Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qayot
Qayot-(rus. гайоты, ing. guyots)amerikalı coğrafi və geoloq A. Qüyotun (1807-1884) şərəfinə adlandırılmışdır. Ətraf sahələrdən təcrid olunmuş hamar zirvəli sualtı vulkanik dağlar. Belə hesab edirlər ki, zirvənin hamarlanması qədim abraziya və yaxud subaeral denudasiya nəticəsində baş vermişdir. Sakit okeanda müşahidə olunur. Q. zirvəsi 200 m-dən 2000 m-ə qədər dərinlikdə yerləşir.
Qal Qadot
Qal Qadot Varsano (ing. Gal Gadot Varsano; ivr. ‏גל גדות‏‎; 30 aprel 1985, Petah-Tikva, İsrail) — İsrailli aktrisa, istehsalçı və maneken. 30 aprel 1985-ci ildə Petax-Tıkvada anadan olmuşdur. 18 yaşında Miss Israel yarışmasında qələbə qazanmışdır. 2 il müddətində İsrail Silahlı Qüvvələrində məcburi hərbi xidmət keçmişdir. Forsaj film seriyasında canlandırdığı Qisili Yaşar və DC Comics filmlərində canlandırdığı Ecazkar Qadın rolları ilə tanınır. 2004-cü ildə Miss Israel (İsrail Gözəli) seçilərək həmin il Miss Universe-də (Kainat Gözəllik Yarışması) İsraili təmsil etmişdir. Ardınca iki il İsrail Silahlı Qüvvələrində savaş müəllimi olaraq əsgərlik etdi. Modellik və aktrisalıq karyerasına başlamadan əvvəl IDC Herzliya-da universitet təhsilinə başladı.
Aravot
Aravot (erm. «Առավոտ», "Səhər") — İrəvan şəhərində dərc edilən Ermənistan gündəlik qəzeti. 1994-cü ildə təsis edilmişdir. Ermənistanın əsas media orqanlarından biri olan "Aravot" liberal bir qəzet kimi qələmə verilmişdir. Baş redaktoru Aram Abrahamyandır.Qəzetin ingilis və rus dillərində olan "aravot.am" internet xəbər portalı mövcuddur.
Davos
Davos (alm. ‎ fr. Davos, it. Davos) — İsveçrənin şərqində, Landvasser çayı üzərində Qraubünden kantonunda şəhər. Dünya İqtisadi Forumu hər il Davos şəhərində keçirilir. == Tarix == Şəhərin tarixi XIX əsrdə həkimlər Alp vadisinin mikroiqlimini ağciyər xəstəlikləri olan xəstələr üçün faydalı hesab etmələri ilə başladı. Burada müalicə alan Robert Luis Stevenson Davosda məşhur Dəfinələr adası romanını yazdı. Şəhər, eyni zamanda Alman yazıçısı Tomas Mannın "Sehirli dağ" romanının səhnəsidir. 1929-cu ilin mart ayında Davosda Ernst Kassirer və Martin Haydeqqer arasında məşhur fəlsəfi mübahisə baş verdi.
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. == Xarici keçidlər == Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. == Tarix == === Müstəmləkə dövrü === Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. == Tarixçə == Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. == Quruluşu == Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Qacet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. == Xüsusiyyətləri == Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Qalat
Qalat (Qəzvin)
Qaloş
Qaloş — palçıqlı vaxtlarda kənd yerlərində geyinilən ayaqqabı növüdür. == Qaloş sözü necə yaranmışdır? == Bu söz dilimizə rus dili vasitəsilə gəlmişdir. Alimlər belə hesab edirlər ki, qaloş sözü alman dilindən fransız dilinə, oradan da rus dilinə keçmişdir. Sözün əsli hansı dildəndir? Belə göstərilir ki, yunan dilindəki "ağac başmaq" sözü "ağac" sözündən yaranmış və calopedia formasında orta latın dilinə keçmişdir. Fransızlar onu galoche kimi işlətmişlər. Deməli, qədim yunan dilindən gələn bu söz qədim Kelt tayfalarında (Fransada) solea qalica ("qalların səndəlisi"), latın dilində gallica ("yağışa qarşı ayaqqabı"), fransız dilində galoche kimi formalaşdığından sonra XIX əsrin əvvəllərində rus dilinə qaloş kimi keçmiş və Azərbaycan dilinə də həmin formada yol tapmışdır.
