Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Topulqa
Topulqa (lat. Spiraea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Dazıyarpaq topulqa
Dazıyarpaq topulqa (lat. Spiraea hypericifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın Avropa hissəsində, Qərbi və Şərqi Sibirin cənubunda, Qafqaz, Türkiyə, Çin, Monqolustanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-1,5 m olan, düz dayanan, əyilmiş budaqlı, uzunömürlü koldur. Yumurtavari və ya lansetvari yarpaqları çox xırda, uzunluğu 3,5 sm-dək, eni 1,5 sm-dəkdir. Yarpaqların rənginin üstü boz-yaşıl, alt tərəfi açıq və ya göyümtül-yaşıldır. Mayın axırlarından təxminən 2 həftə diametri 5-7 sm, kiçik çiçək saplaqlarında 4-10 ağ çiçəkdən ibarət çətir çiçək qrupları olur. Ucunda 2-dən 5 dişiciyədək vardır. Meyvələri iyulda yetişir. 4 yaşından çiçəkləyir.
Dişli topulqa
Dişli topulqa (lat. Spiraea crenata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Rusiyada, Qafqazda, Şimali, Mərkəzi Asiyada yayılmışdır. == Botaniki təsviri == 1 m-ə qədər hündürlükdə, cavankən şabalıdı-boz, sonralar isə boz rəngli, tüklənmiş, nazik tilli zoğları olan koldur. Yarpaqlar uzunsov, tərs və ya pazşəkilli olub, 1,5-3,5 sm uzunluğunda, 0,3-1,5 sm enindədir. Tamkənarlı, ortadan, bəzən isə qaidə hissəsindən kənarı dalğavarı və ya xırda dişli, çox zaman yalnız təpəsi dişlidir. Çiçəkləyən zoğlarda yarpaqlar xırda olub, 1-2 sm uzunluğunda və 0,3-0,6 sm enindədir, tamkənarlıdır, saplağı 1,7 mm uzunluqdadır. Çiçək qrupu 10-12 çiçəkli, qalxanvaridir. Ləçəkləri ağ, meyvə yarpağı 2-3 mm uzunluqda olub, tükcüklə örtülü, bəzən isə çılpaqdır. Arel-may aylarında çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.
Məryəmnoxudyarpaq topulqa
Simsiz qoşulma
Simsiz şəbəkə (azərb. wireless network‎) — şəbəkə qovşaqları arasında simsiz məlumat bağlantılarından istifadə edən kompüter şəbəkəsi. Simsiz şəbəkə evlərə, telekommunikasiya şəbəkələrinə və biznes qurğularına kabellərin binaya daxil edilməsi kimi bahalı proseslərdən yayınmağa imkan verir. Bu, həmçinin müxtəlif avadanlıq yerləri arasında əlaqə kimi xidmət edir. Admin telekommunikasiya şəbəkələri ümumiyyətlə radio rabitəsindən istifadə etməklə həyata keçirilir və idarə olunur. Bu icra OSI model şəbəkə strukturunun fiziki səviyyəsində (qatında) baş verir. == Simsiz kommunikasiyanın tarixi inkişafı == Bu inkişaf çox uzun mərhələləridir. Bir neçə əsas kəşfləri sadalayaq: 1807 – Fransız riyaziyyatçısı J. B. J. Furye Furye teoremini yaratdı 1847 – Alman psixoloqu və fiziki Hermann Ludwig Ferdinand von Helmholtz elektrik rəqsi ideasını irəli sürdü. 1857 – Feddersen 1847-ci ildə Helmholtz-un irəli sürdüyü dövrənin elektrik rezonansı tezliyini ekperimental olaraq təsdiqlədi 1864 – Şotlandiyalı riyaziyyatçı və fizik Maksvel İşığın nəzəriyyəsi və elektromaqnit sahəsinin ümumi tənliklərini inkişaf etdirmişdi. O bu haqda 20 tənlik yaratmışdı.
