Yəhərin arxa tərəfində şey bağlamaq üçün olan qayış bağlar. (“Koroğlu” dastanının lüğəti)
Meydanda açıb savaşı,
Düz eyləyib dağı, daşı,
Qançırğadan qanlı başı
Döyüşdə asdığın varmı?
(“Koroğlunun Bayazid səfəri”)
*
Hasan paşa, sənə kimdən söyləyim,
Yeddi min dəlinin başı, Koroğlu,
Ha zaman ki, qovğa günü düşəndə
Asır qançırğadan başı Koroğlu.
(“Koroğlunun Ərzurum səfəri”) (“Dəmirçioğlu-Əsəd”)