Qamet
Qametlər (qədim yunan dilindən ετήαμετή - "evlənmək" ) — cinsi olaraq çoxalan orqanizmlərdə mayalanma zamanı başqa bir haploid hüceyrə ilə birləşən bir haploid hüceyrə. Qametlər, bədənin reproduktiv hüceyrələri də adlandırılan cinsiyyət hüceyrələridir. Morfoloji cəhətdən fərqli iki növ cinsiyyət hüceyrəsi istehsal edən və hər bir fərdin yalnız bir növ istehsal etdiyi növlərdə, qadın yumurta adlanan daha böyük bir cinsiyyət hüceyrəsi istehsal edən hər hansı bir fərddir və kişi daha kiçik bir tip meydana gətirir. Sperma və ya sperma hüceyrələri hüceyrənin hərəkət etməsinə imkan verən quyruq şəklində bir quruluş olan flaqellum sayəsində kiçik və hərəkətlidir. Buna qarşı hər yumurta və ya yumurta hüceyrəsi nisbətən böyük və hərəkətsizdir. Qısacası, bir hüceyrə bir yumurta (qadın hüceyrəsi) və ya sperma hüceyrəsidir (kişi hüceyrəsi). Heyvanlarda yumurta dişilərin yumurtalıqlarında, kişilərin testislərində isə sperma yetişir. Mayalanma zamanı zamanı sperma və yumurta birləşərək yeni bir diploid orqanizm əmələ gətirir . Qametlər bir fərdin genetik məlumatlarının yarısını, hər növün bir dənə ağırlığını daşıyır və cücərmə hüceyrəsinin iki bölünməyə məruz qaldığı və dörd hüceyrənin əmələ gəlməsi ilə nəticələnən meyoz yolu ilə yaranır . Biologiyada istehsal olunan qamet növü cinslərini təyin edir.
Qanit
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Qatos
Katos — Azərbaycan Respublikasının Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir. == Mədəniyyəti == 1969-1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur. Katos, Şeylanlı və Ağbulaq kənd camaatı arasında savadsızlığın ləğv edilməsi, onların təhsil almasında və maariflənməsində İsmixan Abdullayevlə yanaşı onun övladları Mustafa və Məhyəddin Mustafayevlərin xidmətləri əvəzsiz olmuşdur.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. == Quruluşu == Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. == Azərbaycan musiqisində qaval == Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Qaven
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Qazon
Qazon — bağ, park və xiyabanlarda dekorativ və s. məqsədlə ot əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və Mavritaniya növləri var. Parter qazonu çiçəklik, dekorotiv ağaclıq,guller hs code 0602905000 həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park qazonu park, bağça, bulvar və b. yerlərdə salınır. == Qazona qulluq == === Əkin === Erkən payız, yaz və yazın əvvəli torpaq daha isti və hava daha sərin olduqda əkin, çəmənlik üçün əsas mövsümdür. Əkindən dərhal əvvəl havalandırma köklərin daha dərin böyüməsinə və daha sıx çəmənliyə kömək edə bilər.Çəmənlik demək olar ki, ani çəmənlik verir və ilin istənilən vaxtında əksər mülayim bölgələrdə edilə bilər, lakin daha bahalı və quraqlığa daha həssasdır.
Adi qaraot
Adi qaraqınıq (lat. Origanum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dalamzkimilər fəsiləsinin Qaraot cinsindən olan çoxillik ot bitkisidir. Bitki tam olaraq qısa tüklüdür, kökü sürünəndir. Gövdəsi 30-60 sm hündürlükdə, dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, qısa saplaqlı, uzunsov, yumurtavaridir. Xırda, çəhrayitəhər çiçəkləri gövdəsinin və budaqlarının uclarında sıx salxım şəklində formalaşmışdır. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Otun iyi ətirli, dadı acı ədviyyəli, azacıq büzüşdürücüdür. İyun-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir.
