Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazıxanlı
Qazıxanlı — Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Qazıxanlı - Kəlbəcər rayonunda dağətəyi ərazidədir. Bu yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonu ərazisində mövcud olmuş Qazıxanlı kəndindən köçmüş əhali salmışdır. Laçın rayonunun Zerti kəndi yaxınlığında Qazıxanlı yeri adlı köhnə kənd yeri də mövcuddur. Qazıxanlı nəsil adıdır. Qızılbaş tayfalarından sayılan təkəli tayfasının əmirlərindən biri Çərkəs Həsənin oğlu Qazı xan olmuşdur. Atası Urmi (Urmiya) hakimi idi və Div Sultanın əmri ilə öldürülmüşdü. Qazı xan Hüseyn xandan sonra Herat hakimi və Bəhram Mirzənin lələsi oldu, sonralar Ruma getdi. Sultan Süleyman İraq hakimiyyətini ona əta etdi və 947-ci ildə (8.I. 1540 - 26.
Qazxan
Qazxan — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çərçiboğan kəndindən cənubda arxeoloji abidə. == Tarixi == Yaşayış yerinin ərazisi su kanalı ilə iki hissəyə bölünmüşdür. Yaşayış yeri düzənlikdə yerləşdirildiyindən sahəsi əkin yerinə çevrilmişdir. Mədəni təbəqənin dağılması nəticəsində keramika məmulatı yer səthinə dağılmışdır. Yerüstü materialların əksəriyyəti inkişaf etmiş və Son Orta əsrlər dövrünə aiddir. Onlar çəhrayı rəngdə bişirilmiş şirsiz, bəzən şirli qabların parçalarından ibarətdir. Lakin yaşayış yerinin yaxınlığında qədim nekropolun aşkar olunması bu ərazinin Son Tunc və Erkən Dəmir dövründən başlayaraq məskunlaş- dırıldığını təsdiq edir. Yaşayış yerini (e.ə. 2-1)-ci minilliklərə aid etmək olar.
Məmmədbağır Qazızadə
Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə (? – 27 iyun 1910) — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq. == Həyatı == Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə İrəvan şəhərində anadan olmuşdu.İbtidai təhsilini əvvəlcə atası Hacı Molla Mehdi Qazızadədən, sonra dini mədrəsədə almışdı. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi. Molla Məhəmmədbağır Qazızadə ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdı. Molla Məhəmmədbağır Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı. Molla Məhəmmədbağır Qazızadə uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu. O, din alimlərinin böyüklərindən olub fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləri, ədəbiyyat və şeirdə dərin biliyə və məharətə sahib idi.
Qazxan nekropolu
Qazxan nekropolu — Şərur rayonunun Çərçiboğan kəndindən cənubda, eyniadlı yaşayış yerinin yaxınlığında arxeoloji abidə. Nekropolun ərazisi xalq arasında Kasxan da adlandırılır. Nekropol təsərrüfat işləri görülərkən təsadüfən dağıdılmışdır. Dağıdılmış qəbirlərdən boz rəngdə, orta dərəcədə bişirilmiş gil qablar aşkar olunmuşdur. Küpə tipli qablardan birinin Xocalı-Gədəbəy mədəniyyəti keramikası üçün xarakterik olan göbələkşəkilli çıxıntısı vardır. Digər küpənin üzəri ağ inkrustasiyalı həndəsi ornamentlə naxışlanmışdır. Aşkar olunan keramika məmulatı Naxçıvan üçün xarakterik olub, Son Tunc və Erkən Dəmir dövrünə aiddir. Nekropoldakı qəbirlər tamamilə dağıldığından onların tiplərini müəyyən etmək mümkün olmamışdır. Arxeoloji materiallara əsasən Qazxan nekropolunu e.ə. 2-1 minilliklərə aid etmək olar..
Molla Abdulla Qazızadə
Molla Abdulla Molla Xəlil oğlu Qazızadə (1854-?) — İrəvan quberniya ruhani məclisinin rəisi, qazı. == Həyatı == Abdulla Xəlil qazı oğlu 1854-cü ildə İrəvan şəhərində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Xəlil qazı Qazızadədən almışdı. Bir müddət mədrəsədə oxumuşdu. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi. Molla Abdulla Qazızadə Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı. Molla Abdulla Qazızadə uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu. Molla Abdulla Qazızadə 1910-cu ildən ruhani məclisinin sərdi olmuşdu.
