Qarqışlaq

Qarıqışlaq[1]Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd.[2]

Qarıqışlaq
39°39′59″ şm. e. 46°23′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi Gəloxçular nəfər
Milli tərkibi Azərbaycan Türkləri
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Qarıqışlaq xəritədə
Qarıqışlaq
Qarıqışlaq

Qarıqışlaq kəndi Minkənd çayının (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. XIX əsrin ortalarında 87 ailədən ibarət Qarıqışlaq kəndindən aşağıdakı məntəqələr yaranmışdır. Qızxanımatoyolan, Qılınclı, Quşçu, Mişni, Sadınlar, Soyuqbulaq və Hacılar. Oykonim “köhnə qışlaq, köhnə kənd” mənasındadır.[3]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Bu kənd çar rusiyasının nəşr etdirdiyi, 1888-ci ilin coğrafi xəritəsində «Qarı-qışlaq» kimi göstərilir.

Laçın rayonunun Qarıqışlaq kəndi rayonun ən qədim kəndlərindən biri idi. Kəndin köçkünlük ərəfəsində 365 ailədə 1600 nəfər əhalisi var idi. Hazırda 6000 nəfər. Kənd Laçın şəhərindən qərb tərəfdə, Laçın – Minkənd yolunun 33-cü kilometrliyində, Minkənd çayının sol sahilində yerləşırdi.

Əhalisi əsasən heyvandarlıqla və bağçılıqla məşğul olurdu.

Qarıqışlaq kəndi Hacılar, Sadınlar, Quşçu, Qılışlı,Soyuqbulaq, Zeyvə, Soltanlar və Kosalar kəndləri ilə həmsərhəd idi.

Qarıqışlaq kəndi Qılışlı, Soyuqbulaq, Zeyvə kəndlərindən ibarət sovetliyin mərkəzi idi.

Kənd dəniz səviyyəsindən 1300 metrdən yüksəklikdə, dağların arasında yerləşirdi.Kəndin kənarı ilə mənbəyini “ Qırxbulaqdan” və “Abadxeyir” dərəsindən alan Minkənd çayı axırdı.

Qarıqışlaq kəndi adından ğöründüyü kimi “Qədim qışlaq” mənasını daşıyır.

Kənd Çinar qaya, Oyuq, Ər təpə, Haça qaya, Ağ qaya, Üçdərələr və Hacılar yalı arasında yerləşirdi.

Kənddə qazıntı zamanı tapılan qəbir daşının üzərində ” Məlikəhmədin qəbri , 925-ci il “ yazısı həkk olunmuş qəbir aşkar olunmuşdur. Kəndin kənarında Sıxəhmədli adlanan kənd qalıqlarında və yanındakı məzarlıqdan tapılmış müxtəlif qədim döyüş alətləri və bəzək əşyaları, küp qəbirlər onu göstərir ki, Qarıqışlaq kəndi eramızdan əvvəl də insanların yaşayış məskəni olmuşdur.

Kənd dağların arasında yerləşdiyi üçün, Ağ yarın dərəsindən, Qızıl qayanın dərəsindən, Darca dərədən, Novulcanın dərəsindən, Kürənin dərəsindən, Üçdərələrdən, Kirdivanın dərəsindən, Kaha dərəsindən, Sağmal otunun dərəsindən, Maral bulağının dərəsindən (və s.) axan sular çaya tökülürdü.Çınar düzü, Böyük düz, Göl yerinin düzü kəndə xüsusi gözəllik verərdi.

Kənddəki buz bulaqlar – Əli bulağı, Maral bulağı, Fındıqlının bulağı, Sağmal otunun bulağı, Lazım bulağı, Təzirin bulağı, Çır-çırın bulağı, Dərvişalı bulağı, Yüzbaşı bulağı, Daşdan tökülən (və s.) bulaqların billur kimi suları var idi.

Qara göl (2670 metr), Novlu bulaq (2520 metr), Sona bulağı (2290 metr), Cilli göl (2000 metr) kimi sərin, gullu çiçəkli yaylaqlar kəndin ən gözəl yerlərindən idi.

Qarıqışlaq kəndi böyük bir qəsəbə idi. Kənddə 50 çarpayılıq xəstəxana, 422 yerlik ikimərtəbəli və yeni inşa olunmuş üçmərtəbəli orta məktəb (kənddə 1901-ci ildən məktəb fəaliyyət göstərirdi.), idman zalı, ATS, çörək zavodu, klub, hamam, tikiş sexi, mağaza, daş karxanası və başqa sosial obyektlər var idi.

