Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurtulmuş
Qurtulmuş - İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 702 nəfər yaşayır (123 ailə).
Qurtulan Bert
Qurtulan İsmayıl oğlu Bert (karaçay-balkarca:Гуртуланы Исмаилны жашы Берт,25 oktyabr (7 noyabr) 1910, Belaya Reçka (Kabarda-Balkariya), Kabardin-Balkariya – 12 fevral 2001, Kabardin-Balkar MSSR) — qaraçay-balkar şairi, yazıçısı, SSRİ Yazıçılar İttifaqının üzvü (1934), Kabardin-Balkar Respublikasının Xalq yazıçısı, Əməkdar mədəniyyət işçisi == Həyatı == Bert Qurtulan 25 oktyabr (7 noyabr) 1910-cu ildə indiki Kabardin-Balkar Respublikasının Ağsu (qaraçay-balkarca: Акъ суу) kəndində yoxsul maldar ailəsində anadan olmuşdur. Pedaqoji Məktəbi bitirmişdir. 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. İkinci Dünya müharibəsində iştirak etmiş, siyasi bölmədə fəaliyyət göstərmişdir. 1944-cü ildə bütün balkar xalqı ilə birlikdə sürgün olunmuşdur. Vətənə döndükdən sonra Kabardin-Balkar Respublikası Yazıçılar Birliyində məsul katib və “Dostluq” («Шуёхлук») dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır. 12 fevral 2001-ci ildə doxsan yaşında vəfat etmişdir. == Yaradıcılığı == Bert Qurtulanın yaradıcılığında İkinci Dünya müharibəsində sovet xalqının qələbəsi və kommunizm quruculuğu önəmli yer tutur. Onun şeir və poemaları həmçinin vətənpərvərlik ruhu ilə seçilir. Şairin poemaları qaraçay-balkar poeziyasının inkişafında mühüm rol oynamışdır.
Gurbulaq
Gurbulaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Gurbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Şaumyan kənd Sovetinin Şaumyan kəndi Gurbulaq kəndi və müvafiq olaraq Şaumyan kənd Soveti Gurbulaq kənd Soveti adlandırılmışdır. == Toponimikası == Oykonim ərazidəki gur sulu bulaqlarla bağlı yaranmışdır. Kəndi 1922-ci ildə Zəylik kəndindən çıxmış ailələr "Gurbulaq" adlanan yaylaq yerində salmışdır. Sovet dövründə kommunist dövlət xadimi Stepan Şaumyanın şərəfinə adı "Şaumyan" olaraq dəyişdirilmişdir. 1991-ci ildə isə kəndin keçmiş adı özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Gurbulaq kənd kitabxana filialı, Gurbulaq kənd klubu fəaliyyət göstərir.
Gurbulaq bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.