QOŞULMAQ

f.
1.Qoşmaq”dan məch. Atlar arabaya qoşulmuşdur. Fayton qoşulmuşdur. Vaqonlar parovoza qoşuldu.
2. t-siz. Birləşmək, qarışmaq, daxil olmaq, bir işin iştirakçısı olmaq.
Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn.
Payızda [Şamama] da anasına qoşulub pambıq yığırdı. İ.Əfəndiyev.

// Şərik olmaq, razı olmaq, qəbul etmək.
Yoldaş sədr, cavanlar deyənə mən də qoşulub qol qoya bilərəmmi? Mir Cəlal.

3. t-siz. Yoldaş olmaq, birləşmək, əlaqə saxlamaq. [Məsmə:] Xəstəxanaya getməyə ürəyim gəlmirdi.
Nəhayət, bir gün tanış bir qadına qoşulub oraya getdim. S.Hüseyn.

4. Məşğul olmağa başlamaq, pis iş dalınca getmək.
[Naçalnik:] Sən mənim məsləhətimi eşitməyib, yenə yaman işə qoşuldun. M.F.Axundzadə.

5. t-siz. Qarışmaq, müdaxilə etmək.
[Məşədi Qurban:] Sənlik nə var ki, bu işə qoşulursan? Sən nəçisən? M.F.Axundzadə.
O, heç özünün də xəbəri olmadan söhbətə qoşulmuşdu. Ə.Əbülhəsən.

◊ Qoşulub qaçmaq (getmək) – köhnə məişətdə: ata-anasının razılığı və xəbəri olmadan, qızın sevdiyi oğlanın evinə getməsi. [Sona xanım:] Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm.
Qoşulub qaçan … bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. M.F.Axundzadə.
Gülpərinin könlü əmisi oğlunda idi.
Ona görə ona qoşulub qaçmaq istəyirdi. S.S.Axundov.
[Məhərrəm:] Mən sənin yerinə olsam, Cahangir, əhvalatı düz Rüstəm bəyin özünə deyərəm və qandıraram ki, qızın Rəşid bəyi doğrayan Heydər bəyin oğluna qoşulub qaçmaq istəyir, onda bəlkə… N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOŞULMAQ 1. QOŞULMAQ, BİRLƏŞMƏK, QARIŞMAQ 2. QOŞULMAQ, QARIŞMAQ, MÜDAXİLƏ ETMƏK 3. QOŞULMAQ, YOLDAŞ OLMAQ 4. qoşulmaq bax başlamaq
  • QOŞULMAQ bağlanmaq — birləşmək
  • QOŞULMAQ razılaşmaq — şərikləşmək
  • QOŞULMAQ qarışmaq

Antonimlər (əks mənalı sözlər)

  • QOŞULMAQ QOŞULMAQ – AYRILMAQ Mən də “Qardaşlar” birliyinə qoşuldum (Ə.Məmmədxanlı); Gülnaz bir neçə addım anasından ayrılıb, özünü qabaqda gedən üç nəfərə çatd
QOŞULMA
QOŞUN
OBASTAN VİKİ
Satışa qoşulmaq hüququ
Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir. ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər.

Digər lüğətlərdə

вихля́ющий дати́в легкове́рность надба́вочный шампа́нское шо́пинг штанги́ст ба́бский возлагать наде́жды изрека́ть ли́стик навалоотбо́йка остане́ц остроу́мие откла́дыванье отко́с ростовщи́к са́мка astonishment enthusiast hip swing up unbonnet кривотолки ломить шпиль