QOVULMA

сущ. от глаг. qovulmaq
QOVUQSUZ
QOVULMAQ
OBASTAN VİKİ
Asiyalıların Uqandadan qovulması
Asiyaların uqandadan qovulması (ing. Expulsion of Asians from Uganda) — Uqanda prezidenti İdi Amin tərəfindən 1972-ci ilin avqust ayında ölkədə yaşayan Asiya kökənli şəxslərin Uqandadan deportasiya edilməsi barədə qərar qəbul etməsindən sonra baş vermiş proses. 1971-1979-cu ildə Uqandanı vahid güc formasında idarə etmiş və Qərb tərəfindən diktator olaraq qəbul olunan İdi Amin ölkə dəyərlərini və iqtisadiyyatını xilas etmək naminə Uqandadan yaşayan bütün asiya kökənli şəxslərə ölkədən çıxmaq üçün 90 gün vaxt vermişdir. Deportasiya kompaniyası əsasən Hindistandan gəlmiş və ölkədə ticarətlə məşğul olan qucaratlılara şamil olunmuşdur. Ümumiyyətlə, sözügedən qərardan sonra 80 minə yaxın şəxsin ölkədən məcburi çıxmaq məcburiyyətində qaldığı təxmin edilir. Uqandada qalmasına icazə verilən əcnəbilərin bir çoxu mövcud qərardan sonra ölkəni könüllü tərk etməyə üstünlük vermişdir. İdi Amin korrupsiya hallarına qarşı mübarizə və xalqın təhlükəsizliyinin qoruması üçün asiyalıların deportasiya olunmasını zəruri hesab etmiş və bu addımı atması ilə Uqandanı əsil sahiblərinə qaytardığını fikirini müdafiə etmişdir. Deportasiyalar nəticəsində ölkədən çıxmaq məcburiyyətində qalan şəxslərin 27.200 nəfəri keçmiş Böyük Britaniya müstəmləklərinə getmək məcburiyyətində qaldılar. 6.000 nəfər Kanada, 4.500 nəfər Hindistan və 2.500 nəfər mühacir Keniyaya sığınmışdır. Ümumilikdə asiyalılara məxsus olan 5.655 şirkət, təsərrüfat sahəsi, ticarət və iaşə obyektləri onlardan müsadirə olunaraq etnik baxımından yerli olaraq qəbul edilmiş vətəndaşlara paylanmışdır.
Buddist rahiblərin Nepaldan qovulması
Buddist rahiblərin Nepaldan qovulması — 1926-cı və 1944-cü illərdə Rana sülaləsi tərəfindən buddist rahiblərin Nepaldan sürgün edilməsi. Bu, Rana hökumətinin XX əsrin əvvəllərində Nepalda theravada buddizminin dirçəlişini yatırtmaq üçün apardığı kampaniyanın bir hissəsi idi. Onlara qarşı irəli sürülən ittihamlar arasında yeni dini təbliğ etmək, hinduların dinini dəyişdirmək, qadınları mürtədliyə təşviq etmək və bununla da ailə həyatına xələl gətirmək, nevar dilində kitablar yazmaq var idi. 1946-cı ildə Şri-Lankanın xoşməramlı missiyası Katmandunu ziyarət etmiş və buddist rahiblər adından şəfaət etmişdir. Nümayəndə heyəti vurğulamışdı ki, Nepal Buddanın doğulduğu yerdir və onun davamçıları onun doğulduğu ölkədə öz inanclarını həyata keçirməkdə azad olmalıdırlar. Daha sonra buddist rahiblərə qoyulan qadağa aradan qaldırılmışdır. Rahiblər Nepala geri qayıtmış və dini təbliğ etməyə davam etmişdilər.

Digər lüğətlərdə