Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarqışlaq
Qarıqışlaq — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd.Qarıqışlaq kəndi Minkənd çayının (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. XIX əsrin ortalarında 87 ailədən ibarət Qarıqışlaq kəndindən aşağıdakı məntəqələr yaranmışdır. Qızxanımatoyolan, Qılınclı, Quşçu, Mişni, Sadınlar, Soyuqbulaq və Hacılar. Oykonim “köhnə qışlaq, köhnə kənd” mənasındadır.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Bu kənd çar rusiyasının nəşr etdirdiyi, 1888-ci ilin coğrafi xəritəsində «Qarı-qışlaq» kimi göstərilir. Laçın rayonunun Qarıqışlaq kəndi rayonun ən qədim kəndlərindən biri idi. Kəndin köçkünlük ərəfəsində 365 ailədə 1600 nəfər əhalisi var idi. Hazırda 6000 nəfər. Kənd Laçın şəhərindən qərb tərəfdə, Laçın – Minkənd yolunun 33-cü kilometrliyində, Minkənd çayının sol sahilində yerləşırdi.
Çarpışma (film, 2011)
Hər birinin öz həyatı, öz qorxuları və öz taleyi olan neftçilər briqadası evə qayıdır. Baş qəhrəman onları müşayiət edən keçmiş snayper və ovçudur. Fəhlələrin həyatına təhlükə yaradan canavarları zərərsizləşdirir. Yalnız öz işində təskinlik tapan Con, sevimli həyat yoldaşının ölümü ilə barışa bilmir, ağlından intiharla bağlı fikirlər keçir. Növbəti səfərlərin birində briqadanı daşıyan təyyarə Alyaskada qəzaya uğrayır. Qəzadan yalnız səkkiz nəfər o cümlədən Con sağ çıxır. Sivilizasiyadan kilometrlərlə uzaqda – qarlı səhrada ayılan sərnişinlər qida çatışmazlığı və sərt hava şəraitində həyat uğrunda mübarizə aparmalıdırlar. Öz qorxularına sinə gəlməyə çalışan didərginlər eyni zamanda qana susamış canavar dəstəsi tərəfindən təqib olunurlar və sonda baş qəhrəman Con da daxil olmaqla filmin bütün qəhrəmanları canavarların qurbanına çevrilir. Filmdə baş rollarda Liam Nison, Frenk Qrillo, digər rollarda isə Nonso Anozi, Dermot Malruni, Dallas Roberts və başqaları iştirak etmişdirlər.
Qapışma (film, 2000)
Qapışma (ing. Snatch) — 2000-ci ildə rejissor Qay Riçi tərəfindən çəkilən döyüş filmi. == Məzmun == Filmdə əsas obrazlar anası ve atası təyyarədə tanış olduğu üçün Türk (Ceyson Stetem) adını alan bir ingilis və silahları çox sevən dostu və Tommidir. Onlar qanunsuz boks görüşləri təşkil edir, bu boks üçün Kərpic Sifət (Alan Ford) adında böyük bir mafiyadan kömək istəyirlər. O da, Türk ve Tommi üçün lazım olanı edir. Ancaq bir gün bu ikisinin boksçusu Möhtəşəm Corc (Bred Pitt) adında bir qaraçıya uduzur. Türk ilə Tommi boksçularını dəyişdirmək məcburriyətində qalırlar ve elə bu səbəbdən onlar Mikini özlərinə yeni boksçu götürürlər. Kərrpic Sifətin onlardan istəyi dördüncü raundda Mikinin uduzmasıdır. Ancaq buna əməl etmir və bunun nəticəsində boksçunun anası öldürülür. Həmçinin qumarbaz Dört Barmaq ləqəbli Frenki (Benisio del Toro) indi Əmioğlu Avi (Denis Ferina) adındakı öz bossu üçün almaz oğurlayacaqdır.