Kəndin iri meyvə bağlarında müxtəlif alma sortları, armud sortları, ərik, gilas, heyva, tut, gavalı, qoz və başqa meyvələr yetişirdi.

Kəndin Pöhrə adlanan meşəsində palıd, viləs (ulas), ağcaqayın , fındıq ağacları bitərdi. Meşədə və dağın döşündə itburnu, zirinc, tuvulğa, qaratikan və s.kol bitkiləri də bitərdi.

Kənddə 2 məscid (1718-ci ilə aid), Soltan baba piri (XII əsrə aid), Dəmirovlu pir, Ağ qaya qalası, Ulu körpü (1378), Ağzıbir kahası adlanan tarixi abirələr vardır.

Qarıqışlaq kəndində xeyirxah insanlardan 1896-cı ildə anadan olmuş Molla Teymur əmini göstərmək olar. Teymur əmi kəndin üç kilometrliyində olan ”Təzirin bulağı” adlanan bulağın suyunu öz şəxsi hesabına dəmir boru vasitəsilə kəndə çəkiərək iki yerdə su kranları qoymuşdur.

Öz xeyirxahlığı ilə kənd arasında böyük nüfuza malik olan Qələndərov Murtuza Bayram oğlu 1901-ci ildə Qarıqışlaq camaatının təhsilə marağını nəzərə alıb, öz hesabına məktəb binası tikdirərək camaatın istifadəsinə vermişdir.

Qarıqışlaq kəndi ərazisində üç yerdə qəbristanlıq var idi.Onlardan ikisi qədimdən qalan qəbristanlıq idi. Orada daşdan qoç heykəlləri, üzərində müəyyən yazılar olan daş kitabələr olan qəbirlər var ıdı. Üçüncü qəbristanlıq 1910-cu ildən 1992-ci ilədək vəfat edənlər ücün idi.

Kəndin ərazisi tarix və mədəniyyət abidələi ilə zəngindir. Belə ki, kəndin şimal-qərb hissəsində XVII-XVIII əsrlərə aid bir neçə memarlıq abidəsinin qalıqları hələ də öz tədqiqatçılarını gözləyir. Təbiətin şıltaqlağına dözüş gətirə bilməyən bu abidələr yerli pud daşlar və əhəng materialları ilə tikilmişdir.

Qarıqışlaqdan bir kilometr şimal-şərq istiqamətində, hündür əzəmətli qayaların əhatəsində meşənin içərisində Qafqaz Albaniyası dövrünə məxsus ölçüsü 5,80x2,50 metr olan hündürlüyü 4,4 metr olan, içəri tərəfdən genişlənən iki pəncərəsi və bir giriş qapısı olan birnefli sovmə mövcuddur. Abidəni əhatə edən bu qayaların içərisində hələlik tarixi bizə dəqiq məlum olmayan antik dövrlərə aid bir neçə mağara öz möhtəşəmliyini indiyə qədər qoruyub saxlayır. Bu qayanın ən ucasını kənd əhalisi «Çinar qaya» adlandırırdı.

Bu kəndin iki məscidi (biri Qaragöl yaylağındadır) məscid binası və digər inanc yerləri 1905-1918-ci illər silahlı erməni basqınları zamanı ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Sovetlər dönəmində isə məscidlərin bərpasına icazə verilməmişdi. Bu kənddə su dəyirmanı və xeyli sayda bədii daş nümunələri mövcuddur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qarıqışlaq kəndi, Bozlu kəndindən Həkəri çayının Minkənd qolunun axarı istiqamətində 6 km aralıda dəniz səviyyəsindən 1220-1290 metr yüksəklikdə, Həkəri çayının Minkənd qolunun gözəl çay vadisində ağaclar arasında yerləşir.

Qarıqışlaq kəndinin əhalisi Gəloxçu soyunun nümayəndələridir milliyətcə Azərbaycan Türkləridir .

Şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Akif Səlimov - Laçın Rayon İcra Hakimiyyətinin başçısı (2013-2016)
  2. Telman Səfərov - İqtisadçı, şair,

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Qarıqışlaq kəndinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət olub. Kənddə bir qayda olaraq qış aylarında mövsümü həftə bazarları olurdu. Yəni həftə bazarı qış aylarında Minkənddən Qarıqışlağa köçürdü.Yaxın kəndlərin əhalisi özləri istehsal etdikləri malları burada bazara çıxarıb biri-biri ilə alış veriş edirdilər. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri qara damlardan və sonralar müasirləşən müasir tipli eyvanlı kənd evlərindən ibarət idi.

  1. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh. 40
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. Qarıqışlaq // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.