Söyüdyarpaq topulqa
Söyüdyarpaq topulqa (lat. Spiraea salicifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Sibir, Uzaq Şərq, Çin, Koreya, Yaponiya, Şimali Amerikanın qərbində yabanı halda bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək, düz dayanan, hamar və ya çıxıntılı-zolaqlı, qırmızımtıl-qonur-sarı zoğlu koldur. Yarpaqları uzunsov-lansetvari, uzunluğu 10 sm-dək, ucu biz təxminən bünövrəyədək iti dişli, çılpaq və ya tükcüklü, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Çəhrayı və ya ağ çiçəkləri qısa, sarımtıl tükcüklü çiçək saplaqlarında uzunluğu 20 sm-dək olan silindirik və ya piramidal süpürgələrə yığılmışdır. == Ekologiyası == Çayların, göllərin ətrafında, bataqlıqlarda bitir. İşıqsevəndir. Şaxtaya davamlıdır, torpağa tələbkardır, nəmişli torpaqlarda yaxşı inkişaf edir. == Azərbaycanda yayılması == Mədəni şəraitdə bir çox park və bağlarda becərilir.
Yasəmənçiçək topulqa
Yasəmənçiçək topulqa (lat. Spiraea × syringiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın meşə və yarımsəhra zonasının şimal sərhəddində bitir. == Botaniki təsviri == Hündürlüyü 1,2 m-dək, sıx budaqlı, lansetvari yarpaqlı, enli, piramidal süpürgələrdə bənövşəyi-qırmızı, xırda çiçəkləri olan koldur. İyuldan şaxtalar düşəndən çiçəkləyir. Meyvələri oktyabrda yetişir. == Ekologiyası == Qışa davamlılığı ortadır. == Azərbaycanda yayılması == Azərbaycanda bir çox rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir. == İstifadəsi == Canlı hasarlarda və bordürlərdə xüsusilə effektlidir.
İtidişli topulqa
İtidişli topulqa (lat. Spiraea × arguta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ərazilərdə yayılmlşdır. == Botaniki təsviri == Hündürlüyü 2 metr olan enli, dağınıq çətirli koldur, qışda yarpaqlarını tökür. Yarpaqları ensiz, neştərvari, 4 sm uzunluğunda, tünd yaşıldır. Çiçəkləri ağ, çətirvari çiçək qrupundan toplaşır, diametri 1 sm-ə qədərdir və kütləvi çiçəkləmə dövründə kolu örtür. May ayında çiçəkləyir. == Ekologiyası == Şəhər şəraitinə dözümlüdür. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir. Bakı Mərkəzi Nəbatət bağına, Mərdəkan dendroloji bağına introduksiya edilmişdir.
Məryəmnoxuduyarpaq topulqa
Məryəmnoxuduyarpaq topulqa (lat. Spiraea chamaedryfolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Qərbi Sibirdə, Qazaxıstanda, Mərkəzi Avropada yayılmşdır. == Botaniki təsviri == Möhkəm, yumru çətirinin buğumlu zoğları olan, hündürülüyü 1,5-2 m-dək çatan koldur. Yarpaqları enli-uzunsov-yumurtavari, ucu biz, bünövrəsi yumru və ya dar, kənarı mərkəzinədək bütöv, ayanın ucunda cüt dişlidir. Uzunluğu 3,5 sm-dən 4,5 sm-dəkdir. Yarpaqların üst tərəfi parlaq yaşıl rəngli, alt tərəfi göyümtüldür. Mayda-iyunda çiçəkləyir, iyulda-avqustda meyvə verir. Ağ çiçəkləri 6-20 ədəd çiçəkli qalxanvari çiçək qruplarına yığılmışdır. Çiçək saplaqları çılpaqdır.
Orta topulqa
Orta topulqa (lat. Spiraea media) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın şimal-şərq hissəsi, Sibrin cənubu, Uzaq Şərq və Orta Asiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 2 m, diametri 1,2 m, yumru, möhkəm çətirli, uzunsov-ellipsvari, parlaq yaşıl, uzunluğu 5 sm-dək olan yarpaqlı, çoxbudaqlı koldur. Yarpaq ayası yuxarı hissədə 2-4 iri dişlidir. Zoğları yumru, qonurtəhər, pulcuqlu qabıqlıdır. Çiçəkləri ağ, qalxanvari çiçək quruplarında yerləşir. Mayda 15-20 gün ərzində çiçəkləyir. 4 yaşından çiçəkləyir və meyvə verir. Meyvələri avqustda yetişir.
Oyulqe adası
Oyulqe — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Ovalvari formaya malik olan ada, şimal-qərbədən cənub-şərqə doğru uzanır. Səthi hamardır. Bataqlıqlaşmış və qumla örtülü sahələrdən ibarətdir. Şimal-qərbində yerləşən dillər su altında qalmışdır. Cənub-qərb sahilləri sıldırımlıdır.