Andre Qanon
Balneario Qayvota
Balneario Qayvota (port. Balneário Gaivota) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 6671 nəfərdir. Ərazisi 147,710 кm²-dir. Əhalinin sıxlığı 45,2 nəfər/кm²-dir. Bələdiyyə 29 dekabr 1995-ci ildə yaradılmışdır.
Deneş Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Dennis Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Mayot
Mayotta (fr. Mayotte, komor Maore) — dənizaşırı region (fr. d'outre-mer) və eyni zamanda Fransanın dənizaşırı departamenti (département d’outre-mer, və ya DOM) (31 mart 2011-ci ildən). 1976-cı ildən bəri region Fransa ilə Komor arasında mübahisəli bir ərazidir, konstitusiyasına görə Mayotta muxtar ada statusuna malikdir. BMT Baş Assambleyası Komor Birliyinin Mayot adasına (Maore) hüquqlarını tanıyırRegion Mozambik boğazında, Hind okeanının qərbində, Mozambik ilə şimali Madaqaskar arasında yerləşir. Əsas ada, Mayotta (Maore) , Pamandzi adası və bir neçə digər kiçik adalardan ibarətdir. Coğrafi olaraq Komorlara aiddir. Regionun sahəsi — 376 km², əhalisi — 246.489 nəfər (2016), sıxlığı — 657 nəfər / km², adambaşına düşən ÜDM €9100 (2015). == Coğrafiya == Əsas ada Komorosdakı geoloji cəhətdən ən qədim olan Mayotte (Maore) , uzunluğu 39 km, eni 22 km, ən yüksək nöqtəsi Benara dağıdır (fr. Mont Bénara, 660 m).
Dov Qazit
Dov Qazit (tam adı: Dov Qazit, ivr. ‏דב גזית‏‎; 17 iyun 1908, Bakı – 1986) — Hayfa şəhərindəki İsrail Hərbi Hava Qüvvələri Texniki Məktəbinin baş komandiri. Afrikada xidmət edərkən aslan balasına sahib çıxmışdır. Həmin aslan Aharon Şulovun Qüds Bibliya Zooparkında saxlanılan ilk aslan olub. == Həyatı == Dov Qazitin əsl adı Boris Ruvinoviç/Romanoviç Qrobşteyndir. Solomon Qrobşteynin qardaşı, Bakıda neft sahəsində mühəndis olan Ruvin/Roman Qrobşteynin oğludur. Ailədə üç qardaşdan biridir. 8 yaşında olarkən atası erməni-müsəlman davasında qətlə yetirilmişdir. 18 yaşında Boris Sankt-Peterburq Dövlət Texnoloji Universitetinə təhsil almağa getmiş və burada sionist tələbə qrupuna qoşulmuşdur. SSRİ Xalq Daxili İşlər Komissarlığı sionist qrupun aksiyasını dağıtmış və Boris də daxil olmaqla, qrupun bütün üzvlərini həbs etmişdi.
Kabot boğazı
Kabot boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adası ilə Nyufaundlend adası arasında yerləşir. Uzunluğu 110 km, eni 9,1–18 km, dərinliyi 3660 m təşkil edir. Boğazın adı italiyalı dənizçi Con Kabotun şərəfinə adlandırılmışdır. Hər iki sahilində iri şəhərlər vardır: Sanel-Port-o-Bask və Sidney.
GAMOH
GAMOH və ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı — İran azərbaycanlıları tərəfindən formalaşdırılmış millətçi təşkilat. hərəkatın əsas məqsədi İran azərbaycanlıları üçün öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi və "Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların birləşməsidir". Çöhrəqanlı 2020-ci ildə verdiyi müsahibədə hərəkatın 1995-ci ildə yaradıldığını bildirmişdir. == Yaradılması == Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir. Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.Çöhrəqanlı sonradan 600 min səs almasına rəğmən, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.2002-ci ildə CAMAH-da təşkilat daxili parçalanma baş vermiş və buna əsasın səsçoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır.
GATÖL
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.