Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qraben sinekliz
Qraben sinekliz-(rus. грабен-синеклиза, ing. graben-syneclise) sinklinal tipli uzunsov platforma strukturu. Böyüklüyünə görə qonşu antiklinal strukturlara nisbətən qırılmalar boyu düşmüş sineklizlə müqayisə edilə bilər. Q.-s. uzunluğu 500–1000 km, eni isə bir neçə 10 km-ə (bəzən 100–150 km) çatır.
Böyük Afrika qrabeni
Böyük Afrika çatı və ya qrabeni adı adını almış bu ərazi Afrika materikinin şərq hissəsində yerləşir. Belə ki, yer səthində şaquli və üfiqi hərəkətlər nəticəsində düşmə və qalxmalar müşahidə edilir. Bu düşmələr yəni qrabenlər, qalxmalar isə horstlar adlanır. Onların uzunluğu yüzlərlə km olub, yer səthinin aralanma zonalarında müşahidə edilir. Dünyanın ən iri sınma zolağı demək olar ki, Afrika materikindədir. Burada bu intensivliklə düşmə və qalxma prosesləri davam edərsə demək olar ki, Afrika materikinin yeganə iri yarımadası olan Somali yarımadası materikdən ayrılacagdır. Təbii ki, bu proses uzun bir vaxt tələb edəcək. Bildiyimiz ki, qrabenlərdə dünyanın ən dərin gölləri yerləşir. Bunlara misal olaraq ele, Afrika materiki daxilində Tanqanika, Nyasa və Rudolf göllərini deyə bilərik. Həmçinin Avrasiya materikindəki, Baykal və Urmiya gölləri də qraben mənşəli göllərdirlər.
Qrabenvari çökəklik
Qrabenvari çökəklik(rus. грабенообразный прогиб, ing. graben-like depression)- uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Qrafen
Qrafen — karbonun çoxatomlu təbəqəsi. Bu material özünün unikal keyfiyyətləri ilə fərqlənir. Qrafen yer kürəsində ən möhkəm material hesab olunur. Bundan başqa o elektrik cərəyanını keçirir və şəffaflığı ilə diqqəti çəkir. Şəffaflıq xüsusiyyətinə görə bir sıra materialların, məsələn, sensor displeylərin yaradılması üçün əvəzsizdir. Belə hesab edilir ki, qrafenin tezliklə elektronika sənayesində geniş tətbiqinə başlanacaq. Rus alimləri Konstantin Novselov və Andrey Qeym qrafen yaradılması üçün apardıqları elmi işlərinə görə 2010-cu ildə Fizika sahəsində Nobel mükafatına layiq görülüblər. == Sintez == Karbonun təbii allotrop modifikasiyası olan qrafitin izole olunmuş təbəqəsi qrafen adlanır. Qrafit qədim zamanlardan məlum olsa da və müxtəlif məqsədlərlə çox geniş istifadə olunsa da, bu mineralı təşkil edən təbəqələri bir-birindən ayırmaq yalnız son illərdə mümkün olmuşdur. İlk dəfə 2004-cü ildə K. S. Novoselov və A. K. Geim mexaniki üsulla qrafen təbəqəsini qrafitdən ayırmağa müvəffəq olmuş və onun elektrik və optiki xassələrini tədqiq etmişlər.
Qreben adası
Qreben adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 30 km cənubda yerləşir. Daxil olduğu qrupun şimalında yerləşir. 1,1 km aralıda isə Ploskiy adası yerləşir. == Təsviri == Daxil olduğu qrupun ən şimal adasıdır. Cənub-qərbdən şimal-şərqə uzanır. Adanın uzunluğu 2,2 km, eni isə 1,1 km təşkil edir. Sahillərində dərinlik 5–6 m arasında dəyişir. Hazırda axipelaqın ən hündür nöqtəsi adada yerləşir(39 m).