Naqilsiz Qoşulma Protokolu
Simsiz tətbiqi proqram protokolu və ya Naqilsiz Qoşulma Protokolu - (ing. Wireless Application Protocol — abbr. WAP) — mobil telefonları, peycerləri və başqa daşınan qurğuları e-poçt və mətn əsaslı veb-səhifələrə təhlükəsiz giriş ilə təmin etmək üçün standart. == Tarixi == 1995-ci ildə Unwired Planet şirkəti (sonra Phone.com və ən sonda Openware adlandı) CDMA və s. bu tip əlaqə şəbəkələri üçün HDML (Handheld Device Markup Language) dilinin bazasında yaradılmış bir protokol təklif edir. WAP (Wireless Application Protocol) haqqında ilk söhbətlər mobil bazarın liderlərindən olan Ericsson, Motorola və Nokia şirkətləri və bu problemin əsasını qoyan Unwired Planet şirkəti 1997-ci ildə birləşib WAP Forum yaratmaq qərarına gəldikdən sonra yayılmağa başlayır. 1998-ci ilin yanvarında WAP Forum (www.wapforum.org Arxivləşdirilib 2006-06-10 at the Wayback Machine) təsis edilir. XX əsrin sonunda mobil əlaqə və internet kimi fenomenləri birləşdirmək ideyasını hamı alqışla qarşılayır. Yarım il ərzində bir çox irihəcmli mobil şəbəkə və telefon sahəsində çalışan şirkətlər bu layihənin iştirakçıları oldular. Hal-hazırda 500-dən çox şirkət bu konsorsiuma üzvdür.
Rele mühafizəsi qurğularına qoyulan tələblər
Rele — elektriklə işləyən çevirmə cihazı. Bir çox relelər elektromaqnitdən istifadə etməklə mexaniki olaraq mexanizmi dəyişirlər. Relelər adətən bir çox əməliyyatları cəmi bir siqnalla idarə etmək, eləcə də bir çox əməliyyatları aşağı güclü siqnallar vasitəsilə idarə etmək üçün istifadə olunurlar. İlk relelər uzunməsafəli teleqraf xətlərində bir yerdən gələn siqnalın digər istiqamətə yönəldilməsi üçün təkrar olunması məqsədi ilə istifadə olunurdular. Relelər telefon mübadiləsi və ilk kompüter nəsillərində məntiqi əməliyyatları aparmaq üçün istifadə olunurdular. == Tarixi == 1809-cu ildə Samuel Tomas von Sömmerrinq elektrokimyəvi teleqrafın tərkib hissəsi kimi elektrolit releni layihələndirdi. Amerikan alim Yozef Henrinin və ingilis ixtiraçı Edvard Davinin də relelərin kəşfi istiqamətində fəaliyyətləri olub. İndi rele adlandırdığımız sadə qurğu 1840-cı ildə Samuel Morsenin teleqraf patentinə daxil edilib. "Rele" sözünə texniki ədəbiyyatlarda 1860-cı ildən rast gəlinir. == Rele mühafizəsi == Rele mühafizəsi qurğuları aşağıdakı tələblərə cavab verməlidir: === Selektivlik === Selektivlik dedikdə, rele mühafizəsinin seçicilik qabiliyyəti nəzərdə tutulur.
Göybulaq
Göybulaq (Şəki)
Qovurğa
Qovurğa — Azərbaycan milli mətbəxinə daxil olan yemək növlərindən biri. Günün istənilən vaxtı yeyilir == Tərkibi və hazırlanma qaydası == Tərkibi:Kərə yağı, buğda, çətənə və küncüt. Qızdırılmış saca əvvəlcədən arıtlanaraq təmizlənmiş buğda əlavə edilir. Qovurğalıq buğda təxmini 8–10 dəqiqə ərzində qovrulur. Küncüt və çətənə də eyni minvalla ancaq buğdadan fərqli olaraq az vaxt ərzində qovrulur. Qovrulmuş buğdanı, küncütü, çətənəni bir yerə yığaraq qarışdırılır. Süfrəyə qoz, fındıq, badam ləpəsi ilə birgə təqdim olunur.
