Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Satışa qoşulmaq hüququ
Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir. ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.