Qreben təpəsi
Qreben təpəsi (bolq. хълм Гребен, ‘Halm Greben’ \'h&lm 'gre-ben\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-qərbdə yerləşən, 924 m hündürlüklü təpədir. Təpə Srednoqori yüksəkliyinə daxildir və Malorad buzlağından şimalda yerləşmişdir..Təpə qərbi Bolqarıstanda yerləşən Qreben dağının adını daşıyır. == Yerləşməsi == Qreben təpəsi 63°36′19″ c. e. 58°46′11″ q. u. koordinatlarında yerləşmişdir. Ledenika zirvəsindən 2.81 km şimal-qərbdə, Korner zirvəsindən 5.12 km cənub-qərbdə, Henson təpəsindən 3.42 km cənub-şərqdə, Eremiya təpəsindən 4.78 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Vasili Qrabin
Vasili Qavriloviç Qrabin (rus. Васи́лий Гаври́лович Гра́бин; 28 dekabr 1899 (9 yanvar 1900) – 18 aprel 1980) — SSRİ konstruktoru və Böyük Vətən müharibəsi dövründə artilleriya silahlarının istehsalının təşkilatçısı. Sosialist Əməyi Qəhrəmanı (28.10.1940), texniki qoşunların general-polkovniki (30.03.1945), dörd "Stalin" mükafatı laureatı (1941, 1943, 1946, 1950), Artilleriya Elmləri Akademiyasının həqiqi üzvü. == Həyatı == Vasili Qavriloviç Qrabin 28 dekabr 1899-cu ildə (9 yanvar 1900) Staronijesteblievskaya kəndində (indiki Krasnoarmeyski rayonu, Krasnodar diyarı) anadan olub. 1921-ci ildən Sov.İKP-nin üzvü olub. 1923-cü ildə Petroqradda artilleriya məktəbini bitirib. Vasili Qrabin bir müddət orduda zabit kimi xidmət edib. Sonra Qrabin təhsilini Dzerjinski adına Hərbi Texnika Akademiyasının artilleriya fakültəsində davam etdirib. 1930-cu ildə akademiyanı bitirdikdən sonra "Krasnıy Putilovets" zavodunun konstruktor bürosunda mühəndis-konstruktor işləyib. Bir il sonra o, "Narkomtyajprom"un (Moskva) Ümumittifaq Silah və Arsenal Assosiasiyasının (VOAO) 2 saylı Konstruktor Bürosuna ezam olunub.
Jan Qaben
Jan Qaben (əsl adı Jan Aleksis Monkorje, 17 may 1904[…], Parisin 9-cu rayonu, Fransa – 15 noyabr 1976[…], Nöyi-sür-Sen, O-de-Sen, Fransa) — Fransız aktyor.
Craşen
Craşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Oraban
Oraban (əvvəlki adı: Oravan) — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Kəldək kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Başa Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Oravan kəndi Oraban kəndi adlandırılmışdır. == Toponimikası == Rəvayətə görə Oraban sözünün etimologiyası "ora" və "ban" sözlərinin birləşməsindən ibarətdir. Köçəri tayfa, indiki orabanlıların əcdadları Oraban kəndinin yerləşdiyi əraziyə sübh tezdən, "ora" "xoruz banı" vaxtı çatıb məskən salmışlar və binə etdikləri kəndin adını da Oraban qoymuşdur. Digər tədiqatçılara görə, oykonim fars mənşəli oura (qala) və məkan bildirən- van komponentlərindən düzəlib, "qala olan yer, qala yeri" mənasındadır. == Tarixi == Oraban kəndi Şəkinin qədim yaşayış məskənlərindən biridir. Bunu kəndin yamac hissəsindəki qədim qəbristanlıq da sübut edir. Bu qəbristanlığın islamdan əvvəlki dövlərdə salındığı və buradakı qəbirlərin qədim alban tayfalarına məxsus olduğu ehtimal edilir. Bundan əlavə kəndin dağ hissələrinə iki alban kilsəsinin olduğuda bildirilir. Alban kilsələri kənd sakinlərinin həyətlərinə düşdüyündən zamanla dağıdılmışdır.