Göybulaq (Şəki)
Göybulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Göybulaq Şəki rayonunun Cəfərabad inzibati ərazi vahidində kənd. Sərcəli dağının ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağdan gəlmiş ailələrin Göybulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kənd adını ərazidəki eyniadlı bulaqdan almışdır. Göybulaq adlı bulaqlar Tovuz və Balakən rayonlarında da qeydə alınmışdır. == Əhalisi == Kəndin əhalisi 730 nəfər təşkil edir ki, onun da 349 nəfəri kişi, 381 nəfəri isə qadındır.
Göybulaq bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gyula Andraşi
Gyula Andraşi (alm. Gyula (Julius) Graf Andrássy von Csík-Szent-Király und Kraszna-Horka‎; 8 mart 1823[…] – 18 fevral 1890[…]) — Macar dövlət adamı. Avstriya- Macarıstan İmperiyasının qurulmasında və Avstriya-Alman ittifaqının yaradılmasında böyük pay sahibi olmuşdur. == Həyatı == Hersoq Gyula Andraşi 1823-cü ildə Koşitsedə anadan olmuşdur. Ailəsi dönəmin varlı ailələrindən biri idi. Gənc yaşlarında mülayim islahatçı Stephen Schenyini dəstəkləsə də, sonralar radikal yönümlü Macar islahatçı partiyasına üzv olmuşdur. Partiya başçısı Lajos Kossuz Macarıstanın Avstriya nəzarəti altında olmasına qarşı çıxaraq, millətçi siyasət tərəfdarı idi. == Siyasi fəaliyyəti == Siyasi kariyerasına 1844-cü ildə başlayan Andraşi, 1848-ci ildə isə Macar azadlıq hərəkatının iştirakçısı olmuşdur. 1849-cu ildə Lajos Kossuzu tərəfindən İstanbula göndərilmişdir. Eyni il Avstriyaya qarşı üsyanda bir tabora komandanlıq etdiyinə görə haqqında ölüm hökmü verilir.
Gyula Mesaroş
Dyula Mesaroş (Macarca: Gyula Mészáros; 28 mart 1883 – 25 may 1957, Nyu-York, Nyu-York ştatı) — Macarıstan türkoloqu, etnoqrafı. == Həyatı == D. Mesaroş 28 mart 1883-cü ildə Macarıstanın Sakç şəhərində anadan olmuş, burada ali-ibtidai məktəbi bitirmiş, sonra Budapeştə gələrək ötən əsrin əvvəllərində macar filologiyası ixtisası üzrə universitetdə mükəmməl ali təhsil almışdır. Məlumdur ki, XVI yüzilliyin ortalarında Avstriya-Macarıstan imperiyasının qərb əyalətləri, o cümlədən Kopan bölgəsinin Sakç nahiyəsi də Osmanlı İmperiyasının – Sultan Süleyman Qanuni hakimiyyətinin nəzarəti altında olmuşdur. Orta yüzilliklərdən üzü bəri zəngin türk mədəniyyətinin, etnoqrafiyasının, adət-ənənələrinin Macarıstanda geniş yayılması bu iki xalqı bir-birinə yaxınlaşdırmış və doğmalaşdırmışdır. Gənc Gyula Mesaroşun türk dilinə, ədəbiyyatına və mədəniyyətinə hələ yeniyetməlik illərindən dərin maraq göstərməsi təsadüfi deyildir. Bu sevgi ona ailədən və mühitdən gəlirdi. Beləliklə Mesaroş həyat və elmi yaradıcılıq yolunu qəti şəkildə müəyyənləşdirdi – türkoloq olmaq. O 1904-cü ildə Konstantinopol (indiki İstanbul – A. R) şəhərinə gələrək burada darülfünuna daxil olur, türk dilinin məziyyətlərinə və xalq yaradıcılığının incəliklərinə dərindən yiyələnməyə başlayır. G. Mesaroş təhsil illərində İstanbulda yaşayan, darülfünunda pedaqoji fəaliyyətlə məşğul olan görkəmli türkoloq alimlərlə səmimi ünsiyyət yaradır, türkologiya elminin sirlərinə böyük maraq göstərirdi. 1906-cı ildə o təhsilini bitirərək Budapeştə qayıdanda türk dilini, folklorunu və adət-ənənəsini mükəmməl bilirdi.
Göybulaq-i Pain (Təbriz)
Göybulaq-i Pain (fars. گوي بلاغ پائين‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (20 ailə).