QURULMAQ

məch.
1. Yaradılmaq, təşkil edilmək, meydana gətirilmək.
[Almaz:] Bu gözəl çəmənləri, çiçəkləri, bu sərin suları, bu yeni qurulan aləmi qoyub ölmək olar? C.Cabbarlı.

// Tikilmək, bina edilmək, inşa edilmək, təsis edilmək. Sədd qurulmaq. Səngər qurulmaq. Zavod qurulmaq.
– Yenə axar çaylar üzrə dəmir körpü qurulacaq; Yenə sahil lampaları alışacaq çıraq-çıraq. S.Vurğun.

2. Əsaslandırılmaq. Planlar həqiqi imkanlar əsasında qurulmuşdur. Roman həyatdan alınma hadisələr üzərində qurulmuşdur.
3. Düzəldilmək, tərtib edilmək, hazırlanmaq, təşkil edilmək.
Danabaş kəndində üç yerdə matəm qurulubdur. C.Məmmədquluzadə.
Həyətdə palaz döşənib samovar qurulmuşdu. Çəmənzəminli.
Bir yay axşamında Rübabəgilin böyük zalında toy məclisi qurulmuşdu. Mir Cəlal.

4. Yayı, mexanizmi burularaq işə salınmaq. Saat axşamdan qurulmamışdır.
– Hacı Ağa, bağışlayasız, mənim alafranqa saatım günortadan-günortaya qurulur. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURULMAQ əsaslandırmaq
  • QURULMAQ yaradılmaq — tikilmək

Antonimlər (əks mənalı sözlər)

  • QURULMAQ QURULMAQ – DAĞILMAQ Nuxada yeni fabriklər, zavodlar qurulmuşdu (İ.Əfəndiyev); Ağlım başımda olmadığından dəzgahda qəzaya yol vermişdim, hər şeyi sınıb
QURULMA
QURULTAY

Digər lüğətlərdə

аэроклиматоло́гия вы́игрыш зая́вщица наипа́че Но́бель подсыпа́ть приём ско́бельный тропота́ть нажи́ться пу́дриться фа́ллос человеконенави́стничество assonant conatus groundsman gun-rack husker-shredder Jemima keepnet plateful shadow-fighting засечь пересесть турбогенераторный