Qaraşen
Qaraşen — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «böyük» mənasında işlənən qara sözündən və «yaşayış yeri, kənd» mənasında işlənən şenlik sözündən formalaşan şen topoformantı əsasında əmələ gəlib «böyük kənd, yaşayış yeri» anlamını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb toponimdir.
Qramon
Qramon (fr. Gramond, oks. Gramont) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 385 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15–64 yaş arasında) arasında 145 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 79,2%, 1999-cu ildə 66,0%) olmuşdur.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. == Tarix == === Müstəmləkə dövrü === Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. == Təbabətdə uğurları == Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. == Fəlsəfəsi == Qalen həm də filosof kimi tanınmışdır.
Qaven
Qovan (ing. Govan) — Qlazqo şəhərinin rayonu.
Ramen
Ramen (yap. ラーメン, 拉麺, 老麺) - buğdadan hazırlanmış yapon əriştə şorbası. Yapon sayılsada Yaponiyaya Çindən gəlib. Yapon dilində ramen sözü Çin 拉麺 (pinyin: lāmiàn), mənşəlidir və "dartılmış makaron" mənasını verir.
Rayen
Rayen — İranın Kirman ostanının Kirman şəhristanının Rayen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,623 nəfər və 2,405 ailədən ibarət idi.
Ruben
Ruben — ad. Ruben Vardanyan — erməni biznesmen. Ruben Stepanyan — erməni sovet bəstəkarı və dirijoru. Ruben Ayrapetyan — Ermənistan parlamentinin deputatı (2007–2012) Ruben Sənəmyan — Ermənistan hərbçisi, kapitan, Ermənistanın Milli Qəhrəmanı. Ruben Orbeli — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Ruben Rubenov — sovet partiya və dövlət xadimi. Ruben Fleyşer — Amerika kinorejisoru, kino prodüseri, televiziya prodüseri Ruben Arado — Kubanı təmsil edən stolüstü tennisçi. Ruben Roka — Kubalı keçmiş üzgüçü. Ruben Madsen — Danimarkanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruben Berrios — Puerto-Riko siyasətçisi, vəkil Ruben Yanyes — "Real Madrid"" futbol klubunun qapıçısı.
Artur Qarden
Sir Arthur Harden (12 oktyabr 1865[…], Mançester, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 17 iyun 1940[…]) — London Kral Cəmiyyətinin üzvü, Britaniyalı biokimyaçı. O, 1929-cu ildə həmkarı Hans Karl ilə birlikdə şəkərin qıcqırması və fermentlər üzərinə tədqiqatlarına görə Kimya üzrə Nobel mükafatı ilə təltif olundu. == Bioqrafiyası == === Uşaqlıq illəri === Onun valideynləri Albert Tyas Harden və Eliza Makalister idi.O Tettenhall Kollecində təhsil almışdı, daha sonra 1882-ci ildə isə indiki Mançester Universiteti olan Ovens Kollecinə oldu və burdan 1885-ci ildə məzun oldu. === Tədqiqatları === Harden 1886-cı ildə Kimya üzrə Dalton təqaüdü qazandı və bir il müddətində Erlangendə Otto Fişer ilə çalışdı. Daha sonra, o, Mançesterə mühazirəçi kimi qayıtdı və burada o zaman yeni təsis olunmuş indiki Lister İnstitutu, keçmiş Britaniya Preventiv Tibb İnstitutuna kimyaçı kimi təyin olunana qədər qaldı və 1897-ci ildə Mançesteri tərk etdi. O 1902-ci ilin iyun ayında öz elmlər doktoru dərəcəsini Viktoriya Universitetində aldı. Beş il sonra, 1907-ci ildə Biokimya Departamentinin sədri təyin olundu və 1930-cu ildə təqaüdə çıxana qədər bu vəzifədə qaldı. Buna baxmayaraq, o, öz elmi işlərinin bu İnstitutda davam etdirdi. Harden, Mançester şəhərində karbon dioksid və xlorinə işığın təsirini araşdırdı və İnstituta daxil olarkən, bakteriya və alkolik qıcqırmanı araşdırma üsullarını göstərmişdir. O, qlükozanın yekun məhsullarını və maya hüceyrəsinin kimyəvi xassələrini araşdırmışdır və antiskorbutik və anti-nevrotic vitaminlər haqqında məqalələr yazmışdır.
