Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qunduzca döyüşü
Qunduzca döyüşü – Qızıl Orda dövlətinin xanı Toxtamış ilə Teymur arasında indiki Samara oblastının Qunduzca çayı sahillərində 18 iyun 1391-ci ildə baş vermiş müharibə. Toxtamışın məğlub olub, ordusundan geriyə qalanla Volqa bölgəsinə geri çəkilməsi ilə nəticələnmişdir. == Arxa plan == Əmir Teymurun dəstəyi ilə 1378-ci ildə Qızıl Ordu taxtını ələ keçirən Toxtamış bir neçə il içərisində ölkənin daxili problemlərini həll edərək iqtisadi və hərbi sahədə ölkə birliyini təmin etdi. Şimala etmiş olduğu səfərlərlə rusları da itaəti altına alan Toxtamış beləcə gücünün zirvəsinə çatdı. Qızıl Orda dövlətini əvvəlki sərhədlərinə çatdırmaq üçün Əmir Teymurun ona etmiş olduğu yardımları heçə sayaraq, Xarəzmi Teymurdan istədi. İstəyinin qəbul edilməməsindən sonra, 1387-ci ildə Teymurun çıxmış olduğu Orta Şərq səfərini fürsət bilib, Xarəzmdə Konqrat Süleyman Sufi ilə razılaşaraq üsyan başlatmış, Dəşti Çetadakı Duğlat əmir Kamarəddinlə də razılığa gələrək, birləşmiş ordular birlikdə Teymurun oğlu Ömər Şeyxi Əndicanda məğlub edərək Mavəraünnəhri yağmalamışdır. Eyni il hədəf yayındırma məqsədiylə başqa Qızıl Orda ordusuu Qafqaz üzərindən Teymurun hakimiyyəti altındakı Dərbənd və Şirvanı yağmalamaq üçün göndərmişsə də, bu ordu Teymurun mirzəsi Miranşaha məğlub olaraq geri çəkilməyə məcbur olmuşdur. 1388-ci ildə mərkəzinə geri dönən Teymur ilk olaraq Xarəzmə daxil olmuş, Qızıl Orda tərəfdarı konqratları məğlubiyyətə uğradaraq Ürgənci xarabaya çevirmiş və burada hakimiyyətini təzələmişdir. Miranşahın da qatılması ilə ordusunu gücləndirən Teymur 1389-cu ilin baharında Sapranda olan Toxtamışın üzərinə yerimişdir. Lakin Toxtamış uzun müddətdir səfərdə olmasına görə, yorğun ordusunun Teymura qarşı müqavimət göstərə bilməyəcəyini başa düşərək, Sapranı tərk etmiş və Dəşti Qıpçak bozqırına geri çəkilmişdir.
Quruzma
Quruzma — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2500 nəfərə qədərdir. Kənd Kür çayı ətrafında yerləşir, ərazisi təxminən 700 hektardır. Kəndin digər tərəfində Kürün keçmiş axarı olan, gölün bir növü sayılan axmaz yerləşir.
Qudula
Qudula — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi dairəsində kənd. == Tarixi == Kəndin 400 il yaşı var. === Tarixi abidələri === Kənddə orta əsrlərdə inşa edilmiş qala yeri qalıb. Kənddə 4000 il yaşı olan kurqandan qızıl sırğa - qurd fiquru tapılıb. Sırğanın üstündə palıd ipək qurdunun qızıl fiquru var. Sırğa Azərbaycan Xalçaçılıq Muzeyində saxlanılır. Kəndin ərazisində yaşı 1000 ildən çox olan Pir palıd adlı Şərq çinarı (Platanus orientalis L.) ağacı var. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, dağətəyi ərazidə yerləşir. Ərazisi ağaclıqdır. == Əhalisi == Kəndin əhalisi 911 nəfər təşkil edir ki, onun da 434 nəfəri kişi, 477 nəfəri isə qadındır.
Quruca
Quruca (lat. Gnaphalium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Quruca:The Plant List saytında takson barədə məlumat.
Quduz
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. == Tarixi məlumat == Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur. Fiksasiyalaşmış bu quduzluq virusu antirabik vaksinin əsasını təşkil edir. L. Paster tərəfindən bu vaksinin yaradılması tibb elminin ən böyük nailiyyəti hesab olunur.
Quruzma bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qudula bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.