Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarşıdurma
Qarşıdurma iki səma cisminin verilən mövqedən (adətən Yerdən) əks tərəflərdə olmasıdır. Planetin (asteroidin və ya kometin də ola bilər) qarşıdurması Günəşin əks tərəfində olanda baş verir.
Kapitan Amerika: Qarşıdurma
Kapitan Amerika: Vətəndaş müharibəsi (ing. Captain America: Civil War) — Marvel Comics-in Vətəndaş müharibəsi komiksinə əsaslanan Marvel Kinematoqrafiya Kainatının on üçüncü filmi.
Uqra qarşıdurması
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. == Qarşıdurmanın gedişatı == Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi.1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı. Bununla da, "Uqra müqaviməti" başlamışdı.
Gədəbəy qarşıdurması
Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb.Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb. == Zəmin == Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər. Hökumətyönlü medianın bir neçəsi iddia edir ki, Gədəbəy hadisələrinin arxasında Qərb-ABŞ dayanıb.
Ermənistan-Azərbaycan qarşıdurması 2020
Tovuz döyüşləri — 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi'nin Mosesgeğ kəndi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlər.Bu döyüşlərdən sonra da iki tərəf arasında gərginlik davam etmiş və 27 sentyabr 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır. == Arxa plan == İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar.Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, "Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən saat 12:30 radələrində "UAZ" markalı avtomobil ilə Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkiliblər və daha sonra saat 13:45 radələrində artilleriya atəşinə başlayıblar".Azərbaycan tərəfi bunu inkar edərək bildirib ki, "Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsə idi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi. Həmçinin, 2018-ci ildən etibarən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhəddinə nəzarətin Müdafiə Nazirliyindən alınaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Azərbaycan Respublikasının Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini təsdiq edir". == Döyüşlər == === 12 iyul === 12 iyulda Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyini müşahidə etdi. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasının sübutu kimi göstərilir.Döyüşlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayıb. Meydan TV-nin müxbiri Həbib Müntəzir artilleriya qurğularından Goranboy rayonu istiqamətində də istifadə edildiyini bildirsə də, bu məlumat rəsmi mənbələr tərəfindən öz təsdiqini tapmadı. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan dekabr ayında verdiyi açıqlamada Tovuz döyüşlərinin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində başladığını bildirib.Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər yaralanıb. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki verib.
2009-cu il Urumçi qarşıdurması
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir.Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı. Həmin hadisə zamanı iki uyğur qətlə yetirilmişdi.
Şərq-Qərb hip hop qarşıdurması
Şərq-Qərb hip hop qarşıdurması, xüsusilə 1990'ların ortalarından etibarən ABŞ-də Şərq hip hopu və Qərb hip hopu səhnələrinin sənətkarları ilə pərəstişkarları arasında qan davası idi. Qan davasının diqqət nöqtəsi Şərqli repçi The Notorious B.I.G (və Nyu-York mərkəzli Bad Boy Records) ilə Qərbli repçi Tupac Şakur (və Los-Anceles mərkzəli şirkəti Death Row Records) idi. Hər ikisi də avtomobildən açılan atəş nəticəsində öldürüldü. Orlando Anderson (aka Baby Lane) Şakur qətlində günahlandırıldı, lakin 1998-ci ilin yazında vurularaq öldürüldü. The Notorious B.I.G qətlindən məsul olan şəxs hələ bilinmir.