Brayen Piterman
Brayen Piterman (ing. D. Brian Peterman) – ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq vitse-admiralı.
Coş Qroban
Coşua Uinslou Qroban (27 fevral 1981[…], Los-Anceles, Kaliforniya) — ABŞ-lı lirik bariton. Amerika Qremmi mükafatına namizəd göstərilmişdir. Çox kişice "You Raise Me Up" ən yaxşı mahnısı olaraq qəbul edilir.
Hermann Qrabner
Hermann Qrabner (12 may 1886, Qras – 3 iyul 1969[…], Bolsano, Trentino-Alto Adice) — Avstriya bəstəkarı və musiqi müəllimi idi. == Həyatı == Qrabner 12 May 1886-cı ildə Qrasda anadan olub. 1909-cu ildə məzun olduğu Graz Universitetində hüquqşünaslıq təhsili aldı. Paralel olaraq 1910-cu ilə qədər Leopold Suchsland ilə musiqi təhsili aldı. Daha sonra Leypsiq Konservatoriyasında Max Reger və Hans Sitt ilə birlikdə oxudu. 1912-ci ildə Meininger Teatrında Reger köməkçisi olaraq çalışdı. 1913-cü ildə Strasburq konservatoriyasında musiqi nəzəriyyəsinin müəllimi oldu. Birinci Dünya Müharibəsi zamanı Avstriya Ordusunda xidmət etdi. 1919-1924-cü illərdə Hochschule für Musik und Darstellende Kunst Mannheim-də nəzəriyyə və quruluş müəllimi idi. Heidelbergdəki Musiqi Akademiyasında da dərs demişdir.
Kovent-Qarden
Kovent-Qarden (ing. Covent Garden) — London şəhərinin rayonu. == Tarixi == == Rayonun vacib yerləri == === Kral Opera Teatrı === Teatrın binası Kovent-Qarden inzibati ərazisində yerləşdiyinə görə ona çox vaxt Kovent-Qarden teatrı da deyirlər. Teatr binası üç dəfə yeni bina ilə əvəzlənmişdir. == Mədəniyyəti == Kovent-Qarden uzun müddət əyləncə və bazarlıqla bağlı olmuşdur. Rayonda 13 teatr və köhnə bazarın əsas bazarlıq sahəsi ətrafında 60 pab və bar yerləşir.
Lev Qruber
Lev Lazareviç Qruber (rus. Лев Лазаревич Грубер; 24 avqust 1923, Barnaul – 30 aprel 1994, İsrail) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1987). == Həyatı == Lev Qruber 1923-cü ildə Altay quberniyasının Barnaul şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Böyük Vətən müharibəsində iştirak etmiş, Sovet Ordusunda hərbi pilot olmuşdur. 1949-cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Bir il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş, 1950-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının truppasında çıxış etmişdir.Aktyor 1990-cı ildə İsrailə köçmüş, orada da vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 mart 1961 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 20 mart 1987 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985 "Döyüş xidmətlərinə görə" medalı — 6 noyabr 1943 == İfa etdiyi əsas rollar == == Filmoqrafiya == Bizim küçə (film, 1961) — Lem Qızmar günəş altında (film, 1957) Uzaq sahillərdə (film, 1958) == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr.
Mari Qruber
Marie Gruber (11 iyun 1955, Vuppertal, Şimali Reyn-Vestfaliya – 8 fevral 2018, Berlin) — Alman aktrisa. == Filmoqrafiyası == === Kino === 1981: "Bürgschaft für ein Jahr" 1983: ...
Qarabəy
Kiçik Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd. Ulu Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd.
Rabənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Grube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Andropogon glaber
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.