Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurbağalı
Qurbağalı (qaq. Kırbaalı) Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
Göl qurbağası
Göl qurbağası (lat. Pelophylax ridibundus) — Suda-quruda yaşayanlar sinfindən olan qurbağa növdür. == Qurbağanın ilk növü Məmmədli Camal == Daxili daban qabarı aşağıda yerləşir. Bel tərəfi müxtəlif çalarlı qonurumtul-yaşıl rəngdə olub, az və ya çox sayda tutqun xallara malikdir. Beli boyunca çox vaxt uzununa zolaq keçir. Qarnı çirkli ağ və ya sarımtıl olub, tutqun xallı və ya nöqtəlidir. Erkəklərdə ağızın künclərində boz rəngdə rezanatorlar yerləşir. Qurbağanın bədəni bel-qarın istiqamətdə basıq olub, qismən qısa və enlidir. Bədən baş, gövdə və ətraflardan təşkil olunmuşdur. Bədənə hərəkətsiz birləşən başın yanlarında bir cüt qabarıq göz yerləşir.
Kol qurbağası
Kol qurbağası (lat. Polypedates leucomystax) — Rhacophoridae kol qurbağası ailəsindən olan növlərdir. O bir çox adla tanınır ki, əsası kol qurbağasıdır. Bundan başqa qızıl sürüşən qurbağa, qızıl ağac qurbağası, Asiya ağ dodaqları, bəbir qurbağası, uçan və ya soyunan ağac qurbağası və s. adları vardır. Bu qurbağalara Banqladeşdə, Bruneydə, Kambocada, Çində, Hindistanda, İndoneziyada, Laosda, Malayziyada, Myanmada, Nepalda, Filippində, Sinqapurda, Tailandda, Vyetnamda və Butanda rast gəlinsə də, əsasən Yaponiyada yaşayırlar. Təbii yaşayış mühiti subtropik iqlim və ya tropik quru meşələr, çaylar gölər və nohurlardır.
Quru qurbağası
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.
Adi quru qurbağası
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Kiçik Asiya qurbağası
Kiçik Asiya qurbağası (lat. Rana macrocnemis) — Quyruqsuzlar dəstəsinə, əsl qurbağalar fəsiləsinə daxil olan qurbağa növü. == Təsviri == Bədəninin zunluğu 9 sm təşkil edir. Rəsgi dəyişkəndir. Parlaq boz rəngin üzərində tünd nöqtələr vardır. Kiçik Asiyadan tutmuş Qafqaz ərazisinə kimi yayılmışlar. Onlar İranın şimal-qərbi və kiçik bir populyasiya isə Türkmənistanın Kopetdağ silsiləsi sistemində müşahidə edilirlər. == Yayılma bölgələri və həyat tərzi == Onlara hətta 2400 m dəniz səviyyəsindən yüksəkdə olan ərazilərdə belə rast gəlirlər. Onlar meşə, subalp və apl çəmənliklərinə yayılırlar. Subalp və alp zonasında gecə və gündüz radələrində aktiv olurlar.
Qafqaz quru qurbağası
Qafqaz quru qurbağası (lat. Bufo verrucosissimus) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Krasnodar diyarının qırmızı kitabına daxildir. == Xüsusiyyətləri == Rusiyanın ən böyük suda-quruda yaşayanıdlr. Uzunluğu 170 mm-dir. Rəngi boz və ya parlaq-qəhvəyidir. Çömçəquyruqlar qara rəngdə olur. Yetkin olmayan qurbağalar narıncıdır. Azərbaycanın ən iri qurbağasıdır. Dərisi hamar qabarlıdır, üstdən boz və ya qəhvəyi rəngdədir (açıqdan tünd rəngə qədər müxtəlif çalarda), tünd xallıdır.
Suriya sarımsaqiyli qurbağası
Suriya sarımsaqiyli qurbağası (lat. Pelobates syriacus) — quyruqsuzlar dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir tapılan və sayı getdikcə azalmaqda olan növdür. Qafqaz endemikidir. == Qısa təsviri == Bədənin uzunluğu 90 mm-ə çatır. Gözlərinin arasında alnı yastıdır. Gözləri çox iri və qabarıqdır, qızılı rəngli şaquli bəbəyə malikdir. Arxa ayaqlarının barmaqlarını birləşdirən qabarlar sarımtıl rəngdədir. Dərisi hamardır, rəngi üst tərəfdən zeytuni-boz, bəzən sarımtıl rəngdə, düzgün olmayan formalı tünd yaşıl xalları vardır. Qarın ağımtıl, xalsızdır.
Talış quru qurbağası
Talış quru qurbağası (lat. Bufo eichwaldi) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Təsviri == Talış quru qurbağalarının uzunluğu 120 mm-ə qədər olur. Baş hissəsi nisbətən uzun və ensizdir. Sifətin uc hissəsi girdəşəkilli olub, burun dəlikləri yaxşı inkişaf etmişdir. Təbil pərdəsi aydın görünür və dəyirmi formada olur. Üzərləri hamar olub, tikancıqları olmayan ziyillərlə örtülüdür. Bel hissəsi açıq qəhvəyi rəngdədir. Qarın hissəsi boz rəngli olur. Üzəri tünd qəhvəyi ləkələrə malikdir.
Yaşıl quru qurbağası
Yaşıl quru qurbağası (lat. Bufo viridis) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. Yaşıl quru qurbağaları Cənubi və Mərkəzi Avropa, Şimali Afrika, Ön, Orta və Mərkəzi Asiya ərazisində yayılmışlar. Cənub arealları Qafqaz quru qurbağasına nisbətdə daha cənubda yerləşir. Əsasən tarlalar, açıq sahələr, çay ətrafı ərazilərdə yayılırlar. Rəngi: üzərində tünd ysşıl ləkələr vardır. Qidalanmasında onurğasızlar üstünlük təşkil edir. İki qorunma üsuluna sahibdir: 1 - maskalanmış rəngi, 2 - dərisindən buraxılan toksiki maddə. Çoxalma fevral-iyul aylarına təsadüf edor. Ancaq yaşadığı ərazinin hündürlüyündən asılı olaraq müddət dəyişə bilər.
Kiçik Asiya ağac qurbağası
Kiçik Asiya ağac qurbağası (lat. Hyla savignyi) — ağac qurbağaları fəsiləsinə aid olan növ. == Xarici əlamətləri == Uzunluğu 45-50mm-ə çatır. Gözünün altında qara xal yoxdur. Burun dəliklərindən başlayan ağ haşiyəli qara zolaq bədənin yanları ilə axıra qədər uzanaraq bədəni bel və qarın hissəyə ayırır. Şərqi ağac qurbağasından fərqli olaraq qasıq nahiyədə xətt ilgək şəkli əmələ gətirmir. Temperaturdan və fondan asılı olaraq rəngini dəyişir. == Yayılması == Şimali-Qərbi Afrikadan Şimali İran və Cənubi Qafqaza qədər Ön Asiyada yayılmışdır. Azərbaycanda qərb, cənub və şərq rayonlarında rast gəlinir. Respublikada ilk dəfə Menetriye tərəfindən 1830-cu ildə Lənkəran ətrafında qeydə alınmışdır.