1. Boy, boy-buxun, qədd.
Der idim qamətinə sərv, vəli özgə imiş.
Qamətin tək heç bir qamət biçilməz.
Sərvi xar etdi, əcəb, bu qamətirənayə bax. Heyran xanım. Fəda o qamətinə kim, qəza nə xoş çəkmiş.
2. Bel.
Bir əllə də qılınc vurmaq mənim köhnə adətimdir! Buna şahid qocalsam da, bükülməyən qamətimdir!
□ Qaməti bükülmək (əyilmək) – beli əyilmək (bəzən qocalmaq mənasında).
Dərd yükünün ağırlığı altında əyilməyə başlayan qamətini, ayaqları ağır-ağır qapıya sarı çəkdi.