Molla Məhəmmədbağır Qazızadə
Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə (? – 27 iyun 1910) — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq. == Həyatı == Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə İrəvan şəhərində anadan olmuşdu.İbtidai təhsilini əvvəlcə atası Hacı Molla Mehdi Qazızadədən, sonra dini mədrəsədə almışdı. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi. Molla Məhəmmədbağır Qazızadə ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdı. Molla Məhəmmədbağır Qazızadə Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı. Molla Məhəmmədbağır Qazızadə uzun müddət İrəvan quberniya ruhani məclisinin üzvü olmuşdu. O, din alimlərinin böyüklərindən olub fiqh, üsul, hədis, rical, nücum, riyaziyyat, ilahiyyat elmləri, ədəbiyyat və şeirdə dərin biliyə və məharətə sahib idi.
Qazızadə Mehmed Tahir Əfəndi
Qazızadə Mehmed Tahir Əfəndi (1747, Tokat – 1838, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1747-ci ildə Tokatda dünyaya gəlmişdir. Atası Qazı Ömər Əfəndidir. İlk təhsilini atasından aldıqdan sonra İstanbula gəlmiş, burada dövrün önəmli alimlərindən dərslər almışdır. 1782-ci ildə müdərrislik dərəcəsi alaraq bir çox mədrəsələrdə fəaliyyət göstərdi. Ardından Anadolu və Rumelinin bir çox əyalətində qazı olaraq xidmət göstərdi. Rumeli başqazısı Osmanpaşazadə İzzət bəyin xidmətində qaldı və bu müddət ərzində Yenişəhər qazısı kimi fəaliyyət göstərdi. Bir müddət dövlət vəzifəsindən uzaq qalsa da, çox keçmədən Məkkə qazısı, 1818-ci ildə isə İstanbul qazısı olaraq təyin edildi. 1824-cü ildə Anadolu başqazılığı, 26 noyabr 1825-ci ildə isə şeyxülislamlığa yüksəldi. Bu vəzifəyə yüksəlməyində Sultan Mahmudun yeniçəri ocağını ləğv etmə planlarının mühüm rolu vardı.
Qazızadə Əhməd Şəmsəddin Əfəndi
Qazızadə Əhməd Şəmsəddin Əfəndi (1512 – 25 may 1580, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1512-ci ildə dünyaya gəlmişdir. Atası Sultan Süleyman Qanuni dövrünün Ədirnə qazılarından Bədrəddin Mahmuddur. Bu səbəblə tarixi mənbələrdə Qazızadə olaraq anılır. İlk təhsilini aldıqdan sonra Ədirnədəki darülhədis müdərrisi Qılınczadə İshaq Çələbidən dərslər aldı. Daha sonra Üçşərəfəli müdərrisi Çivizadə Muhiddin Əfəndinin xidmətinə girdi. Ardından Sahn-ı səman mədrəsəsinin müdərrislərindən Əbusuud Əfəndinin və Sadullah Sədi Əfəndinin dərslərinə qatıldı. Nəhayət, Əbdülqədir Çələbinin tələbəsi ikən mədrəsə təhsilini tamamladı. 25 axca maaşla Bursa Fərhadiyyə mədrəsəsinə, ardından 30 axca maaşla Əhməd Paşa mədrəsəsinə müdərris oldu. 1543-cü ildə Bursa Kaplıca mədrəsəsinə, 1550-ci ildə Sahn-ı səman mədrəsəsinə təyin edildi.
Taziyanə
Taziyanə — klassik poeziyada satirik şeir şəkillərindən biri. Taziyanə əsasən 4-6 misradan ibarət olur. Onlarda cəmiyyətdəki və əxlaq tərzindəki hər hansı qüsur çox müxtəsər və kəskin şəkildə ifşa olunur.Azərbaycan poeziyasında taziyanələrin klassik nümunələrini Mirzə Ələkbər Sabir yaratmışdır: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.