövcudluğu ərzində hava amillərindən asılı olaraq öz əvvəlki görkəmini itirmişdir. 1854-cü ildə tikilinin təmir işləri aparılmış, hovuz, terras və pilləkanlar yenidən yaradılmışdır. Sonradan burada heç bir iş aparılmamışdır.
Qamçıqay (Xudabəndə)
Qamçıqay (fars. قمچقاي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 404 nəfər yaşayır (80 ailə).
Qamçıqay (İcrud)
Qamçıqay (fars. قمچقاي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 434 nəfər yaşayır (115 ailə).
Andrey Qaçina
Andrey Qaçina (21 may 1986) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Andrey Qaçina Xorvatiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 7-ci pillənin sahibi olub. Daha sonra Andrey Qaçina Xorvatiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub. Andrey Qaçina Xorvatiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Crataegus ancisa
Crataegus ancisa (lat. Crataegus ancisa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lancia Dilambda
Lancia Dilambda — Lancianın 1928—1935-ci illər arasında istehsal etdiyi minik avtomobili. Avtomobil rəsmi olaraq 1929-cu ildə "Paris Motor Show"da təqdim edilib. Avtomobil 24 dərəcə V bucaqlı 4 litrlik V8 mühərrikə malikdir. == Versiyaları == 1928—1931-ci illər arasında istehsal edilmiş ilk seriya 1.104 ədəd istehsal edilmişdir. 1931—1933-cü illər arasında istehsal edilmiş ikinci seriya 300 istehsal edilmişdir. Dəyişdirilən sürət qutusu və əyləcə malik idi. 1933—1935-ci illər arasında istehsal edilmiş üçüncü seriya 281 ədəd istehsal edilmişdir.
Böyük Qatçina sarayı
Böyük Qatçina sarayı 1766-1781-ci illərdə II Yekaterinanın favoriti qraf Qriqori Orlov üçün Antonio Rinaldinin layihəsinə əsasən tikilmişdir. Gümüş gölün yanındakı təpədə yerləşən saray hal-hazırda hündür ağaclarla əhatələnmişdir və orta əsrlər qəsrini xatırladır. Sarayın interyeri XVIII əsrin ikinci yarısında mövcud olan rus klassizmi və XIX əsr tarixiliyi nümunəsindədir. Saray çar ailəsinin istirahət etdiyi ən sevimli yerlərdən biri olmuşdur. == Sarayın tarixi == == Tikintisi == 1765-ci ildə II Yekaterina knyaz Boris Aleksandroviç Kurakinaidən Qatçina xutorunu almışdır. Heç bir sənəddə öz təsdiqini tapmasa da deyilənə görə II Yekaterina bu yeri öz favoriti qraf Qriqori Qroqoriyeviç Orlova 1762-ci ildə onun imperatriçə olması ilə nəticələnən saray çevrilişinin təşkilində iştirakına minnətdarlıq əlaməti olaraq bağışlamışdır. 30 may 1766-cı ildə xutor ərazisində Qatçina sarayının tikintisinə başlanılmışdır. Saray layihəsinin hazırlanması saray memarı italyan Antonio Rinaldiyə həvalə olunmuşdur. Qatçinada o, italyan villasını canlandırmağa cəhd göstərsə də, lakin İtaliyada mövcud olan ənənəvi bağ quruluşu ilə yox, məhz ingilis peyzajı ilə əhatə olunması bu sarayın tutqun orta əsrlər qəsri ilə assosiasiya yaratmasına səbəb olmuşdur. Bu sarayın orta əsrlə qəsrinə oxşarlığını divarlarına, qüllələrinə və yeraltı gedişlərə daş üz çəkilməsi olmuşdur.
Belli-Kresus Qanira
Belli-Kresus Qanira (d. 25 mart 2000) — Burundili üzgüçü. Belli-Kresus Qanira Burundini 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Belli-Kresus Qanira birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 27.52 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 72-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kani Qanci (Qürvə)
Kani Qanci (fars. كاني گنجي‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 584 nəfər yaşayır (143 ailə). Əhalisini kürdlər təşkil edir.
Orxan Vəli Qanıq
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. == Ailəsi == Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.